Dünya 

Ərdoğan Türkiyədən Suriyaya qayıdan qaçqınların sayını açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsindən Suriyaya qayıdan qaçqınların sayını açıqlayıb. O, bu barədə “Türkiyə əsrində köç idarəçiliyi” proqramında çıxışında deyib. “Suriyada 13 il yarım davam edən zülm və toqquşmalar 2024-cü il dekabrın 8-dən sonra başa çatıb. Bir milyon insanı öldürən Əsəd rejimi devriləndən sonra Suriya xalqının azadlığını təmsil edən yeni iqtidar formalaşdı. Suriya toparlandıqca, ölkədə sabitlik və təhlükəsizlik mühiti formalaşdıqca ölkəsinə qayıdan suriyalıların sayı artdı. Dekabrın 9-dan bəri sadəcə Türkiyədən Suriyaya qayıdanların sayı 931 bir min 540 nəfərə çatıb”, – Türkiyə Prezidenti söyləyib./Report

Read More
Dünya 

Ərdoğan zəlzələdən danışıb: İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində abadlıq layihəsinin həyata keçirilməsi üçün təcili işlərin aparılmasının vacibliyini açıqlayıb. “Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Onun sözlərinə görə, aprelin 23-də İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ heç bir insan tələfatına səbəb olmasa da, 16 milyon əhalisi olan şəhərin gələcək zəlzələlərə necə hazırlanacağı ilə bağlı səlahiyyətlilər arasında ciddi narahatlıq yaradıb: “Fəlakət qapımızı döyməmiş şəhəri ən qısa zamanda zəlzələyə hazırlamaq bizim borcumuzdur. Bunun üçün gücümüzü birləşdirməli, birgə hərəkət etməliyik.…

Read More
Dünya 

Serj Sarkisyanın ETİRAFI: Şuşa əməliyyatında Robert Köçəryan özü də iştirak edirdi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa rayonunun işğalı ilə bağlı Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qeydləri yer alan videomaterial tədqiq edilib. Lent.az xəbər verir ki, S.Sarkisyan Şuşa əməliyyatının əhəmiyyətininin çox böyük olduğunu bildirib. O deyib: “Bu əməliyyatın əhəmiyyəti o qədər böyük idi ki, Robert Köçəryan özü iştirak edirdi”. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ…

Read More
Dünya 

Ərdoğan: Türkiyədə 4 milyon 33 min miqrant var

Türkiyədə 4 milyon 33 min miqrant var. “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Miqrasiya İdarəetmə Proqramının təqdimatındakı çıxışı zamanı deyib. O, miqrantların 2 milyon 768 mininin müvəqqəti qoruma statusunda olduğunu bildirib: “Eləcə də 1 milyon 90 min miqrant yaşayış icazəsi ilə, 176 mini isə beynəlxalq mühafizə altında olan suriyalı qardaş və bacılardır”. Ərdoğan Türkiyənin miqrasiya məsələsi ilə bağlı həssaslığını ifadə edib: “Miqrasiya məsələsi bütün dünyanın gündəmindədir. Çətinliklər üzündən milyonlarla insan öz vətənlərini tərk etmək məcburiyyətində qalır”. Türkiyə Prezidenti dünya üzrə son 10 ilin statistikasına diqqət çəkib:…

Read More
Dünya 

Gürcüstan Prezidenti bu gün Ermənistana yola düşüb

Gürcüstan Prezidenti Mixail Kavelaşvili bu gün İrəvana yola düşüb. “Report” xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Səfər çərçivəsində o, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla təkbətək, daha sonra geniş tərkibdə görüşəcək, bundan sonra tərəflər mətbuata birgə bəyanatlarla çıxış edəcəklər. M.Kavelaşvili həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan və bütün ermənilərin katolikosu II Qareginlə görüşəcək. Gürcüstan nümayəndə heyətinə prezident administrasiyasının rəhbəri Ketevan Kvinikadze, xarici işlər nazirinin müavini Laşa Darsaliya, parlament sədrinin birinci müavini Georgi Volski və başqaları daxil olacaq.

Read More
Dünya 

Ali Koç istefa verəcək? – özü açıqladı

“Fənərbaxça” klubunun İstanbulda konqresi keçirilib. Klubun prezidenti Ali Koç konqresdə bir sıra açıqlamalar verib. O, klubdakı gələcəyi ilə bağlı qərarını bildirib: “Biz idarə heyəti olaraq fəaliyyətimizi və mübarizəmizi davam etdirəcəyik”. Koç, həmçinin çempionluq üçün yaxşı heyətə sahib olduqlarını vurğulayıb: “Çempionluq yolunda psixoloji üstünlük bizim tərəfimizdə idi. Lakin heç kimin əvvəlcədən görə bilmədiyi xal itkiləri ilə çempionluq şansımıza zərbə vurduq. Çoxlarınız haqlı olaraq qəzəbləndiniz. Bizim isə kədərlənmək əvəzinə, problemləri aradan qaldırmaq məcburiyyətindəyik. Ötən il azarkeşlərimiz bizə üç il daha etimad göstərdi və yenidən vəzifəyə gətirdi. Futbol tarixinin ən uğurlu baş məşqçisi…

Read More
Dünya 

Dağda bitir , kilosu 400 manatdır – FOTO

Türkiyənin Batman vilayətinin Sason rayonunda dağlardan toplanan təbii “zuzubak” otuna olan tələbat bu il rekord səviyyəyə çatıb. Yüksək dağ və qayalıqlarda bitən, həm ədviyyat, həm də dərman bitkisi kimi istifadə olunan bu nadir otun kiloqramı 10 min lirəyə (444 manat) qədər satılır. Milli.Az xəbər verir ki, Zuzubak otu əsasən rayonun Kobet yaylasında və Mereto ilə Zoveser dağlarının sərt yamaclarında yetişir. Yaz fəslində çiçəklənən bu bitki kəndlilər üçün mühüm gəlir mənbəyidir. Ancaq bölgədə otun miqdarı azaldığı üçün bu il qiymətində ciddi artım müşahidə olunub. Məhərrəm Alqan adlı kənd sakini otun toplanmasının…

Read More
Dünya 

Roma Papası belə ölüb – Həkim son dəqiqələrini AÇIQLADI

Papa Fransiskin həyatını xilas etmək üçün tibb işçilərinin edə biləcəyi heç nə yox idi. Papa Fransiskin aprelin 21-i səhər ölümü gözlənilməz insult nəticəsində sürətlə gəlib. Papa həddindən artıq əzab çəkməyib. “Reuters” agentliyi xəbər verir ki, bunu həmin gün zəngə cavab olaraq Vatikana gələn Roma xəstəxanasının həkimi Serxio Alfieri deyib. Onun sözlərinə görə, Papa Fransiskin həyatını xilas etmək üçün ixtisaslaşmış tibb işçilərinin edə biləcəyi heç nə olmayıb. Papanın həyatının son dəqiqələri “Otağına daxil oldum və onun (Papa Fransisk-red.) gözləri açıq idi. Nəfəs almasında heç bir problem olmadığını gördüm. Sonra adını çəkməyə…

Read More