Cəmiyyət 

24 mart – Dünya Vərəmlə Mübarizə Günüdür.

Dünya Səhiyyə Təşkilatı və Dünya Vərəmlə Mübarizə Birliyinin təşəbbüsü ilə 1982-ci ildən etibarən hər martın 24-ü bütün ölkələrdə Dünya Vərəmlə Mübarizə Günü kimi qeyd olunur.
Bu əlamətdar günün yaranma tarixi 1882-ci il martın 24-də alman mikrobioloqu Robert Koxun xəstəliyin törədicisi olan vərəm çöplərini kəşf etməsi ilə bağlıdır. Günün təsisində məqsəd dünya ictimaiyyətinin diqqətini vərəm probleminə cəlb etməkdir.

Daha çox xəbərlər