Dünya 

Ərdoğan: Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək heç vaxt unudulmayacaq

Türkiyə ilə Azərbaycan arasında tale birliyinin əsas sübutu açılışı həyata keçirilən məhəllədir. “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılış mərasimində deyib. “Biz iki dövlətin tək ürək daşıyan övladlarıyıq”, – dövlət başçısı qeyd edib. Ərdoğan bildirib ki, Türkiyədə zəlzələ olanda ilk köməyə gələn ölkələrdən biri Azərbaycan olub: “Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək heç vaxt unudulmayacaq. Zəlzələdə dağılmış bu məhəllə Azərbaycanın dəstəyi ilə yenidən inşa edilib. İlham Əliyev və Mehriban Əliyevanın dəstəyini həmişə xatırlayacağıq. Kahramanmaraşı hər şeylə təmin olunmuş…

Read More
Dünya 

Ərdoğan: Prezident İlham Əliyevin liderliyində uzanan qardaşlıq əli Kahramanmaraşın bağrına möhür vurub

Prezident İlham Əliyevin liderliyində uzanan qardaşlıq əli Kahramanmaraşın bağrına möhür vurub. “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində deyib. “Məhəllə sakinlərinin yeni evlərində sağlıq və hüzur içində yaşamalarını arzu edirəm. Buradakı kimi layihələr əsrin fəlakətində dağılan digər ərazilərimizdə də həyata keçirilir”, – o söyləyib. R.T.Ərdoğan əlavə edib ki, Adıyamanda tarixi kənd meydanı, Malatyada zərgərlik emalatxanaları, Hatayda Uzun bazar tarixi kimliyinə uyğun şəkildə bərpa edilir.

Read More
Dünya 

Ərdoğan: İndiyədək Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələrə 2 trilyon lirə investisiya qoyulub

İndiyədək Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələrə 2 trilyon lirə investisiya qoyulub. Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılış mərasimində deyib. Türkiyə lideri zəlzələ baş vermiş bölgələrdə həyata keçirilmiş quruculuq işlərinə dair əsas statistikanı da açıqlayıb: “Əsrin fəlakətindən sonra bərpa olunan və sakinlərinə təhvil verilən mənzillərin sayı hər gün artır. Təslim etdiyimiz mənzillərin sayı sentyabrda 100, oktyabrda 130, yanvarda 201 minə çatdırılıb. Bu gün isə o rəqəm 250 minə yüksəlib. Hatayda 21 min 114, Malatyada 8 min 64, Adıyamanda 3…

Read More
Dünya 

İran və İsrail: Keçmiş müttəfiqlərdən amansız düşmənlərə – 2500 illik münasibətin qopma nöqtəsi

Artıq 7 gündür bir-birini amansız şəkildə bombalayan İran və İsrail bir zamanlar ən yaxın müttəfiq ölkələr olublar. Əlbəttə, bu, İslam İnqilabının baş verdiyi 1979-cu ilə qədər belə idi. İranlılar və yəhudilərin dostluğu eramızdan əvvəl 538-ci ildə böyük Əhəməni imperatoru Kuruşun Babil dövlətini işğal etməsi ilə başlayır. Kuruş yəhudilərin 50 illik Babil sürgününə son qoyur və onların geri dönməsinə icazə verir. Bununla da kifayətlənməyib Qüdsü bərpa edir. Bu səbəbdən də Bibliyada Kuruşun adı ehtiramla yad edilir. Yeri gəlmişkən, 1969-cu ildə avstraliyalı fanatik xristian Qüdsdə yerləşən müqəddəs əl-Əqsa məscidini yandıranda İran şahı…

Read More
Dünya 

Qərb birliyi çat verir – Ukrayna niyə G7 sammitindən istədiyini ala bilmədi?

Kanadanın Kananaskis şəhərində keçirilən G7 sammiti gözlənildiyindən fərqli nəticələrlə yadda qaldı. Forumun ev sahibi olan Kanada əvvəlcədən planlaşdırılan Ukrayna ilə bağlı sərt və yekdil bəyanatı rəsmi şəkildə yayımlamaqdan imtina etdi. Diplomatik kuluarlarda bu addımın əsas səbəbi kimi ABŞ administrasiyasının bəyanat mətninə qarşı çıxması göstərilir. Ağ Ev, xüsusilə bəyanatın Rusiya əleyhinə kəskin ifadələrlə zəngin olması fonunda, bu sənədin gələcək Moskva ilə mümkün dialoqlara maneə törədə biləcəyindən ehtiyatlanaraq onu dəstəkləməyib. Nəticədə, liderlər sammitin sonunda yalnız bir sıra ümumi xarakterli bəyanatlarla kifayətləniblər – Yaxın Şərqdəki vəziyyət, süni intellektin inkişafı, miqrasiya siyasətləri və kritik…

Read More
Dünya 

Suriyaya qarşı sanksiyaları ləğv edən qanun Senatda

ABŞ Senatına ABŞ-ın Suriyaya qarşı sanksiyalarının ləğvini nəzərdə tutan qanun layihəsi təqdim edilib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı sənədin həmmüəllifi senatorlar Rend Pol (Kentukkidən respublikaçı) və Cinni Şahin (Nyu Hempşirdən demokrat) açıqlayıb. Onların təşəbbüsü 2019-cu ilin “Sezar Aktı” adlanan qanunu ləğv etmək məqsədi daşıyır. Yeni qanun layihəsi prezident Bəşər Əsədin rəhbərlik etdiyi keçmiş Suriya hökumətini təcrid etmək üçün qəbul olunan “Sezar Aktının öz məqsədinə çatdığına dair artan anlayışı əks etdirir” və bildirilir ki, Sezar Aktı indi Dəməşqin “sabitliyə, demokratiyaya və yenidənqurma” yolunu təhdid edir. Rend Pol vurğulayıb…

Read More
Dünya 

İrəvan Moskvaya nota GÖNDƏRDİ

İrəvan Moskvaya nota göndərib və Rusiyanın bir sıra hakimiyyət nümayəndələrinin erməniəsilli Rusiya iş adamı, “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Qarapetyanın işi ilə bağlı fikirlərini respublikanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib. Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlament iclasında bildirib. Onun sözlərinə görə, Ermənistanda siyasətçilər və qanunvericilər tərəfindən, eləcə də Rusiya KİV-lərində ölkəyə ünvanlanan bəyanatları təkcə Ermənistan-Rusiya ənənəvi dostluğuna deyil, həm də bu dostluğu tənzimləyən hüquqi sənədlərə zidd, eyni zamanda Ermənistanın daxili işlərinə birbaşa açıq müdaxilə hesab edilir. Nazir bu barədə rusiyalı həmkarların məlumatlandırıldığını bildirib: “Düşünürəm ki, bu saata…

Read More
Dünya 

Türkmənistan XİN rəsmisi geosiyasi parçalanma fonunda Türkmənistanın neytrallıq modelindən danışıb

Müasir dünya getdikcə daha çox geosiyasi gərginliklə üzləşir. Fikir ayrılıqları dərinləşir və ölkələr rəqabət aparan bloklara bölünür. Bunu BMT Baş Assambleyasındakı səsvermə modellərindən də açıq şəkildə görmək mümkündür. Bu səsvermələr dövlətlər arasındakı siyasi münasibətləri əks etdirir və dünya ticarətinə təsir göstərir. Belə şəraitdə ənənəvi əməkdaşlıq formaları tez-tez çətinliklərlə üzləşir və neytrallıq ideyası xüsusi əhəmiyyət kəsb edir. Əvvəllər neytrallıq çox vaxt təcrid olunma kimi qəbul olunurdusa, bu gün o, fəal diplomatik mövqeyə çevrilir. Türkmənistan bu yanaşmanı aydın şəkildə nümayiş etdirir, sülhün, dialoqun və beynəlxalq əməkdaşlığın aləti kimi neytrallığı təşviq edən bir…

Read More
Dünya 

Xameneinin “Xeybər” şifrəsi: İranın ali dini lideri dini-siyasi CİHAD çağırışına hazırlaşır? – TƏHLİL

Yaxın Şərqdə gərginliyin getdikcə artdığı bir zamanda İranın ali dini lideri Ayətullah Əli Xameneinin X (əvvəlki Twitter) sosial platformasında yaydığı mesaj regionda siyasi ritorikanı kökündən dəyişdirə biləcək mahiyyət daşıyır. Musavat.com-a görə, bu paylaşım təkcə bir dövlət başçısının mövqeyi deyil, həm də bir ruhani liderin dini simvolika ilə zəngin, cəmiyyətləri və məzhəbləri birbaşa hədəfə alan ideoloji bəyanatıdır. Ayətullah Xamenei mesajında farsca belə yazır: “به نام نامی حیدر، نبرد آغاز می‌گردد، علی با ذوالفقار، به خیبر باز می‌گردد” Bu ifadə Azərbaycan dilinə aşağıdakı şəkildə tərcümə olunur: “Heydərin mübarək adı ilə döyüş başlayır,…

Read More
Dünya 

Əhmədinejadın öldürülməsi xəbəri yalan çıxdı – İsrailin hədəfində başqa şəxs olub

Keçmiş İran prezidenti Mahmud Əhmədinejadın öldürülməsi ilə bağlı yayılan xəbərlər yalan çıxıb. Son günlər sosial şəbəkələrdə və bəzi İran yönümlü səhifələrdə onun İsrailin hədəfli zərbələri nəticəsində öldürüldüyünə dair məlumatlar yayılıb. Lakin bu iddialar nə rəsmi mənbələr, nə də beynəlxalq informasiya agentlikləri tərəfindən təsdiqlənib. Musavat.com-un əldə etdiyi məlumata görə, İsrailin İran ərazisində həyata keçirdiyi əməliyyatlar çərçivəsində Əhmədinejadın hədəf seçildiyi, lakin onun sağ-salamat olduğu bildirilir. İran mediası və beynəlxalq nəşrlər bu xəbəri təkzib edərək onunla bağlı yayılan “öldürülüb” tipli məlumatların dezinformasiya xarakteri daşıdığını qeyd edir. Məlumata görə, Əhmədinejadın avtomobili və ya olduğu…

Read More