Dünya 

Rusiyanın Ermənistandakı səfirliyi ölkədə “Sputnik” radiosunun bağlanmasına münasibət bildirib

Rusiyanın Ermənistandakı səfirliyi “Sputnik” radiosunun ölkə ərazisində fəaliyyətinin qadağan olunmasına münasibət bildirib. Məlumat diplomatik korpusun saytında dərc edilib. “Rusiyanın İrəvandakı səfirliyi “Sputnik” radiosunun yayımının dayandırılmasından təəssüfləndiyini bildirir”, – deyə ictimailəşdirilən məlumatda qeyd olunub. Xatırladaq ki, ölkənin Televiziya və Radio Komissiyası “Sputnik Ermənistan” radiosunun ölkədəki retranslyatoru olan “Tospa” radiostansiyasının lisenziyasını 30 gün müddətinə ləğv edib. Ermənistan mediasının məlumatına görə, komissiya başqa bir qərarı ilə yayımçını 500 min dram (təxminən 1  200 dollar) cərimələyib. Tənzimləyicinin ilk qərarı “Tiqran Keosayanla cümə” proqramı ilə bağlıdır. Bildirilir ki, bu proqramda müəllif ölkənin, xalqın şərəf və…

Read More
Dünya 

Antalyada kəskin hava şəraiti: 11 reys ləğv edildi

Əlverişsiz hava şəraiti ilə əlaqədar Antalyada 11 reys ləğv edilib. BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər. Açıqlamada, aviaşirkətin Türkiyənin Meteoroloji Fövqəladə Hallar Komitəsinin aldığı qərarına uyğun olaraq, əlverişsiz hava şəraiti səbəbindən Antalya Hava Limanına qalxan və enən 11 uçuşu ləğv etdiyi bildirilib. Qurum həmçinin sərnişinlərinə xəbərdarlıq edib ki, meteoroloji şəraitdən asılı olaraq gün ərzində reyslərin ləğvində dəyişikliklər ola bilər.

Read More
Dünya 

Rusiyada yeniyetmələrin olduğu qatarda kütləvi zəhərlənmə: Ölən var

Rusiyada Tümen-Adler qatarı ilə hərəkət edən sərnişinlər arasında kütləvi zəhərlənmə halı qeydə alınıb. Məlumata görə, qatarda 125 nəfər yeniyetmə olub. Zəhərlənən uşaqlardan 30-u uşaq xəstəxanaya yerləşdirilib. Lakin onlardan birinin – 12 yaşlı yeniyetmə qızın həyatını xilas etmək mümkün olmayıb. Artıq Rusiya İstintaq Komitəsi və Rusiya Baş Prokurorluğu araşdırmalara başlayıb. Mənbə: “112” “Telegram” kanalı

Read More
Dünya 

Çində baş vermiş dəhşətli zəlzələdə ölənlərin sayı açıqlandı

Bazar ertəsi Çinin şimal-qərbində baş verən 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 135 nəfərə çatıb. Bu barədə Çin Mərkəzi Televiziyası xəbər yayıb. Məlumata görə, Qansuda 113 nəfər ölüb, 782 nəfər yaralanıb. Qonşu Çinxayda ölənlərin sayı 22-yə çatıb, 198 nəfər yaralanıb. Bundan başqa, 12 nəfərin də itkin düşdüyü bildirilir. Qeyd edək ki, təbii fəlakət Qansuda 207 mindən çox evi dağıdıb, 15 minə yaxın binaya ziyan dəyib. Mənbə: octagon.media

Read More
Dünya 

Qazaxıstan nəhəng dəmir yolu xəttinin inşasına başladı

Qazaxıstan Çin istiqamətində yeni dəmir yolunun tikintisinə başlayıb. Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, yeni dəmir yolu xətti yük dövriyyəsini 20 milyon ton artıracaq. Bəxtı-Ayagöz yeni dəmir yolu xəttinin uzunluğu 272 kilometr təşkil edəcək. Qazaxıstan hökuməti iddia edir ki, yeni dəmir yolu xətti Qazaxıstan və Çin arasında yük dövriyyəsini 28 milyon tondan təxminən 48 milyon tona çatdıracaq, cənub keçid məntəqələrində sıxlığı aradan qaldıracaq və əlavə tranzit həcmlərini cəlb edəcək. Layihənin 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Mənbə: TASS

Read More
Dünya 

Edinburq: Kişiləri ətəklə gəzib fəxr edən, öz “cızbız”ı olan şəhər – VİDEO

Baku TV-də Gülnar Muradovanın təqdimatında yayımlanan “Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib. Bu dəfə qədimi qəsrlər diyarı, tarixi tikililəri ilə məşhur olan Avropanın ən yaşıl ölkəsi Şotlandiyadan bəhs olunub. Qeyd olunub ki, məhz Şotlandiyada küçədə ətəkdə gəzən və bununla fəxr edən əsl kişilər görə bilərsiniz. Bura əsl viskinin və yas mərasimlərində belə səslənən volınkanın vətənidir. Edinburqun yarım milyon əhalisi var və hər il bura 25 dəfə çox turist gəlir. Bu şəhərdə hara baxsan, tarixi görmək mümkündür. 500, 600 yaşı olan tikililər hələ də dimdik ayaq üstdə və əla vəziyyətdədir.…

Read More
Dünya 

Moldova MDB-dən çıxmağa hazırlaşır

“Moldova 2024-cü ilin sonuna qədər Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxacaq”. Bu sözləri Moldova parlamentinin xarici siyasət və Avropaya inteqrasiya komissiyasının rəhbəri Doyna Qerman deyib. “Biz bu yaxınlarda müdafiə və təhsil sektorlarında üç sazişi ləğv etdik. Demək olar ki, son mərhələdəyik. 2024-cü ilin sonuna qədər prosesi başa çatdırmağı qarşımıza məqsəd qoymuşuq”, – deyə o bildirib. Komissiya rəhbəri qeyd edib ki,  MDB-ni tərk etmək Moldova iqtisadiyyatına təsir göstərməyəcək. Mənbə: Sputnik Moldova

Read More
Dünya 

Sankt-Peterburqda kütləvi tədbirlər üçün maska rejimi tətbiq edilib

Dekabrın 20-dən Rusiyanın Sankt-Peterburq şəhərində kütləvi Yeni il, idman və mədəni tədbirlər zamanı maska ​​rejimi tətbiq olunacaq. Məlumata görə, müvafiq qərarı Sankt-Peterburq şəhəri üzrə baş dövlət sanitar həkimi Nataliya Başketova imzalayıb. “Mülkiyyət formasından asılı olmayaraq bütün təşkilat və idarələrin rəhbərləri kütləvi Yeni il şənlikləri, idman və mədəni-kütləvi tədbirlər təşkil və keçirərkən işçilərin tənəffüs orqanlarının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadəsini təmin etsin”, – deyə sənəddə bildirilib. Mənbə: TASS

Read More
Dünya 

Milyonlarla insanın öldüyü müharibənin başlandığı dəqiq tarix: Gizli teleqramı kim ötürüb? – FOTO

Rusiyada Yeltsin adına Prezident Kitabxanası 21 iyun 1941-ci ildə Dövlət Təhlükəsizliyi Xalq Komissarlığı rəhbərliyinin Leninqrad vilayətindən aldığı şifrəli teleqramın məzmununu dərc edib. Teleqramda yaxın zamanda Almaniya ilə müharibənin başlanacağı barədə xəbərdarlıq edilib. Bu barədə kitabxana fondlarının elmi ekspertizası şöbəsinin müdiri, tarix elmləri namizədi Aleksey Voronoviç məlumat verib. Onun sözlərinə görə, sənəd ilk dəfə təqdim olunub və dövlət təhlükəsizliyi orqanlarının hücumun dəqiq tarixinin göstərildiyi ilk hesabatlarından biridir. “Sənəd portalımızda daha əvvəl dərc edilmiş və Hitler Almaniyasının planlarını müəyyən etmək istiqamətində dövlət təhlükəsizliyi orqanlarının işini göstərən materiallarla uyğunluq təşkil edir. Materialların araşdırılması…

Read More