Dünya 

Ermənistan Suriyaya YARDIM AYIRDI – MƏBLƏĞ ŞOK ETDİ

Ermənistan hökuməti Suriyaya göndəriləcək ikinci humanitar yardım partiyası üçün 49 milyon dram (təxminən 123 min ABŞ dolları) məbləğində vəsait ayırıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Qeyd olunub ki, bu vəsait hesabına əsasən ərzaq məhsulları və dərman preparatları alınacaq. Məlumatda bildirilir ki, martın 21-də Ermənistanın ilk humanitar yardımı Suriyaya göndərilib. Bu məqsədlər üçün Ermənistan-Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsi 10 gün müddətinə açılıb.

Read More
Dünya 

Ermənistan həbsxanalarında ölüm halları artıb

Ermənistanda həbs yerlərində ölənlərin sayı artmaqda davam edir. “Report” xəbər verir ki, bu barədə ölkənin Kriminal İcra Xidməti məlumat yayıb. Aprelin 20-də İrəvanın “Nubaraşen” həbsxanasında 54 yaşlı məhbus Z.Q. intihar edib. Bu, 2025-ci ilin əvvəlindən Ermənistan həbsxanalarında ölümlə nəticələnən 10-cu hadisə və beşinci intihardır. Hüquq müdafiəçisi Janna Aleksanyanın sözlərinə görə, ölkənin penitensiar sistemində vəziyyət xeyli pisləşib. 2024-cü ildə Ermənistan həbsxanalarında 12 ölüm halı qeydə alınıb. Bundan əlavə, 298 məhbus aclıq aksiyası keçirib, 200 məhbus isə özlərini şikəst edib. Hüquq müdafiəçilərinin fikrincə, bu məlumatlar dövlətin belə hadisələrin qarşısını almaq üçün təsirli…

Read More
Dünya 

Temperatur 20 dərəcə DÜŞƏCƏK: XƏBƏRDARLIQ EDİLDİ

2025-ci il aprelin sonunda Qərbi Sibirin cənubunun sakinləri bir neçə günlük anomal isti havadan sonra kəskin soyuqla üzləşəcəklər. Bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand “İnterfaks”a müsahibəsində bildirib. Onun sözlərinə görə, Altayda havanın temperaturu +29…+31°C-yə çatıb, lakin həftənin sonuna kimi kəskin eniş +6…+8°C-yə – demək olar ki, 20-25°C aşağı düşəcəyi gözlənilir. Bu kəskin dəyişiklik şimaldan bölgəyə soyuq hava gətirəcək antisiklonun hərəkəti ilə bağlıdır. Soyuqlar təkcə Altayda deyil, həm də Sibirin digər iri şəhərlərində: Krasnoyarsk, Abakan, Qızıl, İrkutsk, Çita və Ulan-Udedə də təsir göstərəcək.//News24.az

Read More
Dünya 

Ermənistanda məhbus özünü asıb

İrəvanın “Nubaraşen” həbsxanasında məhbus özünü asıb. “Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i ölkənin Ədliyyə Nazirliyinin Cinayət-icra xidmətinin mətbuat mərkəzinə istinadən məlumat yayıb. Məlumata görə, hadisə ötən gün səhər baş verib, intihar edən məhbusun 52 yaşı olub. Hadisə yerinə gələn tibbi personal onun ölümünü təsdiqləyib. Faktla bağlı cinayət işi açılıb.

Read More
Dünya 

Papa Fransiskin həyatı- Təmizlikçi, mühafizəçi kimi işləyib…

Papa Fransisk- əsl adı  Xorxe Mario Berqolyo, 17 dekabr 1936-cı ildə Buenos Ayresdə, İtalyan köçkün ailəsində dünyaya gəlib. Gəncliyində təmizlikçi və mühafizəçi kimi işləyib, daha sonra kimya üzrə təhsil alaraq laboratoriyada çalışıb. 1958-ci ildə İsa Cəmiyyətinə (yezuitslər) qoşulub və 1969-cu ildə katolik keşişi kimi təyin olunub. 1998-ci ildə Buenos Ayres arxiyepiskopu, 2001-ci ildə isə kardinal təyin edilib. 2013-cü ilin martında Papa XVI Benediktin istefasından sonra keçirilən konklavda seçilərək 266-cı papa oldu. O, ilk Cənubi Amerikalı, ilk yezuit və VIII əsrdən bəri Avropa xaricindən seçilən ilk papa idi. Papa Fransisk Katolik…

Read More
Dünya 

Roma Papası ÖLDÜ

Vatikanın yaydığı rəsmi məlumata görə, Katolik Kilsəsinin başçısı, Roma yepiskopu Papa Fransisk 88 yaşında vəfat edib. ARANTV.AZ  “Sky News”a istinadla xəbər verir ki, 2013-cü ildə əvvəlki Papa XVI Benediktin istefasından sonra Papa seçilən Fransisk, son illərdə səhhəti ilə bağlı bir neçə dəfə xəstəxanaya yerləşdirilmişdi. Onun pontifikliyi dövründə sağlamlıq vəziyyəti ilə bağlı narahatlıqlar tez-tez gündəmə gəlirdi. Qeyd edək ki, bu ilin 14 fevralında Papa Fransisk bronxit müalicəsi üçün xəstəxanaya yerləşdirilmişdi.

Read More
Dünya 

Dubay şokoladı püstə qıtlığına səbəb oldu

“TikTok”da Dubay şokoladı trendi dünyada püstə qıtlığına səbəb olub. Bu barədə Oxu.Az “Financial Times” nəşrinə istinadla yazır. Bu şirniyyat 2024-cü ildə bloqerlərin icmalları sayəsində məşhurluq qazanıb. Nəticədə, püstəyə olan yüksək tələbat dünya bazarında qiymət artımına gətirib çıxarıb. Belə ki, bir il ərzində püstənin qiyməti bir funt (təxminən 450 qram) üçün 7.65 dollardan 10.30 dollara yüksəlib.

Read More
Dünya 

Putin Qələbəyə görə HƏRƏKƏTƏ KEÇDİ – 1 milyon ayırdı…

Rusiya prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə Cənubi Osetiyanın hər kəndinə və hər məktəbinə öz ehtiyat fondundan 1 milyon rubl ayırıb. Musavat.com-un xəbərinə görə, bu barədə jurnalistlərə Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko məlumat verib. Kiriyenko aprelin 19-da işgüzar səfərlə Cənubi Osetiyaya gedib. Bu gün isə orada belə bir açıqlama verib: “Bu gün müqəddəs Pasxa bayramıdır, amma qarşıda başqa bir mühüm bayram – Böyük Qələbənin 80 illiyi gəlir. Bu münasibətlə Rusiya prezidenti daha bir vacib qərar qəbul edib. O, öz ehtiyat fondundan Cənubi Osetiya…

Read More
Dünya 

Qardaş ölkədən SON DƏQİQƏ xəbəri – Böyük PANİKA YAŞANDI

Egey dənizində 4,1 bal gücündə zəlzələ baş verib. Musavat.com-un xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, 7 kilometr dərinlikdə meydana gələn təkanlar İzmir, Muğla və Aydın kimi əyalətlərdə böyük təşvişə səbəb olub. Xatırladaq ki, 6 fevral 2023-cü il tarixli Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Türkiyədə tez-tez zəlzələlər qeydə alınır.

Read More