Dünya 

BMT-nin baş katibi İsrail və İrana çağırış edib

BMT-nin baş katibi Antonio Quterreş İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsindən narahatdır və tərəfləri maksimum təmkinli olmağa çağırır. “Report” xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin sözçünün müavini Fərhan Haq məlumat verib. Onun sözlərinə görə, baş katib Yaxın Şərqdə istənilən hərbi eskalasiyanı pisləyir: “O, İran və ABŞ-nin nüvə proqramı ilə bağlı danışıqlar apararkən İsrailin İrandakı nüvə obyektlərinə hücumlarından narahatdır. Baş katib BMT-yə üzv dövlətlərin təşkilatın nizamnaməsinə və beynəlxalq hüquqa uyğun hərəkət etmək məsuliyyətini xatırladır. Baş katib hər iki tərəfi maksimum təmkin nümayiş etdirməyi və nəyin bahasına olursa olsun münaqişənin…

Read More
Dünya 

İsrail-İran MÜHARİBƏSİ BAŞLADI: Tehrana RAKET ENDİRİLDİ, İran ordusunun baş komandanı ÖLDÜRÜLDÜ

*TƏCİLİ! “Mossad” İranda bir sıra əməliyyatlar həyata keçirib *İsrail İranda “Aslan Milləti” hərbi əməliyyatına başladığını elan edib *Netanyahu: “Təhdid aradan qalxana qədər ‘Yüksələn Aslan’ əməliyyatı davam edəcək” *İsrail Tehranın ürəyinə raket endirdi – İran ordusunun baş komandanı öldürüldü – CNN-dən sensasion VİDEO *İsrailin Baş Qərargah rəisi ölkə vətəndaşlarına İranın hücumu ilə bağlı xəbərdarlıq edib *BMT-nin baş katibi İsrail və İrana çağırış edib *İsrailin İrana hücumundan sonra 10-dan çox beynəlxalq reys Bakı aeroportunu ehtiyat eniş məntəqəsi kimi seçib *Məhəmməd Hüseyn Baqerinin ölümü təsdiqləndi: öz evində raketlə vurulub *Netanyahu: “Uzun müddət sığınacaqlarda…

Read More
Dünya 

Paşinyandan yeni katolikosla bağlı AÇIQLAMA

Çoxları əsaslandırmağa çalışır ki, mənim yeni katolikos vəzifəsinə namizədim var, təəssüf ki, belə bir namizədim yoxdur. Musavat.com-un məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 12-də öz “Facebook” səhifəsində yazıb. “Məndə katolikos təsviri var: Allaha inanan və İsa Məsihin davamçısı, fırıldaqçı sələmçi deyil, kilsəyə xidmət edən bir adam, dindar bir keşiş, rütbə altında gizlənən azad adam deyil. Və bizim dindar və Allahdan qorxan bir katolikosumuz olacaq”, – Paşinyan əlavə edib.

Read More
Dünya 

“Ana, mən qayıtdım” – Ukraynalı əsirin azadlıq zəngi ürəkləri dağladı – VİDEO

İyunun 9-da Rusiya və Ukrayna arasında baş tutan genişmiqyaslı əsir mübadiləsi çərçivəsində yüzlərlə hərbçi azadlığa qovuşub. Onlar arasında 25 yaşa qədər olan, ağır yaralanmış və səhhəti kritik durumda olan ukraynalı əsgərlər də yer alıb. Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitriy Lubinets azad edilən əsgərlərin doğma torpağa qayıtma anlarını əks etdirən görüntüləri özünün “Telegram” kanalında paylaşıb. Paylaşılan videolardan biri isə xüsusilə diqqət çəkib. Uzun müddət əsirlikdə olan gənc hərbçi azadlıq həyəcanını ilk olaraq anası ilə bölüşüb. Telefon danışığı zamanı onun səsi titrəyir: “Salam ana! Mən qayıtdım, evdəyəm, ana. Doğma…

Read More
Dünya 

Şoyqudan xəbərdarlıq: Rus dilini ləğv etmək istəyənlər…

Rus dili xarici ideoloji ekspansiya təhlükələrinə qarşı mübarizə üçün əsasdır. Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu TŞ-nin iclasının yekunları üzrə çıxışında deyib. “Əlbəttə, rus dili xarici ideoloji ekspansiya təhdidlərinə qarşı mübarizə üçün əsasdır. Ölkəmiz rus dilinin istifadəsini məhdudlaşdırmaq, rus mədəniyyətini və ədəbiyyatını ləğv etmək, ənənəvi rus mənəvi-əxlaqi dəyərlərinə zidd münasibət qurmaq cəhdlərinə uğurla müqavimət göstərir”, – o qeyd edib.

Read More
Dünya 

Tarixin ən dağıdıcı epidemiyası: “Qara ölüm” – 30 milyondan çox insan niyə öldü?

Əsrlər boyu, xüsusilə Avropada olmaqla, dünyanı bürüyən və 30-40 milyondan çox insanın həyatına son qoyan vəbanın arxasındakı həqiqət indi üzə çıxır. Alimlər bu görünməz düşmənin təkamülünü addım-addım izləyərək bəşər tarixinin ən qaranlıq dövrlərindən birinə işıq salıblar. Bəs bu ölümcül bakteriya necə sağ qala bildi və nə üçün bu qədər dağıdıcı oldu? Orta əsrlərdə Avropa küçələrini qaranlıq bir səssizlik bürümüşdü. Kilsə zəngləri fasiləsiz çalınır, qəbirqazanlar durmadan çalışır, insanlar ümidsiz şəkildə dua edirdi. Görünməz bir düşmən bədənləri tez bir zamanda zəiflədir, şəhərləri boşaldır və sivilizasiyanın inkişafını dayanma nöqtəsinə gətirir. Bu düşmən tarixə…

Read More
Dünya 

Meksikada gizli laboratoriyalarda 42 ton metamfetamin ələ keçirildi

Meksikanın Hərbi Dəniz Qüvvələri Nazirliyinin rəhbərlik etdiyi təhlükəsizlik qüvvələrinin Miçoakan ştatında keçirdiyi birgə əməliyyat zamanı narkotik laboratoriyaları aşkar edilib. Bu barədə Meksika Müdafiə Nazirliyinin saytında dərc edilmiş təhlükəsizlik orqanlarının birgə bəyanatında deyilir. “Milli Təhlükəsizlik Strategiyasının həyata keçirilməsi çərçivəsində Miçoakan ştatının Madero və Morelia bələdiyyələrində gizli metamfetamin laboratoriyası kimi istifadə edilən 5 obyekt aşkarlanıb. Əməliyyat zamanı 42,24 ton metamfetamin ələ keçirilib”, – məlumatda vurğulanıb. Axtarışlar zamanı hər birinin tutumu 200 litr olan 44 çəllək metilamin, ümumilikdə 8800 litrə yaxın prekursor, həmçinin sintetik narkotik vasitələrin istehsalı üçün müxtəlif avadanlıqlar müsadirə edilib. Cinayətkar…

Read More
Dünya 

Ərdoğanın səhhəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (DMM) Prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı iddialarla bağlı açıqlama yayıb. Musavat.com-un məlumatına görə, açıqlamada qeyd olunur ki, jurnalist Levent Gültekinin YouTube kanalında Prezident Ərdoğanın səhhəti ilə bağlı irəli sürdüyü iddialar tamamilə əsassızdır. DMM-nin açıqlamasında bildirilib: “Bir YouTube kanalında cənab Prezidentimizin səhhəti ilə bağlı əsassız iddialar səsləndirilib. Həmin yayımda istifadə olunan ifadələr təkcə yalan məlumatlarla dolu deyil, eyni zamanda Prezidentlik institutunu hədəf alır və təhqir xarakteri daşıyır. Cənab Prezidentimiz, Türkiyə Cümhuriyyətinin başçısı olaraq, Konstitusiyanın ona verdiyi səlahiyyət və məsuliyyətləri yerinə yetirməkdədir…

Read More
Dünya 

İyunun 11-dən qəti qadağan OLUNACAQ

Rusiyada bağ evi və torpaq sahəsi olan vətəndaşları iyunun 11-dən ciddi yeniliklər gözləyir. Yeni tənzimləmələrə əsasən, artıq şəhərətrafı torpaqların sahibləri yalnız tikinti və abadlıq planlarına uyğun davranmalı deyil, həm də istənilən texniki işlər üçün qonşuların yazılı razılığını təqdim etməlidirlər. Qonşuların yazılı icazəsi olmadan qazıntı işləri aparmaq və ya açıq tualet quraşdırmaq, hətta sadə xəndək qazmaq belə qəti şəkildə qadağan olunacaq. Əvvəllər sahiblər torpaq sahələrində xəndək qaza, drenaj sistemi qura və su boruları çəkə bilirdilər. İndi isə bu işlər yalnız qonşulara heç bir zərər verməmək şərti ilə və onların yazılı razılığı…

Read More
Dünya 

Özbəkistanın əhalisi 38 milyona çatır

2025-ci il iyunun 9-da Özbəkistan əhalisinin sayı 37 milyon 804 min 613 nəfərə çatıb. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Dövlət Statistika Komitəsi məlumat yayıb. Agentliyin məlumatına görə, Özbəkistanda kişilər qadınlardan daha çoxdur: 18,7 milyona qarşı 19 milyon. Ümumi artıma baxmayaraq, 2025-ci ilin yanvar-aprel aylarında ölkədə 266 478 uşaq doğulub və bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8 min uşaq azdır. 2025-ci ilin yanvar ayında ölkədə əhalinin aylıq artımının orta hesabla 51,5 min nəfər, gündəlik isə 1,7 min nəfərə yaxın olduğu bildirilib. Bundan əlavə,…

Read More