Dünya 

İrəvan dondu – FOTOLAR

Gecə saatlarında yağan qar səbəbindən İrəvanın inzibati rayonlarında buzlaq əmələ gəlib. ARANTV.AZ  erməni saytlarına istinadən xəbər verir ki, vətəndaşlar yaranmış vəziyyətin fotolarını sosial şəbəkələrdəki səhifələrində dərc ediblər. Onlar Yerevan Bələdiyyəsinin məsuliyyətsiz münasibətindən şikayətlənirlər, çünki torpağı təmizləməyiblər, heç olmasa qum belə səpməyiblər. Bildirilir ki, Ermənistan ərazisində yağan güclü qar ilə əlaqədar bir sıra rayonların avtomobil yollarında qəzalı vəziyyət yaranıb. Bu barədə “Yol İdarəsi” fondundan məlumat verilib. Departament sürücüləri yola çıxmazdan əvvəl gediləcək istiqamətdə yollar və keçidlər haqqında məlumatlı olmağa çağırıb. Hazırda güclü qar, güclü külək və görüntünün olmaması səbəbindən Spitak döngələri…

Read More
Dünya 

Türkiyədə məşhur telekanalın aparıcısı stəkanın üzərindəki loqoya görə işdən qovuldu – FOTO/VİDEO

Türkiyənin TGRT telekanalında xəbər proqramının aparıcısı Meltem Günay “Starbucks” qəhvə şəbəkəsinin loqosu olan stəkanla efirə çıxdığı üçün işdən qovulub. Bu barədə TGRT kanalından məlumat verilib. Bildirilib ki, bu qərarın verilməsinə səbəb televiziya şirkətinin korporativ qaydalarının pozulmasıdır. Şirkətin verdiyi açıqlamada xüsusilə gizli reklamla bağlı qaydaların pozulduğu, bunun, həmçinin, Qəzza zolağındakı vəziyyətlə bağlı olduğu da nəzərə çatdırılıb. Proqramın redaktoru da bu səbəbdən işdən çıxarılıb. Qeyd edək ki, Meltem Günay 2017-ci ildə “TGRT News”un “Ən yaxşı səhər şousu aparıcısı” mükafatını alıb. Xatırladaq ki, daha əvvəl Fələstinlə silahlı münaqişədə İsraili dəstəkləyən brendlərin boykot edilməsi…

Read More
Dünya 

Rusiyanın Avropaya hücum edə biləcəyi kritik tarix açıqlandı

Rusiya 2024/25-ci ilin qışında Avropaya hücum etməyə cəhd göstərə bilər. Bu barədə Avropa kəşfiyyat xidmətlərindən biri məlumat yayıb. Kəşfiyyat xidməti hesab edir ki, Rusiya məhz ABŞ-nin “lidersiz” qaldığı anda Avropaya zərbə vura bilər. Belə halda Vaşinqton yalnız müəyyən gecikmədən sonra Avropa dövlətlərinin köməyinə gələ biləcək. Söhbət ABŞ-nin hazırkı prezidentinin 2024-cü il noyabrın əvvəlində vəzifəsini tərk etməsi ilə 2025-ci ilin yanvarında onun potensial varisinin vəzifəyə gəlməsi arasındakı müddətdən gedir. Avropa kəşfiyyatı rəsmisi deyib ki, Rusiyada keçmiş ABŞ prezidenti Donald Trampın Ağ Evi geri alacağına ümid edirlər, çünki onun dövründə “hər şey…

Read More
Dünya 

Floridada ticarət mərkəzində atışma: Ölən və yaralanan var – VİDEO

ABŞ-nin Florida ştatının Okala şəhərində ticarət mərkəzində baş verən atışma nəticəsində azı bir nəfər ölüb, bir nəfər yaralanıb. Bu barədə şəhər polisi məlumat verib. Polisin məlumatına görə, bir kişi ölüb, bir qadın isə yaralanaraq xəstəxanaya aparılıb. Polis həmçinin bildirib ki, şübhəli hadisə yerindən qaçıb. Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ticarət mərkəzinə yenidən baxış keçirir və hadisə ilə bağlı araşdırma aparır. Mənbə: TASS

Read More
Dünya 

Türkiyə ordusu 25 PKK yaraqlısını məhv etdi – FOTO

Türkiyə ordusunun əməliyyatları zamanı İraqın şimalında və Suriyada PKK-nın azı 25 silahlısı öldürülüb. Bu barədə Türkiyənin Müdafiə naziri Yaşar Gülər ​​Müdafiə Nazirliyinin Əməliyyat Qərargahında məlumat verib. “Dünən axşam saatlarında 13 terrorçu məhv edilib, bu gün – 12. İlin əvvəlindən məhv edilən terrorçuların ümumi sayı 2156-ya çatıb”, – nazirliyin “X” (keçmiş “Twitter”) səhifəsində məlumat verilib. Onun sözlərinə görə, İraqın şimalında türk hərbçilərinə qarşı hücumlara cavab olaraq həyata keçirilən əməliyyatlar nəticəsində yaraqlıların cəmləşdiyi ərazilərə və onların infrastrukturuna kütləvi zərbələr endirilib. Xatırladaq ki, son iki gündə Şimali İraq və Suriyada 12 Türkiyə hərbçisi…

Read More
Dünya 

Gürcüstandan Ermənistan və Türkiyəyə gedən yollar yük maşınları üçün bağlandı

Güclü qar yağması ilə əlaqədar Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti qoşqulu və yarımqoşqulu avtomobillər üçün Ermənistan və Türkiyə ilə sərhədə gedən yolları bağlamaq qərarına gəlib. Bu barədə idarənin mətbuat xidməti məlumat yayıb. “Güclü qar və buzla əlaqədar Xaşuri – Axaltsixe – Vale və Axaltsixe – Ninosminda beynəlxalq avtomobil yolunda qoşquların və yarımqoşquların hərəkəti qadağan edilib”, – məlumatda bildirilib. Avtomobil yolları departamenti əlavə edib ki, tutumu 30 və daha çox nəfər olan avtomobillərin magistral yollarda hərəkəti qadağan edilib, digər avtomobillərin isə magistral yollarda hərəkətinə icazə verilib. Mənbə:…

Read More
Dünya 

Nikaraquada avtobus qəzaya uğrayıb, 19 nəfər ölüb

Nikaraquanın mərkəzində, Mataqalpa departamentinin Manseras bələdiyyəsi yaxınlığında içərisində təxminən 70 nəfərin olduğu sərnişin avtobusu aşıb. Qəza nəticəsində 19 nəfər həlak olub, 43 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaralanıb. Avtobus Mataqalpa – Vaslala marşrutu üzrə hərəkət edib. İlkin məlumata görə, avtobusun aşmasına səbəb nəqliyyat vasitəsinin körpünün hasarına çırpılması olub. Mənbə: RenTV

Read More
Dünya 

Azərbaycanla sərhəddə COVID-19-a rekord yoluxma qeydə alındı

Noyabrın 20-dən dekabrın 17-dək dünyada koronavirusa yoluxma halları əvvəlki dörd həftə ilə müqayisədə 52% artıb. Ən çox yoluxma halı isə Rusiyada müəyyən edilib – 279 359. Bununla belə, COVID-19-dan ölüm dünyada 8% azalıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib. Bildirilir ki, dörd həftə ərzində dünyada 854 673 yoluxma və 3 005 ölüm faktı qeydə alınıb. ÜST-nin regionlarda xəstələnmə və ölüm hallarına dair məlumatlarında müxtəliflik var. Cənub-Şərqi Asiyada yeni koronavirus hadisələrinin sayı dörd həftə ərzində 388%-dən, ölümlər isə üç dəfədən çox artıb. Afrikada xəstəlik 77% artıb, ölüm halları isə…

Read More
Dünya 

Santa-Klaus şimaldan Milad səyahətinə çıxıb – VİDEO

Finlandiyada Youlupukki kimi tanınan Santa Klaus hədiyyə paylamaq üçün Milad səyahətinə çıxıb. Möcüzəvi Santa Klaus hədiyyələrlə evindən çıxıb, maralların çəkdiyi kirşəyə minib və sürətlə uzaqlaşıb. Finlandiyanın televiziya şirkəti bu Milad prosedurunu 1960-cı illərdən yayımlayır. Youlupukki hamını təbrik etməyə vaxt tapmaq üçün hər il 450 milyon km-dən çox yol qət edir. Əfsanələrdən biri deyir ki, fin Santa Klausun nəhəng sehrli açarı var ki, onun köməyi ilə o, maralları ilə bütün dünyanı gəzə bilmək üçün saatı yavaşlada bilir. Mənbə: Yle TV

Read More
Dünya 

Qazaxıstanda avtobus piyadaları vurdu: Ölənlər və yaralananlar var – VİDEO

Qazaxıstanın paytaxtı Almatıda avtobus piyadaları vurub. Məlumata görə, sərnişinlərdən biri avtobus sürücüsü ilə mübahisə etməyə başlayıb və onu vurub. Qadın sürücü huşunu itirib və bu zaman idarəetmədən çıxan avtobus dayanacaq yaxınlığındakı insanları dəyib və digər avtomobillərlə toqquşub. Hadisə nəticəsində üç nəfər ölüb, yeddi nəfər xəsarət alıb. Yaralılardan dördü xəstəxanaya yerləşdirilib. Yaralılarda qapalı kəllə-beyin travması, beyin silkələnməsi, sol bud nahiyəsinin sınığı, sol ayağın sümüklərinin sınığı kimi zədələr aşkarlanıb. Almatı polis idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, avtobus sürücüsünü vuran şəxs saxlanılıb və polis idarəsinin müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Faktla bağlı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin…

Read More