Tokayev: Astana ərazi bütövlüyü prinsipi ilə Ukraynada sülhün tərəfdarıdır
Rəsmi Astana əvvəldən Ukraynada ədalətli əsasda sülh düsturunun birgə axtarışını müdafiə edib, ardıcıl olaraq BMT Nizamnaməsinə, suveren dövlətlərin sərhədlərinin toxunulmazlığına və ərazi bütövlüyünə riayət edilməsinin tərəfdarı olub. “Report” Akordaya istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı deyib. Tərəflər Rusiya- Ukrayna müharibəsinin həlli perspektivlərini müzakirə ediblər. Qasım-Jomart Tokayev qeyd edib ki, qazax xalqı Ukrayna xalqına, onun tarixinə, mədəniyyətinə və dilinə səmimi hörmət edir. O, Qazaxıstanın Ukraynada beynəlxalq hüquq prinsipləri əsasında davamlı sülhün bərqərar olmasında qeyd-şərtsiz maraqlı olduğunu vurğulayıb. “İndi əsas prioritet…
Read More