Dünya 

BMT Tripolidə gərginliyin artmasından narahatlığını ifadə edib

BMT-nin Liviyaya Dəstək Missiyası (UNSMIL) şiddətli döyüşlərin getdiyi Tripolidə təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə bağlı ciddi narahatlığını ifadə edir. Bu barədə UNSMIL-in sosial şəbəkə hesabında dərc edilmiş bəyanatında deyilir. Missiya bütün tərəfləri dərhal döyüş əməliyyatlarını dayandırmağa və sakitliyi bərpa etməyə çağırıb, mülki şəxsləri qorumaq öhdəliyini xatırladıb. “Mülki şəxslərə və mülki obyektlərə hücumlar hərbi cinayətlərə bərabər tutula bilər. UNSMIL vəziyyətin gərginliyinin azaldılması üçün ağsaqqalların və icma liderlərinin səylərini tam dəstəkləyir”, – Missiyanın bəyanatında bildirilir. Xatırladaq ki, mayın 13-nə keçən gecə Tripolidə şiddətli silahlı toqquşmalar başlanıb.**report.az

Read More
Dünya 

Gözlər İstanbulda:Putinlə Zelenski Ərdoğana RAZILIQ VERDİ,masaya oturulur-Zelenski Putini “SINDIRDI”

İstanbul üç ildir davam edən müharibəni bitirmək istəyən Rusiya və Ukraynaya ev sahibiliyi etməyə hazırlaşır. Müharibə başlayandan sonra tərəflər arasında əsir mübadiləsini təmin edən, savaşın əvvəlində İstanbulda Moskva və Kiyevi sülhə yaxınlaşdıran və taxıl dəhlizi ilə ərzaq böhranının qarşısını alan Ankara növbəti dəfə məsuliyyəti öz üzərinə götürür. Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb. Nəşr xatırladır ki, artıq Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski mayın 15-də İstanbul görüşməyə razılıq verib. Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik.…

Read More
Dünya 

İbrahim Sazişi: sülh yoxsa siyasi oyun?

Bir müddət əvvəl İsrailin baş naziri Binyamin Netanyahunun Bakıya səfər edəcəyi və 5 gün ölkəmizdə qalacağı bildirilirdi. Bəzi iddialara görə, hətta Azərbaycanla İsrail arasında İbrahim sazişi bağlanacaqdı. Amma nədənsə bu səfər baş tutmadı və sanki İbrahim sazişi də gündəmdən çıxdı. Bəs, İbrahim sazişi nədir? Sazişə qoşulan dövlətlər hansılardır? Bu saziş üzv dövlətlərə nə verir? Böyük güclərin sazişlə bağlı mövqeyi necədir? Ən əsası, həqiqətən də Azərbaycan da bu sazişi imzalaya bilərmi? Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz Netanyahunun planlaşdırılan və sonra təxirə salınan Bakı səfərinin İbrahim sazişi ilə əlaqələndirilməsini qəsdən…

Read More
Dünya 

Ağlasığmaz OLAY: Atı maşının arxasına bağlayıb… – VİDEO

Türkiyənin Adana şəhərində ağlasığmaz hadisə baş verib. Şəhər sakini atı maşının arxasına bağlayaraq avtomobil yoluna çıxıb. Bu barədə Türkiyə KİV-i xəbər verir. Məlumata görə, Adananın Çukurova rayonunda baş verən bu hadisə görənləri heyrətə gətirib. Sosial mediada sürətlə yayılan görüntülər sayəsində şübhəli şəxs Ətraf Mühit, Təbiət və Heyvanların Mühafizəsi Bürosunun qrupları tərəfindən saxlanılıb. Heyvana işgəncə verən və yol hərəkətinə təhlükə yaradan bu davranışa görə şübhəli şəxs barəsində tədbir görülüb. Sürücüyə 1986 Türkiyə lirəsi (43 manatdan çox) məbləğində cərimə kəsilib. Həmçinin polis tərəfindən saxlanılan iki nəfərin hüquqi prosedurlardan sonra məhkəməyə göndəriləcəyi bildirilib. Hadisə…

Read More
Dünya 

Rusiyada limon apreldə 60 %-ə yaxın bahalaşıb

Bu ilin aprel ayılnda Rusiyada limonun pərakəndə satış qiyməti 56,7 % artıb. “Report” xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” yazıb. Nəşrin məlumatına görə, ötən ay paytaxt Moskvada limonun 1 kiloqramının qiyməti 161,1 rubladan (təxminən 2 ABŞ dolları) 252,4 rubla (təxminən 3 ABŞ dolları) yüksəlib. Qeyd olunur ki, hər il apreldə limon bahalaşsa da, builki qiymət artımı görünməmiş həddə olub.

Read More
Dünya 

Hindistan ELAN ETDİ – Hazırıq!

Hindistan Pakistan tərəfindən oxşar addımlar atılacağı təqdirdə gərginliyin azaldılmasına hazırdır. “Report” Hindistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Hərbi Hava Qüvvələrinin nümayəndəsi Vyomika Sinqh brifinqdə bildirib. O qeyd edib ki, Hindistan Pakistan tərəfinin qarşılıqlı cavab verəcəyi təqdirdə gərginliyi artırılmamasına sadiqdir. Xatırladaq ki, mayın 10-na keçən gecə Hindistan Pakistanın aviabazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Silahlı Qüvvələrinin nümayəndəsi hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. Cavab olaraq Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

Read More
Dünya 

Hakan Fidan İsrail və Türkiyə rəsmilərinin Bakı görüşündən DANIŞDI

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrail və Türkiyənin Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirməsinə münasibət bildirib. “Report” xəbər verir ki, bunu Türkiyə diplomatiyasının rəhbəri “24TV” kanalının efirində deyib. Bakıda gərginliyin azaldılması mexanizmi ilə bağlı danışıqlara gəlincə, Fidan deyib: “Müəyyən səviyyədə gərginliyin azaldılması mexanizminin yaradılması istifadə olunan diplomatik üsullardan biridir. Biz sözlə əldə edilə biləcək məsafəni qət etməli və başqa cəhdlərə çox tez yer verməməliyik”. Türkiyənin XİN rəhbəri əlavə edib ki, Suriyanın qeyri-sabitlik vəziyyətinə dönməsi böyük bəlalara səbəb olacaq və Türkiyə buna biganə qala bilməyəcək.

Read More
Dünya 

Yeni Roma Papası ilk ayini keçirdi

Yeni seçilmiş Roma Papası XIV Leo Sikstin kapellasında papalığının ilk ayini keçirib. Ayin canlı yayımlanıb. İbadət bir neçə dildə, o cümlədən kardinal Robert Frensis Prevostun Papa olmamışdan əvvəl 11 ilini keçirdiyi Peruda dövlət dili olan ispan dilində keçirilib. Yeni Papa Müqəddəs Petronun birinci məktubunun ispan dilində oxuyub. Pontifik ilk kütləvi məclisində qeyri-adi seçim edib: Sikstin kapellasında arxası kardinallara tərəf olacaq, ənənəvi altar (qurbangah) əvəzinə, o, birbaşa onlara baxan başqa bir altar quraşdırmaq qərarına gəlib. XIV Leo öz xütbəsinə doğma ingilis dilində başlayıb və kardinallar yığıncağını Rəbbin yaratdığı möcüzələri tanımağa çağırıb.…

Read More
Dünya 

Bu çörəyin bir ədədi 150 dollara satılır – SƏBƏB…

Dünyanın ən bahalı çörəyi İspaniyada satılır. Onun adı Pan Pinadır. Bu barədə “Xəbər ertəsi” verilişində bildirilib. Qeyd edilib ki, Pan Pinanın bir ədədi əhaliyə 150 dollardan satılır. Onun bahalı olmasına səbəb isə içərisinə və üzünə qızıldan olan kəpək vurulmasıdır. Bu çörək İspaniyanın Alqatosin kəndində Pan Pina çörəkxanasında hazırlanır. Yüksək qiymətə baxmayaraq, çörəyə maraq böyükdür./BAKU.WS

Read More