Dünya 

Türkiyənin hava yolları şirkətləri biletləri cəriməsiz qaytaracaq

Türkiyənin Pegasus, Türk Hava Yolları və AJet hava yolları İstanbulda baş verən zəlzələ ilə əlaqədar sərnişinlərə ölkədaxili biletləri geri qaytarmağa və ya gediş tarixlərini cəriməsiz dəyişməyə icazə verib. Hər üç şirkət İstanbuldan qalxan və ya şəhərə gələn daxili reyslərdə sərnişinlərin bir həftə ərzində uçuşlar üçün gediş tarixlərini pulsuz olaraq dəyişdirə və ya biletini müəyyən bir tarix göstərilməyən bir biletlə dəyişdirə biləcəklərini vurğulayıblar. Qeyd edək ki, aprelin 23-də İstanbul ərazisində bir neçə zəlzələ baş verib. Maksimum maqnitudası 6,2-yə çatan bir neçə zəlzələdən zərərçəkənlərin sayı 236 nəfər təşkil edib./Teleqraf/

Read More
Dünya 

Paşinyan Estoniyaya rəsmi səfər edəcək

Ermənistan baş naziri Nikol Paşinyan aprelin 27-28-də Estoniyaya rəsmi səfər edəcək. “Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Səfər çərçivəsində Paşinyan Estoniyanın Baş naziri Kristen Mixal, ölkə Prezidenti Alar Karis, Riyqikoqu parlamentinin spikeri Lauri Hussar və xarici işlər naziri Marqus Tsaxkna ilə görüşəcək. Erməni icmasının nümayəndələri ilə görüş də nəzərdə tutulub. İki ölkənin baş nazirlərinin mətbuat konfransı aprelin 28-nə planlaşdırılıb. Mətbuat konfransından əvvəl keçiriləcək ikitərəfli görüşdə müdafiə sahəsi məsələləri, ikitərəfli münasibətlərin inkişaf imkanları, Avropa İttifaqı-Ermənistan münasibətləri, həmçinin beynəlxalq təşkilatlarda əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq.

Read More
Dünya 

Türkiyədə güclü zəlzələ olacaq – Seysmoloqdan PROQNOZ

Türkiyəli seysmoloq Ahmet Ercan bildirib ki, dünən İstanbulda baş verən zəlzələ, yaxın zamanda 7–7,2 bal gücündə daha böyük yeraltı təkanların xəbərçisi ola bilər. Bu barədə türkiyəli seysmoloq RIA Novosti-yə verdiyi müsahibədə bildirib. “Çərşənbə günü baş verən zəlzələ, Trakiya bölgəsində gözlənilən 7–7,2 bal gücündə zəlzələyə bir xəbərdarlıq və ya bir növ hazırlıq məşqidir”,-deyə Ahmet Ercan əlavə edib. Ekspertin sözlərinə görə, gələcəkdə baş verəcək zəlzələnin episentri eyni ərazidə, 7–13 km dərinlikdə olacaq və təkanların gücü indiki zəlzələdən 22 dəfə artıq hiss olunacaq: “Bu güclü zəlzələ 2045–2075-ci illər arasında baş verə bilər”. Qeyd…

Read More
Dünya 

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Putinlə görüşə bilər

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkof aprelin 25-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər. “Report” xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb. “Flightradar” izləmə xidmətinin məlumatına görə, göyərtəsində Stiven Uitkofun olduğu “Gulfstream G650” təyyarəsi Parisdən Rusiyaya doğru uçub.

Read More
Dünya 

Peskov: Zelenskinin istefası Rusiyanın danışıqlar üçün tələbləri arasında deyil

Ukrayna prezidenti Volodimir Zelenskinin istefası Rusiyanın iki ölkə arasındakı münaqişənin həlli tələbləri arasında deyil. “Report”un məlumatına görə, bunu Fransanın “Le Point” nəşrinə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Bu, bizim tələblərimizdən biri deyil, lakin bu gün Zelenski ilə saziş imzalansa belə, insanlar sonradan Ukraynada çıxıb onun legitimliyini qanuni olaraq şübhə altına ala bilərlər”, – deyə o qeyd edib.

Read More
Dünya 

Ərdoğan zəlzələ nəticəsində insan itkilərinin olmadığını təsdiqləyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü günortadan sonra Mərmərə dənizində baş verən zəlzələ nəticəsində insan itkilərinin olmadığını bildirib. “Report” xəbər verir ki, o, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) İstanbul qərargahında keçirilən iclasından sonra məlumat verib. “Bu gün Mərmərə dənizində baş verən və İstanbulda və ətraf vilayətlərdə hiss olunan 6,2 bal gücündə zəlzələdən zərər çəkmiş bütün vətəndaşlarımıza ən xoş arzularımı çatdırmaq istəyirəm. Biz indicə AFAD-ın İstanbul regional ofisində geniş toplantı keçirdik. Biz ən aktual məlumatları aldıq və zəlzələnin nəticələrini minimuma endirmək üçün görülmüş və…

Read More
Dünya 

Türkiyədə zəlzələdən sonra afterşoklar davam edir

Bu gün Türkiyənin İstanbul şəhərində baş verən silsilə zəlzələdən sonra hələ də afterşoklar müşahidə olunur. Bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, saat 17:55-də (Bakı vaxtı ilə 18:55-də) 3,5 maqnitudalı daha bir afterşok baş verib. Zəlzələnin ocağı 14,58 kilometr dərinlikdə yerləşib.**report.az

Read More
Dünya 

Böyük İstanbul zəlzələsi nə zaman gözlənilir: Türkiyə fəlakətin astanasında

Türkiyənin İstanbul şəhərində ard-arda 8 dəfə zəlzələ qeydə alınıb. Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, ilk zəlzələ 3,9 bal gücündə olub və yerin 6,99 km dərinliyində baş verib. İkinci zəlzələ isə 6,2 maqnitudalı olub və 10 saniyə davam edib. Növbəti zəlzələlər 4,4 və 4,9 bal gücündə qeydə alınıb və hər iki təkan yerin 7 kilometr dərinliyində baş verib. Onlardan ən böyüyü 6,2 bal gücündə Silivri sahillərində olub. Sonuncu silkələnmə “CNN Türk”ün canlı efirində də əks olunub. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, AFAD və…

Read More
Dünya 

Paşinyana xidmət edən “Ermənistan” – parlamentdə oynanılan “dava” tamaşası – ŞƏRH

Ermənistan parlamentində yenə əlbəyaxa dava düşüb. Məlumata görə qarşıdurma hakim Vətəndaş Müqaviləsi Partiyasının deputatları ilə müxalif “Ermənistan” parlament fraksiyasından olan həmkarları arasında olub. Hadisə qondarma soyqırımı inkarına görə cinayət məsuliyyətinin tətbiqi təşəbbüsünün müzakirəsindən sonra baş verib. Toqquşmadan əvvəl parlament sədri Alen Simonyan “Ermənistan” fraksiyasının tərkibinə daxil olan müxalifətçi “Daşnaksütyun” partiyasının nümayəndələrinə qarşı tənqidi fikirlər səsləndirmişdi. “Ermənistan” partiyasından olan deputat Artsvik Minasyan bildirib ki, onun siyasi qüvvəsi “soyqırımın” inkarına görə cəza nəzərdə tutan qanun layihəsini hazırlayır. Qarşıdurma ilə əlaqədar Simonyan 20 dəqiqəlik fasilə elan edib. İclas zalında vəziyyət sabitləşib. Mart ayında…

Read More
Dünya 

Papanın tabutunun altına Azərbaycan xalçası sərilib – FOTO

Xəbər verdiyimiz kimi, aprelin 21-də Roma Papası Fransiski vəfat edib.  Papanın tabutu altına sərilən xalça Azərbaycan xalçasıdır. Bildirilib ki, xalça Papaya 2016-cı ilin oktyabrında Bakı səfəri zamanı hədiyyə edilib. Qeyd edək ki, Roma Papası Fransisk Azərbaycana 2016-cı ilin oktyabrında səfər edib və 2 oktyabrda Prezident iqamətgahında keçirilən görüşdə ona Azərbaycan milli xalçası hədiyyə edilib. Sözügedən görüşdən yayılmış videodakı xalça ilə Roma Papası Fransiskin tabutu altına sərilən xalça isə tamamilə fərqli toxunuş və ornamentlərə malikdir. Buna baxmayaraq, Roma Papası Fransiskin tabutunun altına sərilən xalça doğrudan da Azərbaycan – Təbriz xalçasıdır. Xalça naxışlarına görə…

Read More