Dünya 

Tehranı tərk edən 12 rusiyalı alim Bakıdan Moskvaya gedib

İran-İsrail arasında münaqişənin gərginləşməsi səbəbindən Tehranı tərk etmək məcburiyyətində qalan 12 rusiyalı alim Bakıdan təyyarə ilə Moskvaya gedib. “Report”un TASS-a istinadən məlumatına görə, bunu A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun mətbuat katibi Alena İsakova deyib. “İyunun 12-dən 14-dək Tehranda baş tutan “BRİKS Təhsil Ekspedisiyası”nda iştirak edən Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun nümayəndə heyətinin 12 üzvü bu gün (dünən-red) Bakıdan Moskvaya gəlib. Onların geri qaytarılması Fondun koordinasiyası ilə aparılıb”, – A.İsakova bildirib.

Read More
Dünya 

Özbəkistanda cinsini dəyişdirənlər adlarını da dəyişə biləcəklər

Özbəkistanda cinsini dəyişdirərkən ad, soyad və ata adının dəyişdirilməsinə icazə verilir. Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, Özbəkistan Respublikası Nazirlər Kabinetinin 13 iyun tarixli qərarında yeni dəyişikliklər edilib. Yeni qaydalara əsasən, cinsini dəyişmiş şəxs tibb müəssisəsindən xüsusi rəy təqdim etməklə şəxsi məlumatlarının dəyişdirilməsi üçün müraciət edə bilər. Tam adın dəyişdirilməsi proseduru yenə də yerli qeydiyyat şöbələri vasitəsilə həyata keçiriləcək. Qaydaların yenilənmiş variantında şəxsi məlumatlar digər hallarda dəyişdirilə bilər: məhkəmə qərarı ilə, ad və ya soyad xoşagəlməz səsləndikdə, vətəndaşlığa uyğun gəlmədikdə, habelə bir sıra həyat vəziyyətlərində – boşanma zamanı, atalığın…

Read More
Dünya 

“Hər il iki günümü buna həsr edirəm”

Rusiya Prezidenti Vladimir Putin hər il hərtərəfli tibbi müayinədən keçdiyini açıqlayıb. O, Kremldə Əmək Qəhrəmanları və dövlət mükafatı laureatları ilə mükafatlandırma mərasimindən sonra bildirib. “Biz mütəmadi olaraq ‘texniki baxışdan’ keçirik, hər il isə geniş yoxlamadan. İki günümü buna həsr edirəm” . Putin söhbət zamanı həmçinin bildirib ki, görmə qabiliyyətində azacıq zəifləmə diaqnozu qoyulanda eynək taxmağı sınaqdan keçirib, lakin özünü narahat hiss etdiyi üçün bu vərdişdən imtina edib. “Onları taxdım, başım fırlandı və başa düşdüm ki, indi çıxartmasam, ömrümün sonuna qədər taxmalı olacam. Amma belə də işləyir – problemsiz oxuya bilirəm,”…

Read More
Dünya 

İran Natanza hücumu dəf etdi: “Dəmir sipər” nüvə obyektini qorudu – İsrail susur

İranın rəsmi “Mehr” agentliyinin yaydığı məlumata görə, ölkənin hava hücumundan müdafiə sistemləri Natanza yaxınlığında yerləşən strateji nüvə obyektinin üzərində İsrailə məxsus hava hədəflərini aşkar edərək məhv edib. Musavat.com-un xəbərinə görə, qeyd edilir ki, hücumlar ya pilotsuz uçuş aparatları (PUA), ya da uzaq mənzilli raketlər vasitəsilə həyata keçirilib. Hədəf isə açıq şəkildə İranın nüvə proqramının əsas mərkəzlərindən biri – Natanz nüvə kompleksi olub. Hadisə İranla İsrail arasında getdikcə daha da kəskinləşən hərbi qarşıdurmanın fonunda baş verir. Son günlər ərzində İsrailin İran ərazisində həyata keçirdiyi intensiv hava zərbələri nəticəsində çox sayda yüksək…

Read More
Dünya 

Dünyada nə qədər qızıl var? – Alimlər rəqəmləri açıqladı

Yer üzündəki qızılın böyük hissəsi konsentrləşmiş yataqlarda deyil, seyrək şəkildə yayılıb. İnsanlar isə artıq çıxarıla bilən ehtiyatların mühüm hissəsini əldə ediblər. ABŞ Geoloji Xidməti (USGS) bildirir ki, tarixboyu insanların dağ süxurlarından və çaylardan ümumilikdə 206 min ton qızıl çıxardığı təxmin edilir. Digər məlumatlara görə isə bu göstərici daha yüksəkdir – Dünya Qızıl Şurasının hesablamalarına əsasən, bu günədək 238 391 ton qızıl hasil olunub. Bu qızılın təxminən: * 45 faizi zinət əşyalarının hazırlanmasına sərf olunub; * 22 faizi qızıl külçələr və sikkələr şəklində şəxsi kolleksiyalarda saxlanılır; * 17 faizi isə dünya…

Read More
Dünya 

Stüardessa təyyarədəki gizli otağı GÖSTƏRDİ – VİDEO

Stüardessa sərnişinlərin görə bilmədiyi təyyarənin “gizli zonası”nın harada yerləşdiyini açıqlayıb. Jurnalistlər qeyd edirlər ki, uzaqməsafəli reyslərdə təyyarələrdə ekipaj üzvləri üçün nəzərdə tutulmuş gizli və əlçatmaz istirahət zonası mövcuddur. Bu, pilotların və stüardessaların növbələşərək güc toplaması və uzunmüddətli uçuş zamanı yüksək xidmət səviyyəsini qoruyub saxlaması üçün nəzərdə tutulmuş kiçik, diqqətlə gizlədilmiş bir sahədir. Stüardessa Keytinin ötən ilin iyul ayında paylaşdığı video gözlənilmədən viral olub və TikTok platformasında trendə düşüb. Cəmi 40 saniyəlik bu qısa video artıq 1,3 milyondan çox baxış toplayıb. Videoda Keyti təyyarənin “gizli zonasından” nadir görüntüləri izləyiciləri ilə bölüşür.…

Read More
Dünya 

İran bütün uçuşları DAYANDIRDI

İranın Mülki Aviasiya Təşkilatı ölkədə bütün daxili və beynəlxalq uçuşların dayandırıldığını açıqlayıb. Bu barədə “Fars” agentliyi məlumat yayıb. Qeyd edilib ki, hava məkanının bağlanması İsrailin davam edən hava hücumlarına qarşı həyata keçirilən təhlükəsizlik tədbirlərinin bir hissəsi hesab olunur.//APA

Read More
Dünya 

İran tərəfindən Baş qərargah rəisi ilə bağlı AÇIQLAMA

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqerinin guya sui-qəsd nəticəsində öldürülməsi barədə yayılan məlumatlar yalan çıxıb. Bu barədə Musavat.com xəbər verir ki, məlumatı İranın rəsmi dövlət agentliyi IRNA təkzib edib. Agentliyin yaydığı açıqlamada bildirilir ki, general Baqeri sağ-salamatdır və hazırda İran Silahlı Qüvvələrinin əməliyyat qərargah mərkəzində fəaliyyətini davam etdirir. O, hərbi əməliyyatların gedişatını oradan şəxsən nəzarətdə saxlayır və koordinasiya işlərini yerinə yetirir.

Read More
Dünya 

İran yüksək rütbəli komandirlərinin və nüvə alimlərinin öldürüldüyünü təsdiqlədi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) baş komandanı general Hüseyn Səlaminin öldürüldüyü barədə məlumat təsdiqlənib. Bu barədə Musavat.com “Tasnim” agentliyinə istinadən xəbər verir. Məlumata görə, general Səlaminin İsrailin həyata keçirdiyi dəqiq zərbə nəticəsində hədəfə alındığı bildirilir. Onun ölümü İran hərbi rəhbərliyi üçün ciddi itki kimi qiymətləndirilir. Bununla yanaşı, İran rəsmiləri İsrailin hava hücumu nəticəsində ölkənin nüvə proqramı ilə bağlı əsas fiqurlarından olan şəxslərin də həlak olduğunu təsdiqləyib. Həlak olanlar arasında İranın Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Fereydun Abbasi, həmçinin tanınmış nüvə alimləri Məhəmməd Mehdi Təhrançi və yenidən Fereydun Abbasi kimi…

Read More
Dünya 

İranın Atom Enerjisi Təşkilatının sabiq rəhbəri Fereydun Abbasi öldürülüb

İsrailin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində İranın Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Fereydun Abbasi öldürülüb. Bu barədə Musavat.com xarici mənbələrə istinadən xəbər verir. Abbasi İranın nüvə proqramında əsas fiqurlardan biri kimi tanınırdı və bir müddət ölkənin nüvə fəaliyyətlərinə rəhbərlik etmişdi. Onun qətlə yetirilməsi bölgədə artan gərginliyin və İranın strateji elm adamlarına qarşı yönəlmiş hədəfli hücumların davamı kimi qiymətləndirilir. İran tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməsə də, yerli mənbələr onun öldürülməsini təsdiqləyir.

Read More