Dünya 

ABŞ-nin göyərtəsində hərbçilərin olduğu konvertoplanı qəzaya uğradı

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Osprey” konvertoplanı (vint mühərriklərin istiqamətini dəyişəbilən uçuş aparatı) Yaponiyanın Kanosima prefekturasının yaxınlığında qəzaya uğrayıb. Bu barədə sahil mühafizəsi məlumat verib. Bildirilir ki, göyərtədə səkkiz nəfər olub. Konvertoplan Yakusima adaları yaxınlığına düşüb. Hələlik başqa detallar verilməyib. Mənbə: İz.ru

Read More
Dünya 

Kahramanmaraşda Azərbaycan məhəlləsi inşa edilir – FOTO

Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan məhəlləsi inşa edilir. Məhəllə 6 fevral zəlzələsindən sonra göstərdiyi kömək və dəstəyə görə Azərbaycana təşəkkür etmək məqsədi ilə tikilir. Bu barədə Kahramanmaraş Böyükşehir Bələdiyyəsi sədri Hayrettin Güngör bildirib. Onun sözlərinə görə, 320 sot sahədə qurulacaq məhəllənin 100 milyon dollarlıq hissəsi Azərbaycan tərəfindən qarşılanır. Hayrettin Güngör qeyd edib ki, fəlakətin baş verdiyi ilk gündən Türkiyənin yanında olan Azərbaycana təşəkkür etmək üçün yaşayış evlərinin tikiləcəyi əraziyə “Azərbaycan məhəlləsi” adı verilib. Məhəllədə ilkin olaraq aprelin 29-da Heydər Əliyev adına ibtidai məktəbin təməli qoyulub. 24 sinifli məktəbin təməlqoyma mərasiminə Azərbaycan…

Read More
Dünya 

İstanbulda güclü fırtına: Qayıq batdı, gəmi quruya sürükləndi – VİDEO

İstanbul ötən gecə üçün proqnozlaşdırılan güclü fırtınanın təsiri altında qalıb. Gürpınar sahili və Sarayburnunda dalğalar səbəbi ilə sahil xəttini su basıb. Həmçinin Ortaköydə dəniz suyu daşıb və dalğaların gətirdiyi tullantılar səkidə yığılıb qalıb. Bəzi vətəndaşlar isə əlverişsiz hava şəraitinə məhəl qoymadan dalğalarla şəkil çəkdirməyə çalışıblar. Eyni zamanda Kartal Dragos sahilində fırtınanın yaratdığı nəhəng dalğalar nəticəsində bir qayıq batıb. Silivri və Üsküdar sahillərində də böyük dalğalar əmələ gəlib və avtomobil yoluna daşıb. Zeytinburnu sahilində isə “Kadriye ana” adlı kimyəvi məhsullar tankeri fırtına səbəbindən quruya sürüklənib və saya oturub. Mənbə: “Sputnik” Türkiye

Read More
Dünya 

Ermənistan yük maşınları Rusiyaya buraxılmır

Ermənistandan Rusiyaya aparılan 65 min ədəd istixana qızılgülü Lars keçid məntəqəsindən geri göndərilib. Rusiya Federasiyasına daxil olarkən, gömrük postunda bitkilərin sanitariya normalarına uyğun olmadığı bildirilib. Ermənistan mediasının məlumatına görə, “Rose Field” şirkəti üç ildir ki, Rusiya bazarı ilə işləyir. Lakin ilk dəfədir ki, belə pozuntular qeydə alınır. Ümumiyyətlə, yayılan xəbərlərə əsasən, hazırda Yuxarı Lars keçid məntəqəsində problem yaranıb. Erməni yük maşınlarının bir qismi geri göndərilib, bəziləri isə ekspertizanın nəticəsini gözləyir. Sürücülər bildiriblər ki, gömrükçülər onlara müxtəlif səbəblər göstərirlər: Hava şəraitindən tutmuş sənədlərlə bağlı problemlərə qədər. Sürücülər hesab edirlər ki, səbəb Ermənistan-Rusiya…

Read More
Dünya 

İstanbulda pis hava şəraiti ilə əlaqədar 50-dən çox reys təxirə salınıb

Türkiyənin Türk Hava Yolları aviaşirkətinin nümayəndəsi çərşənbə axşamı, noyabrın 28-də pis hava şəraiti ilə əlaqədar İstanbuldan və İstanbula uçuşların ləğv edildiyini açıqlayıb. “Meteorologiya komitəsinin fövqəladə iclasının qərarına əsasən, əlverişsiz hava şəraiti ilə əlaqədar İstanbul Hava Limanına (İST) və buradan kənara reyslər ləğv edilib”, – deyə o, bildirib. Qeyd olunur ki, ümumilikdə 56 reys təxirə salınıb. Onlayn tabloya əsasən, onların əksəriyyəti daxilidir. Şəhərin Asiya hissəsindəki “Sabiha Gökçen” hava limanında daha 16 reys təxirə salınıb. Mənbə: osnmedia.ru

Read More
Dünya 

Erməni zabitlər 44 günlük Qarabağ müharibəsində fərariliyə görə həbs edildilər

Üç erməni zabiti Qarabağda 44 günlük müharibə zamanı fərarilik ittihamı ilə həbs edilib. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat verib. İstintaq materiallarına görə, batalyon komandirinin müavini, mayor A.S. oktyabrın 2-də Müdafiə Ordusunun cavabdehliyində olan cənub istiqamətindəki döyüş meydanını tərk edib. Əldə edilən sübutlar əsasında ona qarşı noyabrın 21-də ittiham irəli sürülüb. Həmçinin tağım komandirləri, baş leytenantlar V.T. və R.Q.-yə qarşı da analoji cinayət üzrə ittiham irəli sürülüb. Onlar da eyni bölgədə döyüş tapşırığını yerinə yetirdikləri zaman xidməti öhdəliklərindən imtina ediblər. Hər üç hərbçiyə qarşı ittiham oxunduqdan sonra onlar saxlanılıb və daha sonra…

Read More
Dünya 

İstanbul üçün fırtına xəbərdarlığı edildi

Türkiyənin İstanbul şəhəri üçün fırtına xəbərdarlığı edilib. Bu barədə İstanbul bələdiyyəsinin Fəlakət Koordinasiya Mərkəzi (AKOM) tərəfindən açıqlama verilib. Açıqlamada axşam saatlarından başlayaraq İstanbulda yağış yağacağı, fırtına olacağı bildirilib. İstanbullulara hazırlıqlı və ehtiyatlı olmaları tövsiyə edilib. Küləyin cənub-qərb istiqamətindən güclənəcəyi, qısa fasilələrlə güclü fırtınaya (saatda 60-90 kilometr/saat) keçəcəyi və şiddətli yağışla müşayiət olunacağı proqnozlaşdırılıb. Həmçinin, Aydın, Muğla, Bilecik, Bolu, Bursa, Çanaqqala, Edirne, İstanbul, Kastamonu, Kırklareli, Kocaeli, Kütahya, Sakarya, Sinop, Tekirdağ, Zonguldak, Bartın, Yalova, Düzce, Karabük, Balıkesir, İzmir və Manisa kimi bir çox şəhərlər üçün sarı təhlükə dərəcəli külək və güclü yağış…

Read More
Dünya 

Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı 24-ə çatıb

Son iki gündə Qucarat ştatının qərbində ildırım vurması nəticəsində ölənlərin sayı 24-ə çatıb. Ştatın Fövqəladə Hallar üzrə İdarəetmə Mərkəzi ilin bu vaxtı güclü küləklə müşayiət olunan qeyri-adi şiddətli qeyri-mövsümi tufanlar nəticəsində daha 23 nəfərin xəsarət aldığını bildirib. Qeyd edək ki, bundan əvvəl 20 nəfərin öldüyü bildirilirdi. “Qucaratda son 48 saatda davam edən qeyri-mövsümi yağışlar zamanı ildırım vurması nəticəsində ümumilikdə 24 ölüm qeydə alınıb. Leysan Qucaratın 234 rayonunda külli miqdarda ziyan vurub”, – deyə  departamentin açıqlamasında bildirilib. Hindistanın daxili işlər naziri Amit Şah həlak olanların ailələrinə başsağlığı verib. Mənbə: TASS

Read More
Dünya 

Türkiyədə bu gün ikinci yük gəmisi saya oturdu: Heyət üzvləri arasında azərbaycanlılar var – FOTO/VİDEO

Bir neçə gün davam edən əlverişsiz hava şəraiti səbəbindən artıq beşinci yük gəmisi Türkiyədə saya oturub. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən (AFAD) məlumat verilib. Bildirilir ki, Palau bayrağı altında üzən “FR Pearl” yük gəmisi şiddətli fırtına səbəbindən Gürcüstanla sərhəd yaxınlığındakı Hopa limanı yaxınlığında quruya çıxıb. Bildirilir ki, xilasedicilər altısı türkiyəli, beşi azərbaycanlı və ikisi indoneziyalı olmaqla, 13 nəfərdən ibarət ekipajın təxliyəsi üçün işə başlayıb. Məlumata görə, gəmi Gürcüstanın Poti limanından çıxıb. Qeyd edək ki, bu səhərdən bəri ikinci belə fövqəladə haldır. Bundan əvvəl Türkiyənin Kastamonu şəhərinin İnebolu…

Read More
Dünya 

Qara dənizdə qasırğa: Lövbərdən qopan yük gəmisi saya oturdu – VİDEO

Beliz bayrağı altında üzən “Blue Shark” yük gəmisi mühərrikində yaranan problemə və güclü qasırğaya görə Qara dənizdə, Rusiyanın Anapa şəhəri yaxınlığında saya oturub. Bu barədə Rusiya Dəniz Xilasetmə Xidmətinin Baş Xilasetmə Koordinasiya Mərkəzindən məlumat verib. Bildirilir ki, gəmidə Suriya, Hindistan və Misir vətəndaşlarından ibarət 21 heyət üzvü var. “Misir üçün arpa yüklü gəmi Taman (Rusiya) dəniz limanında fırtına xəbərdarlığı aldıqdan sonra lövbərə keçib. Güclü külək və dalğalar gəmini lövbərindən qoparıb. Nəticədə “Blue Shark” yük gəmisi saya oturana qədər sahilə doğru sürüklənib”, – deyə mərkəzdən əlavə edilib. Qeyd edək ki, hazırda…

Read More