Erməni zabitlər 44 günlük Qarabağ müharibəsində fərariliyə görə həbs edildilər
Üç erməni zabiti Qarabağda 44 günlük müharibə zamanı fərarilik ittihamı ilə həbs edilib.
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat verib.
İstintaq materiallarına görə, batalyon komandirinin müavini, mayor A.S. oktyabrın 2-də Müdafiə Ordusunun cavabdehliyində olan cənub istiqamətindəki döyüş meydanını tərk edib. Əldə edilən sübutlar əsasında ona qarşı noyabrın 21-də ittiham irəli sürülüb.
Həmçinin tağım komandirləri, baş leytenantlar V.T. və R.Q.-yə qarşı da analoji cinayət üzrə ittiham irəli sürülüb. Onlar da eyni bölgədə döyüş tapşırığını yerinə yetirdikləri zaman xidməti öhdəliklərindən imtina ediblər.
Hər üç hərbçiyə qarşı ittiham oxunduqdan sonra onlar saxlanılıb və daha sonra həbs ediliblər.