Dünya 

ŞOK! Moskvanı bu DƏHŞƏTLİ SSENARİ gözləyir: Zelenskinin növbəti HƏDƏFİ ŞOK ETDİ: Putin ACİZ DURUMDA!

*Rusiyanın “Pörl Harbor”u: Putinin cavabı nə olacaq? *Ukraynanın 1 iyun hücumunun məqsədi nə idi? *Türkiyədə güclü zəlzələ oldu: ölən var *Rusiyanın atəşkəs təklifinə Zelenskinin cavabı: Axmaqdırlar *Medinski və Umerov arasında ikitərəfli görüş oldu *Rusiya və Ukrayna bununla bağlı işə başlayacaq – Fidan *Tramp Putin və Zelenski ilə görüşə hazırdır – Ağ Ev *Ukrayna NATO sammitinə dəvət olundu *Zelenskidən Rusiyanın memorandum təklifinə cavab *Ukrayna: Rusiya hələ də atəşkəs təklifimizlə razılaşmayıb *Ukrayna ordusunun PUA məntəqəsi məhv edildi *Tramp Baydenin ölüm xəbərini paylaşdı *Zelenski İstanbul görüşündən sonra danışdı – “Müdafiəmizi gücləndirməliyik” *Zelenski Ərdoğanın…

Read More
Dünya 

Almaniyada xəstəxananı yandıran 72 yaşlı kişi saxlanılıb

Almaniya polisi Hamburqdakı Müqəddəs Məryəm xəstəxanasını yandırmaqda şübhəli bilinən 72 yaşlı kişini saxlayıb. “Report” xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb. Nəşr vurğulayıb ki, şahidləri dindirdikdən sonra istintaq yanğının qəsdən xəstələrdən biri tərəfindən törədildiyi qənaətinə gəlib. Qeyd olunub ki, yanğın zamanı 50-dən çox insan xəsarət alıb, daha 3 nəfər ölüb. Şübhəli klinikada saxlanılıb və o, bazar ertəsi, iyunun 2-də məhkəmə qarşısına çıxarılacaq.

Read More
Dünya 

Sudanın yeni baş naziri hökuməti buraxıb

Sudanın yeni baş naziri Kamil İdris hökumətin buraxıldığını elan edib. “Report” xəbər verir ki, bu barədə “Sudan” xəbər agentliyi məlumat yayıb. K.İdris nazirlərə və onların müavinlərinə yeni kabinet formalaşana qədər vəzifələrini icra etmələri barədə göstəriş verib. Mayın ortalarında Sudanın Suveren Şurasının (ölkənin müvəqqəti idarəetmə orqanı) sədri Əbdülfəttah əl-Burhan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının keçmiş rəhbəri və prezidentliyə namizəd Kamil İdrisi baş nazir təyin edib.

Read More
Dünya 

Ukraynanın Rusiyaya təqdim etdiyi memorandumun təfərrüatları məlum olub

Ukraynanın “İctimai” nəşri Rusiya və ABŞ-yə təklif olunan Ukrayna memorandumunun tam mətnini təqdim edib. “Report”un nəşrə istinadən verdiyi məlumata görə, Kiyev danışıqlar üçün şərt kimi Moskvadan “göydə, quruda və dənizdə” qeyd-şərtsiz atəşkəs tələb edib. Bundan əlavə, Ukrayna tərəfi etimadın möhkəmləndirilməsi tədbiri kimi ölkədən deportasiya edilmiş və qeyri-qanuni köçkün edilmiş bütün uşaqların geri qaytarılmasında, “hamı üçün” prinsipi ilə məhbusların mübadiləsində israrlıdır. Ukrayna həmçinin Rusiyadan təcavüzün təkrarlanmaması ilə bağlı etibarlı təhlükəsizlik zəmanəti alacağını gözləyir. Bununla belə, Kiyev tərəfsiz olmağı öhdəsinə götürmür. Belə ki, dövlət Avro-Atlantik icmasının bir hissəsini seçib və Avropa İttifaqının…

Read More
Dünya 

Oman ABŞ-nin nüvə sazişi təklifinin təfərrüatlarını İrana təqdim edir

İran yeni nüvə sazişinə dair razılaşmanın ABŞ variantını Omanın xarici işlər naziri Bədr əl-Busaidi vasitəsilə alıb. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkə hesabında məlumat verib. “Əziz qardaşım, Omanın xarici işlər naziri Bədr Əl Busaidi ABŞ-nin təkliflərini təqdim etmək üçün bu gün Tehrana qısamüddətli səfər etdi”, – o yazıb. Əraqçi layihənin təfərrüatlarını açıqlamasa da, rəsmi Tehranın milli maraqlardan çıxış edərək lazımi cavab verəcəyini vəd edib.**report.az

Read More
Dünya 

Ərdoğan: Rusiya və Ukraynanın dövlət başçıları səviyyəsində görüşü sülh üçün faydalı olacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub. “Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı ikitərəfli əlaqələr, regional və qlobal proseslər müzakirə edilib. Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasında ədalətli və davamlı sülhün təmin olunması üçün səylərini davam etdirəcəyini, ölkəsinin İstanbulda iki ölkə nümayəndə heyətləri arasında başlayan danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu bildirib. Dövlət başçısı, həmçinin danışıqlarda əsir mübadiləsi barədə əldə olunan razılaşmanın qısa zamanda həyata keçirilməsindən məmnun olduğunu söyləyib. Prezident Ərdoğan İstanbulda keçirilməsi planlaşdırılan danışıqların…

Read More
Dünya 

“Fox News” 14 erməninin 30 milyon dollarlıq dələduzluq işi üzrə ifşa əməliyyatının təfərrüatlarını açıqlayıb

“Fox News” telekanalı Los-Ancelesdə dələduzluq yolu ilə 30 milyon dollar məbləğində vəsaiti mənimsəməkdə ittiham olunan erməni cinayətkar dəstəsinin ifşa edilməsinin eksklüziv görüntülərini yayımlayıb. “Report” xəbər verir ki, 14 erməni ABŞ hökumətinin ehtiyacı olanlara dəstək məqsədilə ayırdığı on milyonlarla dolları mənimsəməyə cəhddə ittiham olunur. ABŞ Daxili Təhlükəsizlik Departamentinin (Department of Homeland Security – DHS) telekanala təqdim etdiyi kadrlarda şübhəlilərdən birinin – Uilyam Makqreyan təxəllüsü altında gizlənən kişinin saxlanılma anı qeydə alınıb. O, Los-Ancelesdəki evində həbs edilib. “Müstəntiqlər Makqreyanı COVID-19 pandemiyası dövründə yardım və kiçik biznesə dəstək üçün nəzərdə tutulan təxminən 30…

Read More
Dünya 

Məsud Pezeşkian yenə şeir oxudu, “duman” sözünü tərcümə edə bilmədi – VİDEO

İran prezidenti Məsud Pezeşkian Omanda rəsmi səfərdə olarkən bu ölkədə yaşayan iranlılarla görüş keçirib. Həmin görüşdə o, ustad Məhəmməd Hüseyn Şəhriyarın şeirini oxuyub. Heydərbaba, göylər bütün dumandı, Günlərimiz bir-birindən yamandı, Bir-birizdən ayrılmayın, amandı, Yaxşılığı əlimizdən alıblar, Yaxşı bizi yaman günə salıblar! Azərbaycan türkcəsi ilə oxunan şeiri fars dilinə çevirərkən Məsud Pezeşkian çətinlik çəkib. İran prezidenti “duman” sözünün mənasını tapmaq üçün zalda toplaşan şəxslərdən kömək istəyib. Sonda bu türk sözünə fars dilində uyğun bir qarşılıq tapılmayıb./Yenisabah.az

Read More
Dünya 

Hakan Fidan: Ukraynada sülhə bir il ərzində nail olmaq mümkündür

Ukraynada sülh nizamlanmasına bir il ərzində nail olmaq mümkündür. “Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə mətbuat konfransında bildirib. “Biz ya bu müharibənin davam etməsinə imkan verəcəyik, ya da bu il ərzində davamlı sülhə nail olacağıq”, – o qeyd edib. XİN başçısının sözlərinə görə, Türkiyə iyunun 2-də İstanbulda aparılacaq danışıqlarla bağlı Ukrayna ilə məsləhətləşmələr aparır. Ankara danışıqlarda əldə edilmiş impulsu inkişaf etdirmək istəyir: “Biz Ukraynadakı müharibədə kritik nöqtəyə yaxınlaşırıq. Mayın 16-da İstanbulda aparılan danışıqlar Ukraynada diplomatik…

Read More
Dünya 

Savaşda YENİ DÖVR: Müharibə davam etdikcə…

Rusiya-Ukrayna müharibəsi davam etdikcə bu savaş yeni hərbi texnologiyaları da ortaya çıxarır. Ukrayna ilk dəfə olaraq Rusiya hədəflərinə zərbə endirmək üçün süni intellektlə işləyən daşıyıcı PUA-dan istifadə edib. Bu barədə Ukraynanın Müdafiə Nazirliyi sosial şəbəkələrində paylaşım edib. Bildirilir ki, həmin PUA-lar zərbə dronlarını 300 km-ə qədər məsafəyə daşıya bilir. Nazirliyin məlumatına görə, park edilmiş təyyarələrdən tutmuş hava hücumundan müdafiə sistemlərinə və hərbi infrastruktura qədər bütün hədəfləri dəqiq şəkildə müəyyən etmək və vurmaq qabiliyyətinə malikdir. Daha ətraflı məlumat AZTV-nin süjetində:

Read More