Avropa İttifaqı ölkələri Ermənistana “hibrid təhdidlərə qarşı” operativ reaksiya qrupunun göndərilməsini təsdiqləyib. Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosu Brüsseldəki mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, missiyanın tərkibinə 9-dan 14-ə qədər mütəxəssis daxil olacaq. Qrupun martın sonu, aprelin əvvəllərində Ermənistana çatacağı və təxminən 10-15 iş günü fəaliyyət göstərəcəyi gözlənilir. Bildirilir ki, bu mütəxəssislər Ermənistan hökumətinə böhran vəziyyətlərinə operativ reaksiya, eləcə də seçki prosesləri ilə bağlı müxtəlif ssenarilərdə kəşfiyyat məlumatlarının mübadiləsi sahəsində məsləhətlər verəcəklər. Bununla yanaşı, missiya qanunsuz seçki maliyyələşməsinin aşkar edilməsi istiqamətində aidiyyəti qurumlara dəstək göstərəcək və cəmiyyətdə xarici müdaxilə…
Read More