Dünya 

Emmanuel Makron İsrailə gedib – VİDEO

Fransa Prezidenti Emmanuel Makron Fələstinin HƏMAS qruplaşmasının 7 oktyabr hücumundan sonra İsraillə həmrəyliyini ifadə etmək üçün Təl-Əvivə gəlib. Məlumata görə, səfər zamanı Fransa liderinin Qəzza zolağında “mülki əhalinin müdafiəsi” ilə bağlı çağırış edəcəyi gözlənilir. Fransa prezidentinin Baş nazir Benyamin Netanyahu və Prezident İsxak Hersoqla görüşü planlaşdırılır. Bundan əlavə, Makronun Təl-Əvivdə HƏMAS-ın hücumu nəticəsində həlak olan və ya Qəzza zolağında girov saxlanılan Fransa və Fransa-İsrail vətəndaşlarının ailələri ilə görüşəcəyi də bildirilir. Qeyd edək ki, ən azı yeddi Fransa vətəndaşı hələ də itkin hesab olunur. Onların hamısının HƏMAS-ın girovluğunda olduğu güman edilir.…

Read More
Dünya 

Dünyanın ən yaşlı iti öldü – FOTO

Portuqaliyanın Konqeyruş kəndində yaşayan dünyanın ən yaşlı iti ölüb. Bu barədə “Ginnesin Rekordlar Kitabı”nın saytında məlumat verilib. Bobi adlı it 2 fevral 2023-cü ildə dünyanın həyatda olan ən yaşlı iti və tarixin ən yaşlı iti kimi tanınıb. “Bobi 31 il 165 gün yaşayıb və oktyabrın 21-də Portuqaliyanın Konqeyruş kəndində, Kosta ailəsi ilə birlikdə bütün ömrünü yaşadığı evində vəfat edib”, – deyə məlumatda bildirilib. Sahiblərinin sözlərinə görə, Bobinin uzunömürlü olmasında səbəb onun bütün ömrünü şəhərətrafı bölgədə, təbiətin qoynunda və sakit mühitdə keçirməsi olub.   Mənbə: News.ru

Read More
Dünya 

Ermənistan Rusiyanı Qafana buraxır?

Rusiyanın Qafanda Baş Konsulluğunun yaradılması ilə bağlı Ermənistanla razılaşması, münasibətlərin pisləşməsinə baxmayaraq, qüvvədə qalır. Bu barədə “RİA Novosti”yə Rusiya XİN-in konsulluq departamentinin direktoru Aleksey Klimov məlumat verib. “Rusiyanın Qafanda Baş Konsulluğunun yaradılması planlarında heç bir dəyişiklik baş verməyib. Onun açılması ilə bağlı Ermənistan tərəfinin razılığı qüvvədə qalır. Bu konsulluq qurumunun fəaliyyətə başlaması üçün konkret tarixlər barədə əlavə məlumat verəcəyik”, – deyə o bildirib. (Publika.az)

Read More
Dünya 

Türkiyədə avtobuslar toqquşub, 28 nəfər yaralanıb

Türkiyədə Uşakdan Kütahyanın Gediz rayonu istiqamətində hərəkət edən mikroavtobus Dərbənd kəndinin yaxınlığında ötmə əməliyyatı yerinə yetirərkən qarşıdan gələn midiavtobusla toqquşub. Toqquşma sonucunda midiavtobus yoldan çıxaraq kənara, mikroavtobus isə yola aşıb. Bildirilib ki, hadisədə 28 nəfər xəsarət alıb, onlar bölgəyə ən yaxın xəstəxanalara yönləndiriliblər. Qeyd olunub ki, hər iki nəqliyyat vasitəsi işçiləri daşıyırdı. Mənbə: Haber Türk

Read More
Dünya 

Pis hava və maqnit fırtınaları zamanı nə etməli? – HƏKİM MƏSLƏHƏTİ

Rusiyalı nevroloq Yekaterina Demyanovskaya təbiət hadisələrinin sağlamlığa necə təsir etdiyindən danışıb. O, özünü daha yaxşı hiss etmək üçün pis hava və maqnit fırtınaları zamanı nə etməli olduğuna dair məsləhətlər verib. “Hətta sağlam insanlar geomaqnit qasırğaları və ya günəş tutulmaları zamanı izah olunmayan stress, artan narahatlıq, fiziki ağrılara həssaslıq və digər xarici amillərlə qarşılaşa bilərlər”, – deyə həkim bildirib. Demyanovskayanın fikrincə, geomaqnit sahəsindəki dəyişikliklər damar divarının tonusuna və qanın laxtalanma qabiliyyətinə təsir göstərir. Geomaqnit qasırğaları zamanı meteohəssas insanlar yüksək və ya aşağı təzyiqdən, başgicəllənmədən, baş ağrısından, göz almalarında və oynaqlarda narahatlıqdan…

Read More
Dünya 

Yeni fəlakət təhlükəsi XƏBƏRDARLIĞI: Qar tufanları, quraqlıq və…

Alimlər yeni fəlakətlər təhlükəsi barədə xəbərdarlıq ediblər. Həm quruda, həm də okeanda temperatur rekord həddə çatıb və bir neçə qitədə geniş meşə yanğınları baş verib. Elm adamları Sakit okeanda El-Nino hava dalğasının mövcud olduğunu aşkar ediblər. Meteoroloqlar El-Ninonun qışda tam gücünə çatacağını proqnozlaşdırırlar. Bu, qayalıq dağlarda qarlı qışlara, cənubda tufanlara və rütubətli havaya, şimal-qərbdə isə daha quru şəraitə səbəb ola bilər. Vaşinqton Universitetinin atmosfer alimlərinin fikrincə, adətən, ən yüksək dəniz səthi temperaturu Sakit okeanın qərbində və Hind okeanında normal illərdə müşahidə olunur. Bununla belə, El-Nino bütün dünyada hava şəraitinə təsir…

Read More
Dünya 

Moskvada Qırmızı Meydan bağlandı – FOTO

Moskvada Qırmızı Meydana giriş-çıxış tamamilə dayandırılıb. Məlumatı Rusiya mətbuatı yayıb. Qeyd olunur ki, ərazi dəmir hasarla əhatəyə alınıb və meydanın bir hissəsinə armatur arakəsmələr yığılıb. Hazırda Qırmızı Meydanda ancaq polis və Rusiya Milli Qvardiyasının maşınları var. Hələlik məhdudiyyətin hansı səbəbdən həyata keçirildiyi məlum deyil.   Mənbə: Msk1.ru

Read More
Dünya 

Şarl Mişel Qahirədə Fələstin Prezidenti Mahmud Abbasla görüşüb

Avropa Şurasının rəhbəri Şarl Mişel Qahirə sülh sammiti çərçivəsində Fələstin Prezidenti Mahmud Abbasla görüş keçirib. O, müharibə edən tərəflər arasında sülhə alternativin olmadığını bildirib. “Qahirədə keçirilən sammit çərçivəsində Mahmud Abbasla görüş baş tutub. İki dövlətin yanaşı yaşayışına əsaslanan dünyaya başqa alternativ yoxdur”, – deyə  qeyd edib. Mişel Avropa İttifaqının bu istiqamətdə səylərini davam etdirməyə hazır olduğunu da vurğulayıb. Mənbə: gazeta.ru

Read More
Dünya 

BMT baş katibi və Aİ rəsmiləri Qəzzadakı vəziyyətlə bağlı müzakirələr apardılar – VİDEO

Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Qahirədə keçirilən sülh konfransı çərçivəsində Aİ Şurasının Prezidenti Şarl Mişel, Aİ-yə sədrlik edən İspaniya Baş naziri Pedro Sançez və BMT Baş katibi Antonio Quterreş ilə Qəzzadakı vəziyyəti müzakirə edib. Jozep Borrel bu barədə “X” hesabında paylaşım edib. “Qəzza zolağında mülki əhalinin ehtiyaclarını ödəyən yardımın davamlı şəkildə çatdırılmasına təcili ehtiyac var”, – deyə o paylaşımda bildirib.

Read More
Dünya 

ÜST-dən vəba ilə bağlı həyəcan təbili: “30-dan çox ölkədə aşkar edilib”

“Bu il azı 31 ölkədə vəba epidemiyası qeydə alınıb. Bu, dünyada təxminən bir milyard insanın xəstələnmək riski ilə üz-üzə qalması deməkdir”. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədəki diplomatik missiyaların nümayəndələri qarşısında çıxışında bəyan edib. O, 2022-ci ildə vəba xəbərlərinin sayının 2021-ci ilə nisbətən iki dəfə artdığını, bu il isə daha da pis olduğunu vurğulayıb: “Biz bu xəstəliyi çoxdan məğlub etməliydik, o isə faktiki  olaraq böyüyür”, – deyə ÜST rəhbəri bildirib. Qebreyesus hazırda ən çox narahatlıq doğuran hadisələrin Burundi, Kamerun, Konqo Demokratik Respublikası, Efiopiya, Tanzaniya, Sudan, Suriya…

Read More