Dünya 

Rusiya ordusu Maryinkanı tamamilə ələ keçirib? – VİDEO

Rusiya hərbçiləri Donetsk yaxınlığında yerləşən Maryinka şəhərini tamamilə ələ keçiriblər. Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkə prezidenti Vladimir Putinlə görüşündə bildirib. Lakin Ukrayna tərəfi Şoyqunun dediklərini təkzib edib. “Maryinka uğrunda döyüşlər davam edir, şəhərin tam ələ keçirilməsindən danışmaq düzgün deyil”, – deyə Tavrid Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin spikeri, polkovnik Aleksandr Ştupun deyib. O qeyd edib ki, Maryinka tamamilə dağıdılıb və xarabalığa çevrilib: “Rusiya ordusu müharibə başlayandan bu kiçik şəhəri ələ keçirməyə çalışır”. Xatırladaq ki, şəhər uğrunda fəal döyüşlər ötən ilin mart ayında başlayıb. 13,7 kvadrat kilometr ərazisi olan yaşayış…

Read More
Dünya 

Saakaşvili baş nazirliyə namizədliyini verəcək?

“Gürcüstanın paytaxtı Tbilisidə xəstəxanada yatan ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin ümumi vəziyyəti yaxşılaşıb, lakin müalicəsi xəstəxanada davam etdirilməlidir”. Bu barədə tibb müəssisəsinin klinik direktoru Zurab Çxaidze yerli telekanala məlumat verib. “Xəstənin (Saakaşvili) ümumi vəziyyəti əlbəttə ki, yaxşılaşıb. Onun həyati parametrləri yaxşılaşıb, lakin laboratoriya testlərinin nəticələri hələ də diqqət tələb edir. Onun qan təzyiqi vaxtaşırı dəyişir, bu da çox vaxt ziyarətçilərlə əlaqəlidir”, – deyə Çxaidze bildirib. Onun sözlərinə görə, Saakaşvilinin vəziyyəti stasionar müalicə üçün zəruri olan meyarlara uyğundur. Xatırladaq ki, Saakaşvili barəsində bir sıra cinayət işlərinin açılmasına baxmayaraq, 2021-ci ilin oktyabrında…

Read More
Dünya 

Lukaşenko: “Biz Ermənistanı itirə bilərik”

“Ermənistan iqtisadi cəhətdən ölmək istəyirsə, biz onu itirə bilərik”. Bunu Avrasiya İqtisadi İttifaqının (Aİİ) Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitinə qatılan Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. “Amma düşünmürəm ki, ermənilər axmaq insanlardır” – deyə Lukaşenko əlavə edib. O, həmçinin vaxtilə Ermənistanın baş naziri Nikol Paşinyanla söhbətində sonuncunun hərbi-siyasi ittifaq olan KTMT-dən incidiyini, lakin iqtisadi birlik olan Aİİ-nin fəaliyyətindən narazı olmadığını vurğulayıb. Mənbə: Belta

Read More
Dünya 

Serbiyadakı proseslər, Kosovo ilə bağlı hərbi eskalasiya riski: “Açar” kimin əlindədir? – TƏHLİL

Serbiya Prezidenti Aleksandr Vuçiçin rəhbərlik etdiyi Serbiya Proqressiv Partiyasının parlament seçkisində qalib gəlməsindən sonra ölkənin həssas nöqtələrinə yenidən çomaq soxulur. “Serbiya Zorakılığa Qarşı” müxalifət partiyasının seçki nəticələrinə etirazları, paytaxt Belqradda baş verən iğtişaşlar Balkan regionunda ambisiyaları qızışan Rusiya, Qərb və Çinin strateji təkəbbürünün nümayişi məkanı kimi cazibə mərkəzinə düşür. Serbiya Prezidenti Vuçiç isə baş verənlərin anatomiyasındakı xarici təsirlər mövzusunda Qərbin divarlarına “atəş açır”. Vuçiçin hələ bundan əvvəlki bəyanatları və qərbyönümlü etirazçılara ünvanlanan xəbərdarlıqları “silahları” Qərbə tuşlamasının indikatorudur. Baş verən hadisələrin müşayiətində Vuçiç və Rusiyadan Qərbin əleyhinə verilən bəyanatlardakı oxşarlıqların çoxluq…

Read More
Dünya 

Roma Papası Azərbaycan və Ermənistanla bağlı çağırış edib

Roma Papası Fransisk Milad bayramı münasibətilə inanclılara müraciətində Azərbaycan və Ermənistan arasında tezliklə sülhün əldə olunacağına ümid etdiyini bildirib. Papa bu barədə “Şəhərə və dünyaya” (“Urbi et Orbi”) adlı müraciəti zamanı deyib. O, bütün dünyada sülhə nail olunması üçün səylərin göstərilməsinə çağırış edib. Pontifik Müqəddəs Pyotr meydanında dindarları sülhə “hə”, müharibələrə isə “yox” deməyə çağırıb. O, həmçinin, silahlara “yox” deyilməsi üçün də çağırış edib. Papanın fikrincə, silah istehsalı və satışı artdıqda sülhə nail olmaq daha çətinləşir. Roma Papası Fransisk qeyd edib ki, Azərbaycan və Ermənistanın, xüsusilə, humanitar proqramların həyata keçirilməsi…

Read More
Dünya 

İstanbulda altımərtəbəli bina çökdü: Küçənin ortasına aşdı – VİDEO

Türkiyənin İstanbul şəhərinin Esenyurt səmtində altımərtəbəli binanın sökülməsi zamanı çökmə baş verib. Bina küçənin ortasına aşıb. Bu zaman yoldan keçənlər böyük təhlükə ilə üzləşiblər. Lakin xəsarət alan olmayıb. Həmin anlar mobil telefonun kamerası ilə lentə alınıb. Hadisə yerinə xilasetmə və polis qrupları cəlb edilib. Mənbə: Hürriyet

Read More
Dünya 

Rusiyalı siyasətçi ABŞ-nin yeni sərhədləri barədə bəyanat verdi

“Vaşinqtonun Arktikada kontinental şelfini genişləndirmək iddialarının heç bir beynəlxalq hüquqi əsası yoxdur, ona görə də dünyanın ABŞ-nin yeni sərhədlərini tanımamaq hüququ var”. Bu sözləri Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev özünün “Telegram” hesabında etdiyi paylaşımda deyib. O xatırladıb ki, Amerika tərəfi hələ də BMT-nin Dəniz Hüququ Konvensiyasını ratifikasiya etməyib. Kosaçev, həmçinin ABŞ-ni bütün dəniz gücləri arasında təcrid olunmuş ölkə adlandırıb. Eyni zamanda vitse-spiker vurğulayıb ki, kontinental şelflə bağlı iddialarla BMT komissiyası məşğul olmalıdır. “Nəticə olaraq bu gün amerikalılar heç bir beynəlxalq hüquqi əsas olmadan hərəkət edirlər. Deməli, beynəlxalq ictimaiyyət yeni…

Read More
Dünya 

Türkiyə kəşfiyyatından PKK-ya daha bir zərbə: İdeoloji və hərbi təlimlərə məsul üzvü zərərsizləşdirildi – FOTO

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatına daha bir zərbə endirib. PKK/KCK-nın məsul üzvü, “Ali Xebat” kod adlı Erdinç Bolcal MİT tərəfindən İraqın Süleymaniyə bölgəsində reallaşdırılan əməliyyat nəticəsində zərərsizləşdirilib. Erdinç Bolcal İraqda PKK-nın Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirəcəyi terror aktlarında iştirak edəcək terrorçulara ideoloji və hərbi təlimlər verməklə məşğul olub. O, İraqın Süleymaniyə-Kərkük bölgəsində yerləşən PKK/KCK Şilan Guyi Akademiyasının məsul üzvü olub. Terror təşkilatı adından İstanbul, İzmir kimi böyük şəhərlərdə ideoloji təlimlər keçib, həmçinin təbliğat və təzyiq vasitəsilə gəncləri də PKK-nın sıralarına cəlb etməyə çalışıb. Uzun müddət təşkilat üçün…

Read More
Dünya 

Polis əməkdaşlarına “Whatsapp” proqramı qadağan edildi – Rusiyada

Rusiyada polis əməkdaşlarına WhatsApp mesajlaşma proqramından istifadə qadağan edilib. Sfera.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yatıb. Məlumatda qeyd olunub ki, Rusiyada polis əməkdaşlarına WhatsApp vasitəsilə bütün peşəkar yazışmalarını silmək və Telegram tətbiqindən istifadə etmək tapşırılıb. Qeyd edək ki, 2022-ci ilin martında Rusiyanın Tver Məhkəməsi tərəfindən Facebook və WhatsApp-ın sahibi olan Meta şirkəti “radikal təşkilat” hesab edilib və şirkətin Rusiyadakı fəaliyyətini qadağan edən qərar çıxarılıb.

Read More