Dünya 

Almaniyada yeni kansler seçilib

Almaniyada yeni kansler seçilib. Fridrix Merz Almaniyanın yeni kansleri olub. Bundestaq onun namizədliyini ikinci cəhddə təsdiqləyib. Siyasətçi tələb olunan 325 səsdən 316-nı toplaya bilib. O, ilk cəhddə 310 səs toplamışdı. Qeyd edək ki, bundan əvvəlki kansler Olaf Şolts idi./Report.az/

Read More
Dünya 

Uşağın cinsiyyətini öyrənmək üçün əraziyə rəngli bomba atdılar – VİDEO

İsrail Müdafiə Qüvvələri növbəti dəfə Qəzza zolağına zərbə endirib. Bu dəfə atılan bombadan mavi tüstü çıxması diqqət çəkib. İddia edilir ki, bomba İsrail Müdafiə Qüvvələrində xidmət edən və yaxın vaxtda ata olmağa hazırlaşan bir əsgər üçün atılıb. Qeyd edilir ki, hərbçinin övladının hansı cinsə mənsub olmasını öyrənmək məqsədilə belə bir addım atılıb. 3 mayda çəkildiyi deyilən video mayın 5-də sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri əgərlərdən birinin öz səhifəsində paylaşdığı bildirilir. “Əlcəzirə” yazır ki, bombadan çıxan tüstünün cins öyrənmə mərasiminə bənzəyib və bu zaman əsgərlər “o oğlandır” sözlərini deyərək gülüblər. Əsgərlər güldüyü zaman…

Read More
Dünya 

Hindistan, yoxsa Pakistan? – Hərbi güclərin müqayisəsi nə deyir?

Aprelin 22-də Cammu və Kəşmirin Pahalqam bölgəsində 26 dinc sakinin həyatına son qoyan terror hücumundan sonra Hindistan və Pakistan arasında gərginlik yenidən artıb. Bundan sonra Hindistan hökuməti bir sıra cavab tədbirləri görməyə başladı, Pakistan da diplomatik əlaqələri daha da gərginləşdirən paralel addımlar atdı. Hər iki ölkə yüksək hərbi hazırlıq vəziyyətində qaldığından, analitiklər xəbərdarlıq edirlər ki, istənilən səhv addım Cənubi Asiyanı münaqişəyə doğru sövq edə bilər. Oxu24.com regionda gərginliyi nəzərə alaraq ili ölkənin hərbi gücünü araşdırıb.Nəzər alsaq ki,hər iki ölkə nücə silahına malikdir,o zaman təhlükənin miqyasının nə qədər böyük olduğunu anlamaq…

Read More
Dünya 

Bu şəxslərə 1000 dollar VERİLƏCƏK – ŞƏRTLƏR AÇIQLANDI

Tramp administrasiyası vətənə qayıdan qeyri-qanuni miqrantlara 1000 dollar ödəyəcək. ABŞ prezidenti Donald Trampın administrasiyası ölkədə qeyri-qanuni yaşayan və könüllü olaraq öz ölkəsinə qayıtmağa razı olan miqrantlara 1000 dollar məbləğində birdəfəlik ödəniş təklif edir. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Proqramın məqsədi ABŞ-dakı miqrasiya yükünü azaltmaq və immiqrasiya prosesini sürətləndirməkdir. Könüllü qayıdış təşəbbüsü çərçivəsində miqrantlara maddi dəstək veriləcək və onların ölkələrinə təhlükəsiz şəkildə qaytarılması təmin olunacaq. Hazırda təşəbbüsün neçə nəfəri əhatə edəcəyi və hansı ölkələrin vətəndaşlarına şamil olunacağı barədə əlavə detallar açıqlanmayıb.\KONKRET.az

Read More
Dünya 

Lavrov Pakistan XİN-ə Hindistanla nizamlamada yardım etməyə hazır olduğunu təsdiqləyib

Rusiya xarici işlər naziri Sergey Lavrov pakistanlı həmkarı İshaq Dara Moskvanın Nyu-Deli və İslamabad arasında vəziyyətin nizamlanmasına yardım etməyə hazır olduğunu təsdiqləyib. “Report” xəbər verir ki, bu barədə Rusiya xarici siyasət idarəsinin teleqram kanalında telefon danışığının nəticələrinə dair məlumatda deyilir. “Xüsusi diqqət Nyu-Deli və İslamabad arasında gərginliyin əhəmiyyətli dərəcədə artmasına yönəldilib. Rusiya tərəfindən İslamabad və Nyu-Delinin qarşılıqlı istəyi olduğu təqdirdə, 22 aprel tarixində Pahalqam şəhəri yaxınlığında terror aktı nəticəsində yaranmış vəziyyətin siyasi nizamlanmasına yardım etməyə hazır olduğu vurğulanıb”, – nazirlikdən bildirilib. Pakistanın qurumunda isə öz növbəsində qeyd ediblər ki, nazir…

Read More
Dünya 

Pakistan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb

Pakistanın BMT-dəki daimi nümayəndəsi Hindistanla artan gərginlik, Cəmmu və Kəşmirdəki son hadisələr və regional təhlükəsizlik məsələləri ilə bağlı BMT Təhlükəsizlik Şurasında fövqəladə iclasın keçirilməsini tələb edib. Bu barədə “Report”un ABŞ bürosuna Pakistanın BMT-dəki missiyasının mətbuat müşaviri Amanat Əli məlumat verib. A. Əli bildirib ki, regional mühitin pisləşməsi və Hindistanla Pakistan arasında gərginliyin artması, xüsusilə də Cəmmu və Kəşmirdəki vəziyyətin həm regional, həm də beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid yaratması səbəbi ilə Pakistan BMT Təhlükəsizlik Şurasının təcili qapalı məsləhətləşmələrinin keçirilməsini rəsmi şəkildə tələb edib. Məlumata görə, Pakistanın BMT-dəki daimi nümayəndəsi…

Read More
Dünya 

Bu məhsul marketlərdən yığışdırılır – İçindən şüşə qırıqları çıxdı – FOTO

Məşhur makaron sousu marketlərdən geri çağırılıb. Buna səbəb içində şüşə qırıntılarının olma ehtimalıdır. “Organic Alla Norma Sauce” adlı sousun bəzi partiyalarında şüşə qırıqları aşkarlanıb və satışdan yığışdırılaraq istehlakçılara yeməmək xəbərdarlığı edilib. Geri çağırılma 140227 partiya nömrəli və istifadə müddəti 14/02/2027 olan məhsulları əhatə edir. Qida Standartları Agentliyi bildirib ki, bu sousu alanlar dərhal marketə qaytarıb pulunu geri almalıdırlar. İstehlakçılara “əgər bu məhsuldan almısınızsa, onu yeməyin” xəbərdarlığı edilib. Agentlik qeyd edib ki, geri çağırma qərarı məhsulda insan sağlamlığı üçün təhlükə yarada biləcək problem aşkarlananda verilir. Sousun geri çağırılması “Ocado” da daxil…

Read More
Dünya 

Daha bir helikopter qəzası – ÖLƏN və YARALANANLAR VAR

Çinin şərqində yerləşən Szyansu əyalətinin Suçjou şəhərində helikopter qəzası nəticəsində azı bir nəfər ölüb, daha dörd nəfər yaralanıb. Bu barədə yerli iqtidar orqanları məlumat yayıb. Məlumata görə, “Robinson R44 II” helikopterinin pilotu eniş zamanı idarəetməni itirib, nəticədə aparat təxminən 10 metr hündürlükdən yerə çırpılıb. Helikopterdə olan dörd nəfər müxtəlif xəsarətlər alıb, yerdə bir nəfər ölüb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların həyatı üçün təhlükə yoxdur. Əyalətin mülki aviasiya idarəsi qəzanın səbəblərini araşdırır./Report

Read More
Dünya 

Məktəbdə çəkilən bu VİDEO qalmaqala səbəb oldu

İzmirdə lisey şagirdlərinin videosu sosial mediada birmənalı qarşılanmayıb. İzmirdə yerləşən orta məktəbdə yuxarı sinif şagirdlərinin məzuniyyət xatirəsi üçün çəkdikləri “Xaç atası” mövzulu video sosial mediada geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə qız şagirdlərin ağır makiyajda və məktəbə uyğun olmayan geyimdə olması diqqət çəkib. Video filmlərə bənzər vizual estetikası ilə seçilsə də, izləyicilər arasında fikir ayrılığı yaranıb. Bəzi istifadəçilər “İzmir müasirdir, bu video çağdaş təhsil düşüncəsinin məhsuludur” fikrini səsləndirərək tələbələri müdafiə edib. Digər bir qisim isə lisey şagirdlərinin yaşlarına uyğun olmayan vizual tərzlərini və rollarını narahatedici hesab edib. Hazırda…

Read More
Dünya 

İspaniya DİN əksər bölgələrdə xüsusi fövqəladə rejimi ləğv edib

İspaniya Daxili İşlər Nazirliyi elektrik təchizatı ilə bağlı problemlərə görə elan edilmiş fövqəladə vəziyyətin ölkənin əksər regionlarında ləğv edilməsi barədə qərar qəbul edib. “Report” xəbər verir ki, bu barədə nazirliyin mətbuat açıqlamasında deyilir. Məlumata görə, DİN başçısı Fernando Qrande-Marlaska çərşənbə axşamı altı muxtar birlikdə – Andalusiya, Valensiya, Qalisiya, Kastiliya-La-Manç, Mursiya və Rioxada milli maraq fövqəladə vəziyyətinin elanını ləğv edib. Qərar elektrik kəsintisinin fəsadlarının aradan qaldırılması fonunda qəbul edilib. “Ekstremadura və Madriddə isə rejim qüvvədə qalır, çünki regional hökumətlər yumşaldılma tələb etməyiblər”, – nazirlik əlavə edib. Xatırladaq ki, aprelin 28-də gündüz…

Read More