Gündəm 

Milli Məclisdə komissiya yaradıldı – səbəb?

Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli, təxrubatçı fəaliyyətinə etiraz olaraq Milli Məclisin qərar layihəsinin hazırlanması barədə təşəbbüslərə spiker Sahibə Qafarova da dəstək verib.

Musavat.com-un məlumatına görə, spikerin təklifi ilə qərar layihəsinin hazırlanması üçün komissiya yaradılıb. Ziyafət Əsgərov, Fazil Mustafa, Mübariz Qurbanlı, Tural Gəncəliyev, Səbinə Xasayeva, Jalə Əliyeva və Tahir Mirkişilidən ibarət komissiya yaradıldı.

Qərar layihəsində Avropa Parlamenti və “Avronest”lə bağlı kəskin mövqeyin ifadə olunması gözlənilir.

E.Paşasoy,
Musavat.com

Daha çox xəbərlər