Dünya 

Rusiyada sərnişin təyyarəsi donmuş çaya eniş etdi – FOTO/VİDEO

Yakutiyada (Rusiya) göyərtəsində 34 nəfərin olduğu təyyarə uçuş-enmə zolağında deyiI, onun yaxınlığındakı donmuş çaya eniş edib. Bu barədə regional operativ qərargah məlumat verib. İlkin səbəb kimi ekipajın səhvi göstərilib. “Polar Airlines” şirkətinə məxsus və göyərtəsində 30 sərnişin olan “An-24” təyyarəsi Yakutiyanın Zıryanka hava limanının uçuş-enmə zolağı yaxınlığında donmuş Kolıma çayına enib. Təyyarədə sərnişinlərdən başqa dörd ekipaj üzvü olub”, – deyə məlumatda qeyd olunub. Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Baş verənlərlə əlaqədar Federal Hava Nəqliyyatı Agentliyinin ərazi şöbəsi yoxlama təşkil edib. Mediada yayılan məlumata görə, pilotlar eniş zamanı uçuş-enmə…

Read More
Dünya 

Türkiyədə ağır QƏZA – 10 ölü, 54 yaralı

Türkiyənin Şimali Mərmərə avtomobil yolunda 3 avtobus, 1 TIR və 7 minik avtomobili toqquşub. Qəza nəticəsində 10 nəfər ölüb, 54 nəfər yaralanıb. Qəzaya dumanlı-çiskinli hava şəraitinin səbəb olduğu bildirilib. Məlumata görə, Mərmərə yolunda İstanbul istiqamətində hərəkət dayandırılıb. Sakarya valisi Yaşar Karadəniz qəza nəticəsində 10 nəfərin öldüyünü, 54 nəfərin yaralandığını təsdiqləyib.//Report

Read More
Dünya 

Fransanın ən böyük bankı çirkli pulların yuyulmasında iştirak edib

Fransada ölkənin ən böyük bankı olan “BNP Paribas”, “BNP Paribas Securities Services” və Kiprdə qeydiyyatdan keçmiş “TCR International Limited” broker şirkətinin filialına qarşı ağırlaşdırıcı hallarda çirkli pulların yuyulması ilə bağlı ilkin istintaq başladılıb. “Report”un məlumatına görə, bu barədə Fransanın “Monde” qəzeti Paris prokurorluğuna istinadən xəbər verir. Hüquq-mühafizə orqanları 2019-cu ildən 2021-ci ilə qədər “TCR International Limited” vasitəsilə həyata keçirilən bir neçə maliyyə əməliyyatından şübhələniblər. Həmin vaxt broker şirkəti müştəriləri adından “BNP Paribas Securities Services” şirkətinin köməyi ilə investisiya əməliyyatları həyata keçirib. Prokurorluğun məlumatına görə, “TCR International Limited” şirkətinin Fransadakı hesablarından…

Read More
Dünya 

Düyünün qiyməti 15 ilin ən yüksək səviyyəsinə qalxdı

Düyü qiymətləri son 15 ilin ən yüksək səviyyəsinə qalxıb. Məlumata görə, buna yüksək tələb və davam edən təklif problemləri kömək edib. Qeyd olunur ki, Tailand ağ düyüsünün qiyməti bir ton üçün 659 dollara qədər artıb. Sonuncu dəfə belə göstərici 2008-ci ilin oktyabrında qeydə alınıb. Bildirilir ki, bu il quru hava və aparıcı düyü tədarükçüsü olan Hindistanın ixracı məhdudlaşdırması səbəbindən qiymətlər təxminən 38% artıb. Xatırladaq ki, düyü Asiya və Afrikada milyardlarla insanın qidalanması üçün həyati əhəmiyyət kəsb edir. Qiymət artımı inflyasiya təzyiqlərini və alıcılar üçün idxal ödənişlərini artıra bilər. Mənbə: Bloomberg

Read More
Dünya 

Bu il Rusiya 600 min tona yaxın ət məhsulları idxal edib

2023-cü ilin yekununda Rusiyaya ət məhsullarının idxalı təxminən 600 min ton təşkil edəcək ki, bu da ötən ilin göstəricisindən 30 min ton çoxdur. ARANTV.AZ  xəbər verir ki, bu barədə “Rossiya-24” telekanalına müsahibəsində “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert məlumat verib. Onun sözlərinə görə, Rusiyadan ət məhsullarının ixracında da artım var: “İdxal nöqteyi-nəzərindən bu il təxminən 600 min tona yaxın olacaq. Bu, ötən illə müqayisədə təxminən 30 min ton çox olacaq. Eyni zamanda, bizim hesablamalara görə, ixrac daha çox olacaq. Nəzərə alsaq ki, diri mal-qara tədarükünün sayı artıb. Qonşu ölkələrə 90 min diri…

Read More
Dünya 

İranda bir müxalif ruhaninin maraqlı taleyi – VİDEO

2002-ci ilin yayında İranda İslam Respublikasının qurulmasından bəri görünməmiş bir hadisə baş verdi: Ayətullah Seyid Cəlaləddin Tahiri İsfahani ölkənin ali rəhbəri Ayətullah Əli Xameneyinin İsfahan əyalətindəki səlahiyyətli nümayəndəsi və İsfahan şəhərinin imam-cüməsi vəzifəsindən istefa verdi. Özü də sadəcə istefa vermədi, həm də bu addımının səbəblərini xalqa ünvanladığı açıq məktubda izah etdi.  Əslində ölkədəki vəziyyətdən ciddi narazılıq və narahatlıq ifadə edən həmin məktub Xameneyiyə ünvanlanmışdı və bunu yaxşı anlayan İran rəhbəri cavabsız qoyduğu çoxsaylı açıq məktublardan fərqli olaraq, Ayətullah Tahirinin məktubuna cavab verməli oldu. Əlbəttə, Xameneyinin öz ənənəsini pozaraq Tahiriyə cavab…

Read More
Dünya 

Paşinyanla Abdulahian Bakı və İrəvan arasında sülh sazişi məsələsini müzakirə ediblər – YENİLƏNİB

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilir ki, tərəflər regional əhəmiyyətli mövzuları müzakirə ediblər, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı proses ətrafında fikir mübadiləsi aparıblar. 14:16 İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian erməni həmkarı Ararat Mirzoyanla görüşüb. Bu barədə Ermənistan mətbuatı xəbər verir. Qeyd olunur ki, görüş İran XİN başçının İrəvana səfəri çərçivəsində baş tutub.

Read More
Dünya 

Ermənistanda Koçaryana qarşı cinayət işinə xitam verildi

İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryana qarşı irəli sürülən xüsusilə külli miqdarda rüşvət alma ittihamlarının müddətinin başa çatması ilə əlaqədar ona qarşı işin dayandırılması barədə qərar qəbul edib. Bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb. Məlumata görə, Koçaryan iş adamı Silva Ambartsumyandan üç milyon dollar məbləğində rüşvət almaqda ittiham olunurdu, lakin iddia müddəti may ayında başa çatıb və əvvəlki iclasda Ermənistanın keçmiş başçısı cinayət təqibinin dayandırılmasına etiraz etməyib.​

Read More
Dünya 

Türkiyədə zəlzələ baş verib – FOTO

Türkiyədə 4,5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların mərkəzi İlqaz şəhərində yerləşib. Zəlzələnin ocağı 7 km dərinlikdə olub. İtki və dağıntılar barədə hələlik məlumat yoxdur. Qeyd edək ki, bu gün Adıyaman şəhərindən 62 km şimal-qərbdə də zəlzələ olub. Yeraltı təkanların episentri 223 minə yaxın insanın yaşadığı Adıyamandan 5 km dərinlikdə olub.  

Read More