Dünya 

İbrahim Rəisi iranlıların gülüş hədəfinə çevrilib – VİDEO

İran Prezidenti İbrahim Rəisinin Gülüstan vilayətinə səfəri zamanı hava limanındakı 45 saniyəlik çıxışında 10 dəfə “məsələ” sözündən istifadə etməsi iranlıların gülüş hədəfinə çevrilib. “Azad İran” “Telegram” kanalı məlumat verir ki, sözügedən çıxış hazırda sosial şəbəkələrin İran seqmentində ən çox baxılan videolardandır.

Read More
Dünya 

Simonyan KTMT-yə səsləndi: “İrəvan o sənədləri imzalamayacaq”

“İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətini tormozlamaq niyyətində deyil, lakin yalnız Ermənistanın maraqlarına zidd olmayan sənədləri ratifikasiya edəcək”. Bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. O əlavə edib ki, əgər təqdim olunan sənədlər Ermənistanın maraqlarına zidd olacaqsa, İrəvan onları imzalamayacaq. “Belə nümunələr olub”, – deyə Ermənistan rəsmisi əlavə edib. Mənbə: TASS

Read More
Dünya 

Türkiyənin təhlükəsizlik qüvvələri reyd keçirib, yüzlərlə şəxs saxlanılıb – VİDEO

Türkiyənin təhlükəsizlik qüvvələri reydlər keçirib, 304 nəfər saxlanılıb. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Erlikaya “X” sosial şəbəkəsində yazıb. Əməliyyat Baş Təhlükəsizlik İdarəsinin kəşfiyyat və terrorla mübarizə şöbələrinin dəstəyi ilə polis və jandarm qüvvələri tərəfindən respublikanın 32 vilayətində “Kahramanlar-34” əməliyyatı eyni vaxtda həyata keçirilib. Şübhəlilərin bəzisinin, nazirin qeyd etdiyi kimi, “İslam Dövləti” ilə əlaqəsi var, lakin əksəriyyəti bu təşkilatın tərkibində indi də fəaliyyət göstərir. Ankarada 39, İstanbulda 86, İzmirdə 20, Antalyada bir, ümumilikdə isə 304 şübhəli şəxs saxlanılıb. Nazir terrorla mübarizə tədbirlərinin və reydlərin “son terrorçu zərərsizləşdirilənə qədər” davam…

Read More
Dünya 

Praqa Universitetində atışma: Ölən və yaralananlar var – VİDEO

Praqada (Çexiya) ali məktəb binasında atışma baş verib. İlkin məlumatlara görə, insident Karl Universitetinin fəlsəfə fakültəsində yaşanıb. Yerli polis məlumat verib ki, atışma nəticəsində bir neçə nəfər ölüb, onlarla insan yaralanıb. Atəş açan şəxsin zərərsizləşdirildiyi bildirilib. Hadisənin təfərrüatları araşdırılır. Mənbə: TASS

Read More
Dünya 

Özbəkistan XİN-dən Rusiyaya etiraz

Rusiyanın Özbəkistandakı səfiri Oleq Malqinov rusiyalı yazıçı, “Ədalətli Rusiya – Vətənpərvərlər – Həqiqət naminə” siyasi partiyasının həmsədri Zaxar Prilepinin Özbəkistanın ilhaqı ilə bağlı bəyanatı ilə əlaqədar ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunub. Rusiya nümayəndəsinə Prilepinin “Özbəkistan ərazisinin Rusiyaya birləşdirilməsi” təklifinin “dərin narahatlıq hissi ilə” qarşılandığı barədə məlumat verilib. Əlavə edilib ki, “Rusiya Federasiyası kimi dost ölkənin partiya rəhbərlərinin bu cür bəyanatları, təəssüf ki, Özbəkistan Respublikası ilə Rusiya Federasiyası arasında hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin ruhuna uyğun gəlmir”. Mənbə: TASS

Read More
Dünya 

ÜST-dən xəbərdarlıq: COVID-19-un “JN.1” ştammı yayılır

Dünya ölkələrində COVID-19 virusunun “JN.1” ştammı yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Bildirilib ki, bu ştamm diqqətə alınması vacib virusdur. Hələ ki, bu virus əhalisi çox olan ölkələr Hindistan, Çin və ABŞ-da aşkar edilib. ÜST dünya əhalisi üçün hazırda təhlükənin miqyasının kiçik olduğunu bildirsə də, insanları peyvənd etdirərək bundan qorunmağa çağırıb. “JN.1” ştamının yayıldığı ABŞ-da xəstə sayının artacağı qaçınılmazdır. İngiltərənin Səhiyyə Təhlükəsizliyi Agentliyi bu virusun koronavirusa yoluxanların bəzilərində aşkarlandığını bildirib. “JN.1″in koronavirusun başqa ştammlarına nisbətən daha təhlükəli olub-olmadığı hələ ki, araşdırılmayıb.

Read More
Dünya 

Moskva Yeni ili səssiz qarşılayacaq: Atəşfəşanlıq ləğv edildi

Moskvada Yeni il bayramı günü atəşfəşanlıq olmayacaq. ARANTV.AZ  xəbər verir ki, bu barədə TASS-a Moskva meriyasından məlumat açılanıb. Meriyadan bildirilib ki, bu il də keçən ilki kimi Yeni il bayramı günü Rusiya paytaxtında atəşfəşanlıq edilməyəcək. Moskva rəsmiləri bunun Ukraynadakı müharibə ilə bağlı olduğunu deyiblər. Xatırladaq ki, ötən il də dekabrın 31-dən yanvarın 1-nə keçidin səs-küysüz qeyd edilməsi qərara alınıb. Buna təhlükəsizlik tədbirləri baxımından gedildiyi açıqlanb.

Read More
Dünya 

Qatı duman Dağıstanda 16 avtomobilin qəzaya düşməsi ilə nəticələnib – VİDEO

Rusiyanın Dağıstan respublikasının Kumtorkalinski rayonunun ərazisində 16 avtomobilin iştirakı ilə qəza baş verib. Qeyd olunub ki, hadisəyə qatı duman səbəb olub. Qəza nəticəsində ölən olmayıb, yalnız bir neçə şəxs yüngül xəsarət alıb. Hadisə yerində yol müfəttişləri işləyirlər, hadisənin baş vermə şəraiti araşdırılır. Mənbə: RİA Novosti

Read More
Dünya 

İran husilərin əli ilə nə etmək istəyir? – VİDEO

Qəzza zolağında İsrail-HƏMAS müharibəsinin başlanmasından iki aydan çox vaxt keçməsinə baxmayaraq, İranın bu qanlı münaqişəyə münasibəti ilk baxışda müxtəlif görüş və danışıqlardan, hədələyici açıqlamalardan uzağa getməyib. Təsadüfi deyil ki, İranın özündə hökumət olanlara seyrçi qalmaqda və yalnız bəyanatlar verməklə kifayətlənməkdə ittiham olunub. İranın Qəzzadakı münaqişəyə qarışmamasının səbəbləri barədə çoxsaylı təhlillər dərc olunub. Lakin İran yalnız ilk baxışda Şərqdə gedən münaqişəyə qarışmır, əslində isə Tehran rejimi həmin münaqişənin başlıca pərdəarxası iştirakçısıdır. Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan videosüjetdə bildirilib. “Sadəcə olaraq, bu iştirak bilavasitə ölkənin rəsmi silahlı qüvvələri tərəfindən deyil,…

Read More