Dünya 

İsraildə səfərbərlik elan edildi

İsraildə səfərbərlik elan edildi. Ehtiyatda olanlar təcili olaraq orduya çağırılır. Qeyd edək ki, bu səhər İsrail Qəzza zolağından minlərlə raketlə hücuma məruz qalıb. Bundan əlavə, Fələstinin HƏMAS hərəkatının döyüşçülərinin paraşüt, paraplan və avtomobillərdən istifadə etməklə İsrail ərazisinə daxil olublar. Sərhədyanı şəhərlərin küçələrində israillilərlə fələstinlilər arasında aktiv döyüşlər gedir. HƏMAS-ın hərbi qanadının rəhbəri bütün fələstinliləri silaha sarılmağa çağırıb. İsrail Müdafiə Nazirliyi buna cavab olaraq Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatın başlandığını elan edib. Mənbə: “Baza” “Telegram”

Read More
Dünya 

İsrail Qəzza zolağından raket atəşinə tutulub – YENİLƏNİB + FOTO/VİDEO

Qəzza zolağından İsrailə raketlər atıldığına görə İsrailin baş naziri Benyamin Netanyahu yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə görüş keçirəcək. Bundan əvvəl İsrailin cənubunda Qəzza zolağı ilə sərhədə yaxın ərazilərdə, eləcə də Təl-Əviv ərazisində hava siqnalları səslənməyə başlayıb. Xatırladaq ki, Qəzza zolağı faktiki olaraq Fələstinin HƏMAS hərəkatının nəzarəti altındadır və İsrail onu terrorizmdə, onun təhlükəsizliyinə təhdid yaratmaqda ittiham edir. 09:25 İsrailin mərkəzi və cənub hissələri, eləcə də Qəzza zolağına bitişik ərazilərdə hava hücumu xəbərdarlığı elan edilib. Bu barədə İsrail Müdafiə Qüvvələri “Telegram” kanalında bildiriblər. “Qəzza zolağından İsrailə raketlər atılıb”, – deyə xəbərdə qeyd olunub.…

Read More
Dünya 

Hakan Fidan Antoni Blinkenlə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb. Bu barədə türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib. Məlumata görə, söhbət zamanı nazir Fidan ABŞ-nin Suriyadakı terror təşkilatı YPG ilə əməkdaşlığı dayandırması lazım olduğunu sərt ifadələrlə həmsöhbəti Blinkenin diqqətinə çatdırıb. Fidan Türkiyənin İraq və Suriyada terrorla mübarizə əməliyyatlarının qətiyyətlə davam edəcəyini qeyd edib. Danışıqlarda Türkiyənin bölgədə davam edən əməliyyatları çərçivəsində İraq və Suriyadakı Amerika qüvvələri ilə mövcud gərginliyin azaldılması mexanizmi də gündəmə gətirilib və bu mexanizmin effektiv işləməsi ilə bağlı razılıq əldə olunub. Həmçinin, söhbət zamanı…

Read More
Dünya 

Türkiyədə zəlzələ baş verib – FOTO

Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 4,3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib. Məlumata görə, yeraltı təkanların episentri 376 min insanın yaşadığı Kahramanmaraş şəhərindən 43 km şimal-qərbdə olub. Zəlzələnin ocağı 11.03 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat verilməyib.  

Read More
Dünya 

Putin: “Rusiya vaxtilə NATO-ya daxil olması ilə bağlı təkliflər verib, lakin rədd cavabı alıb”

“Son 20 ildə dünyada ciddi dəyişikliklər baş verib. Dünya nizamı dəyişəndə sanki ​​zaman da daralır” Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Diskussiya Forumundakı çıxışında deyib. O bildirib ki, bəşəriyyətin qlobal problemləri kollektiv həll yolları tələb edir, lakin eqoizm və təkəbbür prosesləri dalana aparır. Putinin sözlərinə görə, Rusiya yeni dünya düzəninə böyük töhfə verməyə qadirdir, amma bəziləri bunu təslim olmaq kimi başa düşürlər. “Qərb Rusiyaya qulaq asmaq fikrində deyil, onun təkəbbürü sadəcə olaraq buna imkan vermir. Rusiya vaxtilə NATO-ya daxil olması ilə bağlı təkliflər də verib, lakin rədd cavabı alıb”, – deyə…

Read More
Dünya 

Yaponiyada güclü zəlzələ oldu: Sunami təhlükəsi elan edildi

Yaponiyada 6,6 bal gücündə zəlzələ baş verib. Bu barədə ölkənin baş meteorologiya idarəsi xəbər yayıb. Kataklizm oktyabrın 5-də günün birinci yarısında, İzu arxipelaqının cənubunda, Torişima adası ərazisində qeydə alınıb. Ocaq 10 kilometr dərinlikdə olub. Yeraltı təkanlarla əlaqədar sunami təhlükəsi elan edilib. Hakimiyyət əhalini sahilə çıxmamağa, dənizə yaxın olanları isə təcili olaraq hündür yerə qalxmağa çağırır. Limanlar və çay mənsəbləri ən təhlükəli hesab olunur. Mənbə: News.ru

Read More
Dünya 

Küveytdə cütlük nikahdan üç dəqiqə sonra boşanıb

Ən qısa nikah Küveytdə qeydə alınıb. Bu nikah qeydə alındıqdan sonra cəmi üç dəqiqə davam edib. Boşanmaya səbəb bəyin gəlinə təhqiramiz şəkildə irad bildirməsi olub. Toyda iştirak edən qonaqlardan biri sosial şəbəkədə bəyin gəlini lağa qoyması barədə paylaşım edib. O, gəlinin ayağı ilişdiyi üçün onu “səfeh” adlandırıb. Bu hadisə nəticəsində cütlük nikah qeydiyyata alındıqdan cəmi 180 saniyə sonra nikahın pozulduğunu açıqlayıb. Mənbə: Gazeta.ru

Read More
Dünya 

Mariya Zaxarova: “Ermənistana Rusiya yox, Avropa İttifaqı xəyanət edib”

“Ermənistana Rusiya yox, Avropa İttifaqı xəyanət edib”. Bu sözləri bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Rusiyalı diplomat bildirib ki, Brüssel atəşi dayandırmaq və humanitar yardım göstərmək barədə heç düşünməyib də. M.Zaxarova, həmçinin vurğulayıb ki, Avropa İttifaqının Ermənistandakı missiyası heç bir sabitliyi və ya gərginliyin azalmasını təmin etmir. “Onların əsas vəzifəsi Ermənistanın təhlükəsizliyini təmin etmək və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına kömək etmək deyil, Brüsselin maraqları naminə kəşfiyyat xarakterli monitorinq aparmaq və vəziyyəti gərginləşdirməkdir”, – deyə Mariya Zaxarova əlavə edib. Mənbə: TASS

Read More
Dünya 

Serdar Kılıç: “Fransa XİN başçısının coğrafiya üzrə baza biliklərə ehtiyacı var”

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Fransanın xarici işlər naziri Katrin Kolonnanın “baza coğrafi biliklərə” ehtiyacı olduğunu bəyan edib. Kılıç “X” sosial şəbəkəsində fransalı nazirin Ağrı dağının fotosunu yayımladığı paylaşımına münasibət bildirib. “Xanım nazir, fotoşəkildəki Ağrı dağı Türkiyə sərhədləri daxilində yerləşir və buna görə də Türkiyənin ayrılmaz hissəsidir. Qorxuram ki, siz ya səfərinizin məqsədini ümumiyyətlə başa düşmürsünüz, ya da coğrafiya üzrə baza biliklərə ehtiyacınız var”, – Türkiyənin xüsusi nümayəndəsi yazıb.

Read More