Dünya 

Hakan Fidan: Ukraynada sülhə bir il ərzində nail olmaq mümkündür

Ukraynada sülh nizamlanmasına bir il ərzində nail olmaq mümkündür. “Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə mətbuat konfransında bildirib. “Biz ya bu müharibənin davam etməsinə imkan verəcəyik, ya da bu il ərzində davamlı sülhə nail olacağıq”, – o qeyd edib. XİN başçısının sözlərinə görə, Türkiyə iyunun 2-də İstanbulda aparılacaq danışıqlarla bağlı Ukrayna ilə məsləhətləşmələr aparır. Ankara danışıqlarda əldə edilmiş impulsu inkişaf etdirmək istəyir: “Biz Ukraynadakı müharibədə kritik nöqtəyə yaxınlaşırıq. Mayın 16-da İstanbulda aparılan danışıqlar Ukraynada diplomatik…

Read More
Dünya 

Savaşda YENİ DÖVR: Müharibə davam etdikcə…

Rusiya-Ukrayna müharibəsi davam etdikcə bu savaş yeni hərbi texnologiyaları da ortaya çıxarır. Ukrayna ilk dəfə olaraq Rusiya hədəflərinə zərbə endirmək üçün süni intellektlə işləyən daşıyıcı PUA-dan istifadə edib. Bu barədə Ukraynanın Müdafiə Nazirliyi sosial şəbəkələrində paylaşım edib. Bildirilir ki, həmin PUA-lar zərbə dronlarını 300 km-ə qədər məsafəyə daşıya bilir. Nazirliyin məlumatına görə, park edilmiş təyyarələrdən tutmuş hava hücumundan müdafiə sistemlərinə və hərbi infrastruktura qədər bütün hədəfləri dəqiq şəkildə müəyyən etmək və vurmaq qabiliyyətinə malikdir. Daha ətraflı məlumat AZTV-nin süjetində:

Read More
Dünya 

Türkiyə şirkətlərinin Azərbaycanda icra etdiyi layihələrin dəyəri açıqlanıb

İndiyə qədər Türkiyənin podratçı şirkətləri Azərbaycanda 21 milyard ABŞ dolları dəyərində 552 layihə icra ediblər. “Report” xəbər verir ki, bunu Türkiyənin ticarət nazirinin müavini Mahmut Gürcan “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” (TÜİB) İctimai Birliyinin 6-cı dönəm Seçkili Ümumi Yığıncağında bildirib. Onun sözlərinə görə, Türkiyənin Azərbaycandakı birbaşa və üçüncü ölkələr vasitəsilə həyata keçirdiyi investisiyalarının ümumi dəyəri 17 milyard ABŞ dollarına yaxınlaşır: “Azərbaycan isə Türkiyəyə 21 milyard ABŞ dolları investisiya yatırıb”. Nazir müavini qeyd edib ki, ölkələr arasındakı əməkdaşlıq yalnız ikitərəfli səviyyədə deyil, həm də regional və beynəlxalq təşkilatlarda da öz əksini tapıb:”Azərbaycanın…

Read More
Dünya 

Almaniyada Ermənistan və daha iki ölkənin vətəndaşları casusluqda ittiham olunurlar

Almaniyada üç nəfərə Rusiya xüsusi xidmət orqanlarında işləmək və çox güman ki, insanı öldürməyə hazırlıq ittihamı irəli sürülüb. “Report” xəbər verir ki, bu barədə “Euronews” Federal Prokurorluğa istinadən məlumat yayıb. Ötən il iyunun 19-da Frankfurtda xüsusilə ağır cinayət işi üzrə həbs olunan üç nəfərin Ukrayna vətəndaşı A.Robert A., Ermənistan vətəndaşı Vardqes İ. və Rusiya vətəndaşı Arman S. olduğu müəyyən edilib. Onların soyadları Almaniyanın məxfilik qaydalarına uyğun olaraq açıqlanmır. “Casusluq əməliyyatının Almaniya ərazisində qətllərə səbəb ola biləcək növbəti kəşfiyyat əməliyyatlarına hazırlıq rolunu oynadığı iddia edilir”, – prokurorluq qeyd edib. Almaniya Prokurorluğu…

Read More
Dünya 

Lənkəranda ahıl kişi naməlum şəxs tərəfindən qətlə yetirilib

Lənkəranda qətl hadisəsi törədilib. “Report”un cənub bürosunun məlumatına görə, hadisə Vilvan kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyevin meyiti otlaq sahəsində aşkarlanıb. Onun üzərində kəsici-deşici alətlə vurulan xəsarətlər qeydə alınıb. V.Səbziyevin hansı şəraitdə və kim tərəfindən öldürülməsi hələ məlum deyil. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Read More
Dünya 

Rusiyada DƏHŞƏTLİ PARTLAYIŞ: hərbi helikopterlər HAVAYA QALXDI, Türkiyədən Putinə SƏRT XƏBƏRDARLIQ

*“Sülhə Putin getdikdən sonra nail olacağıq” – Zelenski *Putin yardım qarşılığında Kim Çenə nələri verib? – Teleqraf *Buna görə müharibəni davam etdirəcəyik – Nebenzya *Rusiya və Ukrayna nümayəndələrini gözləyirik – Ankara *Polşa tarixi həqiqətin məhv edilməsində rol oynayıb – Zaxarova *Rus ordusu kəndi işğal etdi, Suma irəlilədi *Ərdoğandan Zəngəzur açıqlaması: İstərdik ki, İran… *Zəngəzurda konsulluq: İrəvan Moskvaya rədd cavabı verdi *Ukrayna Odessanı itirə bilər – Saks *Putin yardım qarşılığında Kim Çenə nələri verib? – Teleqraf *Xarkova kütləvi PUA hücumu, uşaqlar və qadınlar xəsarət aldı *Pakistanın BAŞI DƏRDDƏ – Yeni döyüşlər…

Read More
Dünya 

Ərdoğan: Ankara və İrəvan münasibətləri tədricən normallaşır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrəvanla münasibətlərin tədricən normallaşdığını bəyan edib. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib. “Biz Ermənistanla münasibətlərin tədricən normallaşması prosesindən keçirik. Sülhə nail olduqda görəcəyik ki, ölkələrimiz bundan yalnız fayda əldə edir”, – Türkiyə Prezidenti vurğulayıb.

Read More
Dünya 

Tramp Putinə vaxt verdi – 14 gün…

“Vaşinqton bir-iki həftə ərzində Ukraynada müharibəyə son qoymaq üçün danışıqlarda gələcək taktikalara qərar verəcək. Bu qərar daha çox Rusiyanın davranışından asılı olacaq”. Bunu ABŞ lideri Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib. “İki həftə ərzində Putinin qərarını biləcəyik. Buna görə də reaksiya verəcəyik. Xüsusi nümayəndəmiz Stiv Uitkoff indi onlarla fəal işləyir, fenomenal iş görür. Görünür, onlar hansısa razılaşmaya hazırdırlar. Amma hələ heç nə imzalanmayıb, danışmaq tezdir”, – Tramp jurnalistlərlə söhbətində deyib. Amerika prezidenti əlavə edib ki, Vladimir Putinin həqiqətən də münaqişənin sona çatmasında maraqlı olub-olmadığını indi dəqiq deyə bilməz. Eyni zamanda Tramp bir daha…

Read More
Dünya 

Sosial mediadakı populyar oyun 19 yaşlı gəncin həyatına son qoydu

Yeni Zelandiya Palmerston North sakini 19 yaşlı Ryan Satterthwaite sosial mediada populyar olan “Run It” oyununu oynayarkən ağır zərbə alıb. Milli.Az xarici mediaya istinadla xəbər verir ki, oyun iştirakçıların heç bir qoruyucu vasitə olmadan bir-birlərinə doğru qaçaraq toqquşmasından ibarətdir. 19 yaşlı Satterthwaite oyun zamanı başından aldığı ağır zərbədən sonra xəstəxanada dünyasını dəyişib. Səlahiyyətlilər hadisəni faciə kimi qiymətləndirərək, belə riskli fəaliyyətlərdə iştirak edənlərin ciddi təhlükəsizlik tədbirləri görməsini tələb ediblər. Hadisə ilə bağlı cinayət işi açılmayıb, məhkəmə-tibb ekspertizası davam edir. Qeyd edək ki, oxşar yarışma “Run It Straight” adı altında Oklenddə keçirilib…

Read More
Dünya 

İsrail və Suriya bir neçə dəfə danışıqlar aparıb

İsrail və Suriya ikitərəfli münasibətləri həll etmək üçün bir neçə dəfə təkbətək danışıqlar aparıb. “Report” xəbər verir ki, bu barədə “The Financial Times” yazıb. “Danışıqlar əsasən zorakılığın baş verməsinin qarşısını almaq və İsraili işğal etdiyi Suriyanın sərhədyanı ərazilərindən geri çəkilməyə məcbur etmək məqsədi daşıyır”, – mənbə bildirib. Danışıqlar son həftələrdə aparılıb və İsrailin işğalı altında olan Suriyanın Quneytra əyalətində baş tutub. Bundan əvvəl danışıqların BƏƏ-nin vasitəçiliyi ilə aparıldığı məlum olub.

Read More