Dünya 

Tramp pinqvinlərə rüsum tətbiq edəcək

ABŞ prezidenti Donald Tramp Avstraliyanın Hind okeanının cənubundakı pinqvinlərin məskəni olan kimsəsiz Herd və Makdonald adalarına gömrük rüsumları tətbiq edib. Bu adalara 10 faiz rüsum tətbiq ediləcək. Herd və Makdonald adaları pinqvinlərin, pinnipedlərin və dəniz quşlarının böyük populyasiyasına ev sahibliyi edir. Qeyd edək ki, ABŞ hökuməti idxal olunan bütün məhsullara rüsum tətbiq edəcək./Report

Read More
Dünya 

Rəsmi Moskva: Vaşinqton bu zərbələrə heç bir reaksiya vermir

İndiyədək Vaşinqtondan Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın enerji obyektlərinə endirdiyi zərbələrə heç bir reaksiya verilməyib. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, ABŞ tərəfindən indiyə qədər Ukraynanın bu davranışına heç bir reaksiya verilməyib. Amerikanın cavabından danışan Kreml sözçüsü jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyindən diplomatik kanallar vasitəsilə reaksiya olub-olmadığını dəqiqləşdirməyi tövsiyə edib. /APA

Read More
Dünya 

Rusiyada güclü ZƏLZƏLƏ oldu

Rusiyada 4,1 bal gücündə zəlzələ baş verib. Bu barədə “112” “Telegram” kanalı məlumat yayıb. Məlumata görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə, Vanino kəndi (Xabarovsk diyarı) ilə Uqleqorsk şəhəri (Saxalin vilayəti) arasındakı akvatoriyada yerləşib. Dağıntı və itki barədə məlumat yoxdur./Sfera.az

Read More
Dünya 

Gürcüstan Prezidenti “Xarici agentlər haqqında” qanunu imzaladı

Gürcüstan Prezidenti Mixail Kavelaşvili ABŞ-nin FARA qanununa bənzər “Xarici agentlər haqqında” qanunu imzalayıb. Qanun Gürcüstanın Qanunvericilik Bülletenin rəsmi portalında dərc olunub. Daha əvvəl parlament bu qanunu üçüncü və yekun oxunuşda qəbul etmişdi. Qeyd olunur ki, qanun dərc edildiyi gündən sonrakı 60-cı gündə qüvvəyə minir. Qeyd edək ki, fevralın əvvəlində hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası xarici agentlərlə bağlı ABŞ-nin FARA (Foreign Agents Registration Act) xarici agentlərin qeydiyyatına bənzər qanun qəbul edəcəyini bəyan etmişdi. Partiya liderlərinin bəyanatlarına görə, onlar yeni qanunun əsas məqsədi ölkədə inqilabi prosesləri dəstəkləmək olan qeyri-hökumət təşkilatlarının…

Read More
Dünya 

Dünya susuz qalacaq: sürətlə tükənir

Yeni bir tədqiqatın narahatedici nəticələri göstərir ki, planetdə quruda saxlanılan “əhəmiyyətli” miqdarda su ehtiyatları artıq tükənib. Söhbət torpaq, göllər və çaylar kimi mənbələrdən gedir. Melburn Universitetinin hidroloq professoru Dongryeol Ryu və onun həmkarı Ki-Weon Seo kompüter modellərinin gözlənilməz nəticə göstərdiyinə təəccübləniblər: Yer üzündəki su ehtiyatlarının – o cümlədən torpaq, çay və göllərdəki suyun – əksəriyyəti artıq tükənmiş vəziyyətdədir. Alimlər əvvəlcə bunun “modeldəki səhv” olduğunu düşünsələr də, bunun araşdırılması 1 il çəkdi və heç bir səhv aşkar olunmadı. Yeni araşdırmada alimlər təsdiqləyiblər ki, qlobal istiləşmə torpaq, göllər, çaylar, qar və digər…

Read More
Dünya 

Putinin 9 Mayda “əsas qonağı” məlum oldu – Dünya yeni ittifaqdan narahat olmalıdır?

“Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Çinin xarici işlər naziri Van Yini qəbulunda iki ölkə arasındakı strateji tərəfdaşlığın artmasından məmnunluqla danışıb. Putinin sözlərinə görə, Çin lideri Si Cinpin Moskvada Böyük Vətən müharibəsinin tamamlanmasının 80 illiyi ilə bağlı tədribdə onun əsas qonağı olacaq”. Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edir ki, “əsas qonaq” ifadəsi o deməkdir ki, Si Cinpin protokol görüşlərdə və paradda Vladimir Putinin yanında dayanacaq: “Van Yi Moskvaya səfəri zamanı əvvəlcə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Bundan sonra Van Yi Vladimir Putinlə təkbətək görüş keçirib.…

Read More
Dünya 

Yaz təmizliyi baha başa gəldi – 3 milyonu çölə atdı…

Bahar təmizliyi edərkən 3 milyonu zibil yeşiyinə atan qadın sosial mediada viral olub. İngiltərədə yaşayan ibtidai sinif müəllimi Elli Hart evində yaz təmizliyi etmək qərarına gəlib. Evi təmizləyərkən qarmaqarışıq kabelləri və ərinin bəzi əşyalarını götürən qadın həyatının şokunu yaşayıb. Elli evdə nə olduğunu bilmədən ərinə məxsus 3 milyon funt-sterlinq pulu təsadüfən çölə atıb. Cütlüyün zibil torbalarını axtararaq kriptonu tapmaq cəhdləri uğursuz alınıb. Elli bunu həyatının ən böyük səhvi kimi səciyyələndirib./Yenisabah.az

Read More
Dünya 

Rusiya miqrantlar üçün qanunu sərtləşdirmək istəyir

Rusiya Dövlət Dumasına miqrantların saxta nikahları ilə mübarizə haqqında qanun layihəsi təqdim edilib. Müvafiq layihə Dövlət Dumasına təqdim edilib. İzahedici qeyddən göründüyü kimi, qanun pozuntusunu törədən şəxsin Rusiyadan inzibati qaydada qovulması barədə qərar qəbul edilərkən təkcə nikah faktı deyil, həm də nikahın bütün dövrü ərzində ər-arvadın daimi birgə yaşaması və birgə ev təsərrüfatının aparılması sübutları nəzərə alınacaq. Eyni zamanda, hökumət qanun layihəsi ilə bağlı rəyində onun ciddi şəkildə yenidən işlənməsinə ehtiyacı olduğuna diqqət çəkib. Xüsusilə, nikah boyu birgə yaşama faktının müəyyən edilməsi mexanizmində pandemiya, hərbi münaqişələr və ya növbəli iş…

Read More
Dünya 

Alimlərdən meymunçiçəyi xəstəliyi ilə bağlı XƏBƏRDARLIQ – Qlobal təhlükə yaradacaq

Surrey Universitetinin tədqiqatçıları bildiriblər ki, Mpox virusu (meymunçiçəyi) müalicə olunmazsa, qlobal sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Əvvəllər əsasən heyvanlardan insanlara keçən virus indi insandan insana davamlı ötürülmə nümayiş etdirir. Bu barədə məlumat “Nature Medicine” jurnalında dərc olunub. Bildirilib ki, meymunçiçəyi, çiçək xəstəliyini ehtiva edən viruslar ailəsinə aiddir. İnfeksiya yüksək hərarət, şişkin limfa düyünləri və ağrılı səpgi ilə müşayiət olunur və bəzi hallarda ciddi fəsadlara səbəb ola bilər. Mpox əvvəllər ilk növbədə Mərkəzi Afrikada tapılsa da, 2022-ci ildən bu virus bütün dünyaya yayıldı və Sahara-altı Afrikada yeni epidemiyalara səbəb oldu.…

Read More
Dünya 

Putin: Si Cinpinin mayda Rusiyaya səfər proqramı zəngin olacaq

Çin Xalq Respublikasının Sədri Si Cinpinin mayda Rusiyaya səfər proqramı zəngin olacaq. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada Çinin xarici işlər naziri Van İ ilə danışıqlar zamanı bildirib. Öz növbəsində, Van İ qeyd edib ki, Putinin Çinə qarşıdan gələn səfəri iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verəcək. Çinin xarici işlər nazirinin Moskvaya səfəri martın 31-də başlayıb və aprelin 2-dək davam edəcəyi gözlənilir.

Read More