Dünya 

Türkiyə 2023-cü ilin fevralında baş vermiş zəlzələlərin vurduğu zərər AÇIQLANDI: Onmilyardlarla dollar

2023-cü ilin fevralında baş vermiş zəlzələlərin Türkiyəyə dəymiş ümumi zərəri 110 milyard dollar təşkil edib. Bunu ölkənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki bildirib və Türkiyə ərazisinin 66%-nin seysmik risk zonasında olduğunu qeyd edib. “Fevralın 6-da baş vermiş zəlzələlərdən ümumi itkilərimiz 110 milyard dollar qiymətləndirilir. Ölkəmizin ərazisinin 66 faizi, vətəndaşlarının 71 faizi birinci və ikinci dərəcəli zəlzələ riski altındadır”, – deyə nazir parlamentdə müzakirələr zamanı deyib. Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 bal və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar geniş ərazidə və qonşu ölkələrdə də hiss…

Read More
Dünya 

Türkdilli dövlətlərdən biri bayrağının dizaynını dəyişir

Qırğızıstan parlamentinin deputatları ölkənin dövlət bayrağının dizaynının qismən dəyişdirilməsi təklifini dəstəkləyiblər. Parlamentdə müvafiq qanun layihəsinin üçüncü oxunuşunda dövlət bayrağının dizaynının dəyişdirilməsinin lehinə 59 deputat, əleyhinə isə beş deputat səs verib. Daha əvvəl isə qanun layihəsi Qırğızıstan parlamentinin müvafiq komitəsi tərəfindən dəstəklənib. Qırğızıstan dövlət bayrağının dizaynının dəyişdirilməsi təşəbbüsü ilə ilk dəfə parlamentin sədri Nurlanbek Şakiyev çıxış edib. Lakin müzakirələr başlayandan bir müddət sonra ölkə Prezidenti Sadır Japarov qeyd edib ki, spikerə bayrağın dəyişdirilməsi təklifini özü verib. Sadır Japarov bildirmişdi ki, Qırğızıstan bayrağında olan rəng və təsvirlər günəbaxanı xatırladır: “Hətta elə hallar…

Read More
Dünya 

Xəzər sahillərində 130-a yaxın ölü suiti tapıldı

Xüsusi Komissiya Dağıstanda Xəzər dənizi sahillərində monitorinq apararkən Rusiya Federasiyasının Qırmızı Kitabına daxil edilmiş 130-a yaxın ölü suiti aşkar edib. Bu barədə regional Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. “Bu həftəsonu sahildə 130-a yaxın ölü heyvan qeydə alınıb. Onların əksəriyyəti artıq çürüyüb. Heyvanların təkcə Xəzər dənizinin Rusiya sahillərində deyil, həm də Azərbaycan və İran sahillərində ölməsi istisna deyil. Kütləvi ölümün dəqiq səbəbi hələ ki aydın deyil”, – deyə qurum qeyd edib. Nazirlikdən izah olunub ki, Xəzər suitisinin kütləvi tələfatı son illərdə heyvanların Şimaldan Cənubi Xəzər dənizinə…

Read More
Dünya 

Ərdoğandan Avropa İttifaqına mesaj: “Bu ölkələrin heç biri Türkiyə deyil…”

“Avropa İttifaqı bundan sonra Türkiyənin mövqeyini düzgün qiymətləndirməlidir”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan səfərindən qayıtdığı zaman təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib. Ərdoğan Avropa İttifaqının müharibə vəziyyətindəki Ukrayna və həmçinin Moldova ilə üzvlük danışıqlarına başlaması və Gürcüstana namizəd statusu verməsi ilə bağlı fikirlərini bildirib. “Onlara namizəd statusunun verilməsi o demək deyil ki, gəlib Avropa İttifaqına üzv olacaqlar. Onlarla proses başladılacaq və bu proseslər də ləngiyəcək. Bu ölkələrin heç biri Türkiyə deyil. Avropa İttifaqının bundan sonra Türkiyənin mövqeyini düzgün qiymətləndirməsi zəruridir. Avropa İttifaqına üzv olmağa bir çox üzv ölkədən…

Read More
Dünya 

ABŞ-də güclü fırtına: Ölənlər var

ABŞ-nin şimal-şərqində iki gündür davam edən şiddətli tufan güclü fəsadlar törədib, nəticədə üç nəfər ölüb. Məlumata görə, Men, Massaçusets, Konnektikut, Rod-Aylend, Nyu-Hempşir, Nyu-Cersi və Nyu-Yorkda fırtına səbəbindən 600 mindən çox insan işıqsız qalıb. Bundan başqa, güclü yağışlar səbəbindən küçə və prospektləri su basıb, bir çox rayonlarda nəqliyyatın hərəkəti dayanıb. Nyu-York meri Erik Adams şəhər sakinlərini fırtına zamanı bayıra çıxmamağa çağırıb. Şimali Karolina və Men ştatları arasındakı bölgədə güclü külək xəbərdarlığı edilib, ümumilikdə şimal ştatlarında 500-dən çox uçuş ləğv edilib. Mənbə: Haber Global

Read More
Dünya 

Kassanı qarət edib qaçmaq istəyən oğrulara “həmkarlarından” gözlənilməz sürpriz: ABŞ-də qəribə oğurluq

ABŞ-də qəribə oğurluq hadisəsi baş verib. Belə ki, kassanı qarət etməklə məşğul olan quldurların özlərinin maşını naməlum şəxs tərəfindən qaçırılıb. Hadisə Koloradonun Kommers şəhərində qeydə alınıb. Üç maskalı silahlı şəxs kassanı qarət edərkən başqa bir cinayətkar onların yaxınlıqda dayanmış avtomobilini oğurlayıb. Polisin məlumatına görə, həmin maşın özü də oğurluq olub. Cinayət yerinə gələn polis qarətçiləri təqib etməyə başlayıb və onlardan ikisini saxlamağa müyəssər olub. Şübhəlilərdən biri qaça bilib. Avtomobili qarət edən şəxsin kimliyi məlum olmayıb. Mənbə: Gazeta.ru

Read More
Dünya 

Niger Rusiya ilə əməkdaşlığını genişləndirir

Niger Rusiya ilə təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlığı gücləndirmək niyyətindədir. Bu barədə ölkənin xarici hərbçilər tərəfindən təyin edilmiş Baş naziri Əli Mahaman Lamin Zeyn bildirib. “Bir daha qeyd etmək lazımdır ki, Niger və Rusiya Federasiyası yenidən qarşılıqlı fəaliyyətdədir və biz iqtisadiyyatın və təhlükəsizliyin bütün sahələrində irəliləməyə çalışırıq”, – deyə baş nazir bildirib. Mənbə: osnmedia.ru

Read More
Dünya 

Şri-Lanka bir il ərzində xarici elmi gəmilərin öz sularına daxil olmasını qadağan edib

Şri-Lanka bir il müddətinə xarici elmi gəmilərin öz ərazi sularına daxil olmasını qadağan edib. Bu tədbir 2024-cü ilin yanvarından qüvvəyə minəcək. Bunu Şri-Lankanın xarici işlər naziri Məhəmməd Əli Sabri bildirib. “Biz digər ölkələrlə bərabərhüquqlu tərəfdaşlar kimi elmi okean tədqiqatlarında iştirak etmək üçün öz potensialımızı inkişaf etdirməliyik”, – deyə xarici işlər naziri bildirib. Sabri əlavə edib ki, Şri-Lanka geosiyasi əhəmiyyət kəsb edən məsələlərdə heç bir ölkə ilə düşmənçilik etmədən hərəkət etməyə sadiqdir. Qeyd olunur ki, qadağa Çinin elmi gəmisinin 2024-cü ilin yanvarında yenidən Şri-Lanka sularına daxil olmasına icazə istəməsindən sonra tətbiq…

Read More
Dünya 

Avropa İttifaqında “No Russia” qaydası meydana çıxıb

O, Avropa mallarının ixracatçılarını onların Rusiyaya təkrar ixrac və ya Rusiya Federasiyası ərazisində istifadə olunmayacağını şərt qoymağa məcbur edir. Avropa İttifaqı (Aİ) Şurası, yeni 12-ci sanksiya paketində, Avropa mallarının ixracatçılarını müqavilələrinə Rusiya ərazisində istifadə etmək üçün Rusiyaya və ya başqa bir ölkəyə təkrar ixrac olunmamaq şərtini daxil etməyə məcbur edir. Maddə Aİ-nin Moskvaya qarşı bütün sektoral sanksiyaları müəyyən edən 833/2014 saylı sanksiya reqlamentinə daxil edilib. Tələb bütün yeni ixrac müqavilələri üçün 20 mart 2024-cü il tarixinədək qüvvəyə minəcək. Eyni zamanda, Aİ aydınlıq gətirib ki, əgər müqavilə 2023-cü il dekabrın 19-dan…

Read More