Dünya 

Pakistanda zəlzələ baş verdi

Pakistanın Bəlucistan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Pakistan Milli Seysmik Müşahidə Mərkəzindən məlumat verilib. Məlumata görə, zəlzələ Bəlucistan əyalətindən 160 kilometr cənub-qərbdə, yerin 60 kilometr dərinliyində qeydə alınıb. Yerli vaxtla saat 17:19-da baş verən zəlzələdə ölən və ya xəsarət alanlar, həmçinin dağıntılar barədə hələlik açıqlama verilmir. Mənbə: Anadolu

Read More
Dünya 

Qış günü dənizdə çimdilər – VİDEO

Türkiyənin Mersin şəhərində günəşli havanı görənlər dənizdə çimiblər. Mersində təxminən 10 gündür fasilələrlə davam edən fırtına və yağışlı havanın ardından günəş çıxıb. Havanın və dənizin temperaturunun 22-23 dərəcə olduğu şəhərdə turistlər çimib, çox sayda insan ailəsi ilə birlikdə sahildə gəzintnin dadını çıxarıb. Gəzməyə gələn bəzi vətəndaşlar qayıqla dənizdəki qalaya gediblər. Dənizdə qalanı ziyarət edən vətəndaşlar xatirə şəkli çəkdirib./BAKU.WS

Read More
Dünya 

Ağ Evdən xəbərdarlıq: “Bu vəziyyətin öhdəsindən gəlmək üçün “sehirli maliyyə qazanımız” yoxdur”

ABŞ-nin bu ilin sonuna qədər Ukraynaya yardım üçün resursları tamamilə tükənə bilər. Bu barədə Ağ Evin İdarəetmə və Büdcə Departamentinin direktoru Şalanda Yanq Konqresə ünvanladığı məktubunda xəbərdarlıq edib. Onun sözlərinə görə, ABŞ administrasiyasının bu vəziyyəti həll etmək üçün “sehirli maliyyə qazanı” yoxdur. “Bizim pulumuz və demək olar ki, vaxtımız bitdi”, – deyə Yanq əlavə edib. Bundan əvvəl Ağ Ev ABŞ Konqresi tərəfindən əlavə ayırmaların təsdiqi olmadan Ukraynaya hərbi dəstəyin göstərilməsinin son dərəcə çətin olacağını bəyan edib. Mənbə: Bloomberg

Read More
Dünya 

Hindistanın cənubunda güclü yağışlar yağır, ölənlər var

Hindistanın cənubunda yağan güclü yağışlar Çennay şəhərində daşqınlara səbəb olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, əlverişsiz hava şəraiti səbəbindən şəhərdə yeni tikilmiş divar uçub, dağıntılar altında qalan iki nəfər ölüb, bir nəfər ağır yaralanıb. Qeyd edək ki, güclü küləklə müşayiət olunan leysan evlərin dağılmasına, elektrik xətlərinin qırılmasına səbəb olub. Şəhərin bir çox yolları və meydanları su altında qalıb. Xilasedicilər su basmış ərazilərdən onlarla insanı təxliyə etməli olublar. Çennay şəhərində təyyarələrin uçuşu və qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Mənbə: TASS

Read More
Dünya 

Ermənistan tədarük olunmayan silahlara görə Rusiyanı məhkəməyə verməkdən imtina edib

Ermənistan silah müqabilində pul almadığına görə Rusiyanı məhkəməyə vermək fikrində deyil. Bu barədə Ermənistan müdafiə nazirinin müavini Qraçya Sarkisyan bu gün parlamentdə keçirilən brifinq zamanı bildirib. Onun sözlərinə görə, problem tərəfdaşlıq şəraitində həll edilməlidir. “Silah tədarükü olmayıb, amma iş məhkəməyə qədər getməyəcək. Düşünürəm ki, məsələ tərəfdaşlıq şəraitində həll olunacaq”, – deyə o qeyd edib. Xatırladaq ki, daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan Ermənistanın müttəfiqlərindən birinə silah tədarükü üçün yüz milyonlarla dollar ödənildiyini, lakin silahların gəlib çıxmadığını bəyan edib. Mənbə: TASS

Read More
Dünya 

Mütəxəssisdən açıqlama: Mərmərə dənizindəki zəlzələ İstanbulda gözlənilən böyük zəlzələdən xəbər verir? – FOTO

Türkiyədə Mərmərə dənizində 5,1 və 4,5 bal gücündə ard-arda baş verən iki zəlzələ qorxu və təşvişə səbəb olub. Belə ki, 5,1 bal gücündə ilk zəlzələ İstanbul və ətraf vilayətlərdə hiss olunub. Bundan dərhal sonra 4,5 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Bir-birinin ardınca gələn zəlzələlər gözlənilən böyük Mərmərə zəlzələsi ilə bağlı xəbərləri gündəmə gətirib. Bununla bağlı türkiyəli mütəxəssis, geoloq Okan Tüysüz NTV-nin canlı yayımında qiymətləndirmələr aparıb. O, bundan sonra yenə də təkanların, afterşokların ola biləcəyi barədə xəbərdarlıq edib. “Qırılma xətlərindən biri Düzce, Adapazarı, Gölcükdən keçərək bizim üzərində böyük zəlzələni…

Read More
Dünya 

Ermənistanda qızılcaya yoluxanların sayı 500-ü keçib

Ermənistanda qızılcaya yoluxanların sayı 500 nəfəri keçib. Ermənistan mediasının məlumatına görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb. Bildirilir ki, təkcə son bir həftədə Ermənistanda qızılcaya dördü uşaqda olmaqla beş yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə qızılcaya yoluxanların sayı 513-ə yüksəlib, onlardan 365-i uşaq, 148-i yetkindir. Yoluxanlardan dördü xəstəxanaya yerləşdirilib.

Read More
Dünya 

Kolumbiyada üzərində işgəncə izləri olan cəsədlər tapıldı – FOTO

Kolumbiyanın Santa Fe de Antiokiya turizm qəsəbəsində, çöllük ərazidə yeddi cəsəd tapılıb. Bu barədə polis rəisi Uilyam Daniel Melo mətbuata açıqlama verib. Hadisə yerinə gələn polislər yeddi nəfərin güllələnərək öldürüldüyünü müəyyən ediblər. Həmçinin, cəsədlərin hamısının üzərində işgəncə izləri olub. Cəsədlər məhkəmə tibb mərkəzinə aparılıb. Kolumbiya mətbuatında dərc olunan xəbərdə bölgədə qanundankənar qızıl ticarəti səbəbilə dəstələr arasında qarşıdurma yaşandığı və cinayətə görə Klan del Golfo şəbəkəsinin məsuliyyət daşıdığı bildirilib.   Mənbə: Haber Global

Read More
Dünya 

Türkiyədə qırmızı kateqoriyada olan terrorçu zərərsizləşdirildi: Nazir anbaan görüntüləri paylaşdı – VİDEO

Türkiyədə biri qırmızı kateqoriyada olmaqla iki terrorçu zərərsizləşdirilib. Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında paylaşım edib. “Mardin vilayətinin Dargeçit rayonunun Alayurt çöllük ərazisində həyata keçirilən “Qəhrəmanlar-32” əməliyyatı zamanı biri qırmızı kateqoriyada olmaqla 2 terrorçu zərərsizləşdirilib”, – deyə Ali Yerlikaya paylaşımda bildirib. “Şəhidlərimizin qanı yerdə qalmadı, qalmayacaq”, – deyə nazir qeyd edib. Mənbə: Haber Global

Read More
Dünya 

Moskva hava limanlarında 60-a yaxın reys gecikib və ya təxirə salıb

Moskva hava limanlarında 60-a yaxın reys təxirə salıb və ya gecikib. Məlumata görə, Vnukovo hava limanında 14 reys gecikib və dörd reys təxirə salınıb, Şeremetyevo hava limanında 24 reys gecikib, Domodedovo hava limanında 16 reys gecikib və bir reys təxirə salınıb. Uçuşlarda dəyişikliyə səbəb kimi güclü qar yağması göstərilir. Qeyd edək ki, Bakıya uçuşlarda problem olmayıb. Mənbə: teleport2001.ru

Read More