Dünya 

Krasnoyarsk meri böyük məbləğdə rüşvət almaqda ittiham olunur

Rusiyanın Krasnoyarsk şəhərinin meri Vladislav Loginov yol təmiri ilə bağlı keçirilən müsabiqədə təşkilatın qələbəsi üçün sahibkardan 180 milyon rubldan (təxminən 2,3 milyon dollar) çox rüşvət almaqda ittiham olunur. “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib. “Krasnoyarsk başçısı Vladislav Loginov barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində (xüsusilə külli miqdarda rüşvət alma) nəzərdə tutulmuş cinayət əlamətləri üzrə cinayət işi araşdırılır”, – o qeyd edib.

Read More
Dünya 

Həcdə 13 iranlı zəvvar öldü

İsti hava ucbatından Həcc ziyarəti zamanı 13 iranlı zəvvar dünyasını dəyişib. Bu barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat yayıb. 2023-cü ildə Həcc ziyarəti zamanı 240 nəfər dünyasını dəyişib, 10 mindən çox zəvvar istilərlə bağlı xəstəliklərlə bağlı qeydiyyata alınıb. 2024-cü ildə Həcc ziyarəti zamanı ən azı 550 zəvvar isti hava ucbatından dünyasını dəyişib./Yenisabah.az

Read More
Dünya 

Ermənistan MTX Azərbaycanla sərhəddə erməni yeniyetmələrin “oğurlanması” barədə şayiələri təkzib edib

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) erməni yeniyetmələrin guya Azərbaycan tərəfindən oğurlanması barədə məlumatı təkzib edib. “Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Xidmətin məlumatında bildirilib ki, Sünik vilayətinin Tex icmasının yetkinlik yaşına çatmamış iki sakini erməni güc strukturları ilə söhbət zamanı ev heyvanlarının arxasınca getdiklərini və duman səbəbindən ərazidə istiqaməti itirərək azdıqlarını bildiriblər. Xatırladaq ki, MTX iyunun 6-da bəyan edib ki, iki yeniyetmə Karen Cangiryan və Andrey Qyaqunts Aravus kəndi yaxınlığında istiqaməti itiriblər və təsadüfən Azərbaycan ərazisinə keçiblər. Bundan sonra Ermənistanın İstintaq Komitəsi “Oğurluq” maddəsi ilə cinayət…

Read More
Dünya 

Si Cinpindən Qərbə xəbərdarlıq – “Tayvana qarışsanız, vuracağıq”

“Rusiya – Ukrayna müharibəsi davam etdikcə böyük dövlətlər arasında nüvə qarşıdurması təhlükəsi söhbətləri azalmayacaq. Bu müharibəni kənardan izləyən nüvə dövlətləri mövcud nüvə arsenallarını yeniləmək və gücləndirmək haqqında düşünürlər”. Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edir ki, belə dövlətlərdən biri də Çindir: “Çin dövlət televiziyası ilk dəfə DF-5 raketləri barədə reportaj yayımlayıb. 13 min kilometr məsafə qət edə bilən bu ballistik raket nüvə başlıqları ilə təhciz olunub. Maraqlıdır ki, Çin keçmiş illərdə nüvə gücü barədə məlumat yaymazdı. Bu mövzu qapalı idi. Pekin nüvə arsenalına görə özünə əlavə…

Read More
Dünya 

Ermənistan MTX: İki yeniyetmə azaraq Azərbaycan ərazisinə keçib

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Sünik rayonundan olan iki azyaşlının azaraq Azərbaycan ərazisinə keçdiyini bildirib. Bu barədə “Report” Ermənistan KİV-ə istinadən xəbər verir. Bildirilir ki, Sünik rayonunun Tex icmasının sakinləri – 2007-ci il təvəllüdlü Karen Cangiryan və 2008-ci il təvəllüdlü Andrey Qyaqunts iyunun 6-na keçən gecə saat 01:20 radələrində Aravus kəndi ilə bitişik ərazidə azaraq Azərbaycan ərazisinə keçiblər. Ermənistan MTX bəyan edib ki, yeniyetmələrin yerinin müəyyən edilməsi və onların təhlükəsiz şəkildə geri qayıtması üçün bütün lazımi tədbirlər görülür.

Read More
Dünya 

Ukrayna sarsıtdı, Tayvan silkələndi – Pekin Moskvanın səhvlərindən öyrənir

“Ukrayna kəşfiyyatının Rusiya ərazisindəki son dron əməliyyatının beynəlxalq aləmdə müzakirəsi davam edir. Rusiyada avtoritar rejimin hökm sürməsinə və bu ölkədə Ukraynaya qarşı müharibənin tənqidi qadağan edilsə də, Rusiya bombardmançı təyyarələrinin bir qisminin məhvi qonşu ölkənin hərbi ekspertlərinin fərqli fikirlər yürütməsinə səbəb olub”. Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edir ki, burada əsas sual bombardmançı təyyarələrin təhlükəsizliyinin niyə təmin edilməməsi ilə bağlıdır: “Rusiyanın hərbi ekspertləri arasında fikir ayrılığı yaranıb. Bir qismi ekspert bombardmançı təyyarələrin anqarlarda yerləşdirilməsinin mümkün olmadığını bildirib, digər qisim isə strateji tərəfdaş Çini misal çəkərək, bu…

Read More
Dünya 

Daha iki ölkədə “Haribo” marmeladlarında narkotik maddə aşkarlandı

Niderlandın ardınca Belçika və Lüksemburqda da “Haribo” marmeladlarında narkotik maddə – çətənə aşkarlanıb. “Haribo” şirniyyatlarının istehsalçısı Belçika və Lüksemburqdakı alıcıları müəyyən növ marmeladları yeməməyə və onları şirkətə qaytarmağa çağırıb. Narkotik maddələrin “Haribo Happy Cola F!ZZ” kiloqramlıq paketlərində necə peyda olduğu hələ məlum deyil.//Oxu.Az

Read More