Dünya 

Moldova MDB-dən çıxmağa hazırlaşır

“Moldova 2024-cü ilin sonuna qədər Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxacaq”. Bu sözləri Moldova parlamentinin xarici siyasət və Avropaya inteqrasiya komissiyasının rəhbəri Doyna Qerman deyib. “Biz bu yaxınlarda müdafiə və təhsil sektorlarında üç sazişi ləğv etdik. Demək olar ki, son mərhələdəyik. 2024-cü ilin sonuna qədər prosesi başa çatdırmağı qarşımıza məqsəd qoymuşuq”, – deyə o bildirib. Komissiya rəhbəri qeyd edib ki,  MDB-ni tərk etmək Moldova iqtisadiyyatına təsir göstərməyəcək. Mənbə: Sputnik Moldova

Read More
Dünya 

Sankt-Peterburqda kütləvi tədbirlər üçün maska rejimi tətbiq edilib

Dekabrın 20-dən Rusiyanın Sankt-Peterburq şəhərində kütləvi Yeni il, idman və mədəni tədbirlər zamanı maska ​​rejimi tətbiq olunacaq. Məlumata görə, müvafiq qərarı Sankt-Peterburq şəhəri üzrə baş dövlət sanitar həkimi Nataliya Başketova imzalayıb. “Mülkiyyət formasından asılı olmayaraq bütün təşkilat və idarələrin rəhbərləri kütləvi Yeni il şənlikləri, idman və mədəni-kütləvi tədbirlər təşkil və keçirərkən işçilərin tənəffüs orqanlarının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadəsini təmin etsin”, – deyə sənəddə bildirilib. Mənbə: TASS

Read More
Dünya 

Milyonlarla insanın öldüyü müharibənin başlandığı dəqiq tarix: Gizli teleqramı kim ötürüb? – FOTO

Rusiyada Yeltsin adına Prezident Kitabxanası 21 iyun 1941-ci ildə Dövlət Təhlükəsizliyi Xalq Komissarlığı rəhbərliyinin Leninqrad vilayətindən aldığı şifrəli teleqramın məzmununu dərc edib. Teleqramda yaxın zamanda Almaniya ilə müharibənin başlanacağı barədə xəbərdarlıq edilib. Bu barədə kitabxana fondlarının elmi ekspertizası şöbəsinin müdiri, tarix elmləri namizədi Aleksey Voronoviç məlumat verib. Onun sözlərinə görə, sənəd ilk dəfə təqdim olunub və dövlət təhlükəsizliyi orqanlarının hücumun dəqiq tarixinin göstərildiyi ilk hesabatlarından biridir. “Sənəd portalımızda daha əvvəl dərc edilmiş və Hitler Almaniyasının planlarını müəyyən etmək istiqamətində dövlət təhlükəsizliyi orqanlarının işini göstərən materiallarla uyğunluq təşkil edir. Materialların araşdırılması…

Read More
Dünya 

Hindistanın cənubunda daşqınlar səbəbindən 17 mindən çox insan təxliyə edilib

Hindistanın cənubundakı Tamilnad ştatında leysan yağışların yağdığı daşqın zonasından 17 mindən çox insan müvəqqəti düşərgələrə təxliyə olunub. Bu barədə jurnalistlərə yerli administrasiya rəhbərinin müavini Şiv Das Mina məlumat verib. “Bu günə qədər 160 yardım düşərgəsi yaratmışıq və bu düşərgələrdə 17 minə yaxın insan yerləşdirilib. İnsanlara 34 minə yaxın ərzaq bağlaması çatdırılıb, lakin indi suyun səviyyəsi hələ də azalmadığından bəzi kəndlərə gedib çıxa bilmirik”, – deyə Mina bildirib. O əlavə edib ki, 1 300-ə yaxın insan, o cümlədən Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Milli Fəlakətlərə qarşı Qüvvələrinin (NDRF) əməkdaşları…

Read More
Dünya 

Rusiya Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin sayını açıqladı

Rusiya Mərkəzi Seçki Komissiyasına (MSK) ölkədə prezident seçkisi ilə bağlı 16 namizədin ərizəsi daxil olub. Bu barədə komissiya sədri Ella Pamfilova iclas zamanı məlumat verib. “Hazırda Rusiya Federasiyası prezidentliyinə seçki ilə bağlı 16 namizəddən ərizə almışıq. Kampaniya aktiv fazaya daxil olub”, – deyə Pamfilova qeyd edib. O, həmçinin əlavə edib ki, MSK-nın məlumatına görə, ərizələrin sayı artacaq. Mənbə: TASS

Read More
Dünya 

Peruda zəlzələ baş verib

Peruda 6,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilir ki, yeraltı təkanların episentri təxminən 20 min nəfər əhalisi olan El-Pedreqal şəhərindən 54 km şimal-qərbdə yerləşir. Mənbəyi 94 km dərinlikdə olub. Qeyd edək ki, itkilər və dağıntılar barədə məlumat yoxdur. Mənbə: TASS

Read More
Dünya 

Rusiyada deputatlara qəribə qadağa

Rusiyada deputatları seçim qarşısında qoyublar. Belə ki, Dövlət Duması xarici istehsal maşınları üçün onlara benzin pulu verməyəcəyini açıqlayıb. Bu barədə Aşağı Palatadakı mənbələr məlumat verib, həmçinin deputatların özləri də təsdiqləyiblər. Bildirilib ki, 2024-cü ilin yanvarın 1-dən deputatlardan yerli istehsal olan avtomobillərə keçmələri istənilib. Onların sözlərinə görə, əgər buna razı olmasalar, yanacaq pulunu öz hesablarına ödəməlidirlər. Mənbə: İz.ru

Read More
Dünya 

Moskvada 673 kiloqram kokain aşkarlanıb – VİDEO

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskvada 673 kiloqram Latın Amerikası kokainini müsadirə ediblər. Məlumata görə, kokainin Avropaya göndərilməsi nəzərdə tutulub. Onun qara bazarda dəyəri 2,5-6,5 milyard rubl (təxminən 47-122 milyon manat – red.) arasında qiymətləndirilir. Qeyd edək ki, narkodəstənin üzvləri kokainin topdansatış partiyasını satmağa cəhd edərkən yaxalanıblar. Narkotik avtomobildə olan qutulara yığılıb. Saxlanılanlardan biri bildirib ki, onlara yeşik daşımaqla pul qazanmağı təklif ediblər. Mənbə: lenta.ru

Read More
Dünya 

Türkiyədə özlərini Milli Kəşfiyyat Təşkilatı və Prezident Ofisinin işçiləri kimi tanıdan şəxslər saxlanıldılar

Türkiyənin Samsun vilayətinin Vezirköprü rayonunda özlərini Milli Kəşfiyyat Təşkilatı (MİT) və Prezident Ofisinin əməkdaşları kimi tanıdan şəxslər saxlanılıblar. Vezirköprü Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində özlərini MİT və Prezident Ofisi əməkdaşları kimi təqdim edən üç nəfər ələ keçirilib ki, bunlardan biri yerli icra nümayəndəsi, ikisi keçmiş çavuş olub. Araşdırma zamanı məlum olub ki, bu şəxslər 13 nəfəri müxtəlif dövlət qurumlarında işə düzəltmək və silah lisenziyası almaq kimi müxtəlif vədlərlə aldadaraq 5 milyon Türkiyə lirəsi (292 min manatdan çox) məbləğində pullarını mənimsəyiblər. Zərərçəkmiş sakinlərin ifadələri alındıqdan sonra aparılan istintaq çərçivəsində üç şübhəli şəxs…

Read More