Türkiyəyə qış geri qayıtdı – Qar, fırtına…
Bahar fəslinin təsirini göstərdiyi bir vaxtda Türkiyənin müxtəlif bölgələrində, o cümlədən İstanbulda gözlənilməz soyuq hava dalğası müşahidə olunur. Meteoroloqlar 7-13 aprel tarixləri arasında hava temperaturunun kəskin düşəcəyini bildirib. İstanbulda qarla qarışıq yağış və fırtına gözlənilir, Edirnədə isə artıq qar yağıb. İstanbul Böyükşəhər Bələdiyyəsinin Afət Koordinasiya Mərkəzi (AKOM) bu gün səhər saat 08:00-dan etibarən Avropa Yakasında, günorta saatlarından isə Boğaz və Anadolu Yakasında güclü yağış və fırtına gözlənildiyini açıqlayıb. Temperaturun 5 dərəcənin altına enəcəyi və bəzi bölgələrdə qarla qarışıq yağış müşahidə olunacağı bildirilib. İstanbul Valiliyindən edilən açıqlamada isə Türkiyənin 7 apreldən…
Read More