Dünya 

Bu şəxslərin xarici sürücülük vəsiqələri etibarsız olacaq – QƏRAR

2025-ci il aprelin 1-dən Rusiya vətəndaşlığı, yaşayış və ya müvəqqəti yaşamaq icazəsi aldığı tarixdən bir il keçmiş vətəndaşların xarici sürücülük vəsiqələri ölkə ərazisində etibarsız sayılacaq. Rusiyada sürücü etibarsız vəsiqə ilə avtomobil idarə edərsə, onu 15 min rubla qədər cərimə gözləyir və vəsiqəsi bərpa olunana qədər sürücülük hüququndan məhrum edilir.**“Report”

Read More
Dünya 

Ermənistanda yerli özünüidarəetmə orqanlarına seçkilərdə pozuntular aşkarlanıb

Ermənistanda yerli özünüidarəetmə orqanlarına seçkilərdə iki qanun pozuntusu qeydə alınıb. “Report” “News.am”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinə məlumat daxil olub. Hər iki pozuntu ilə bağlı araşdırma aparılır. Nəticələrlə bağlı məlumat veriləcək. Xatırladaq ki, bu gün Ermənistanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.

Read More
Dünya 

Ərdoğan: Regiondakı sosial gərginlikləri Türkiyəyə gətirmək istəyənlərə imkan verməyəcəyik

Rəsmi Ankara regiondakı sosial gərginlikləri Türkiyəyə gətirmək istəyənlərə fürsət verməyəcək. “Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında dini azlıq nümayəndələri ilə iftarda deyib. “Fərqlilikləri münaqişə və qütbləşmə mənbəyi kimi yox, bəşəri zənginlik kimi görən ənənəmizə sığınmalıyıq. Hansı inanca, etnik qruplaşmaya mənsub olmasından asılı olmayaraq, 85 milyonun hər bir fərdinin özünü digərləri ilə bərabər hiss etməsi üçün mübarizə aparmışıq”, – o bildirib.

Read More
Dünya 

45 yaşına çatmamış şəxslər gənc hesab olunacaq – YENİ QƏRAR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gənclik yaşını 45 yaşa qaldırıb. Rəsmi təsnifata görə, gənclər 45 yaşına çatmamış şəxslər hesab olunur. Orta yaş həddi 60, qocalar isə 75 yaşa qədər davam edir, bundan sonra qocalıq dövrü başlayır. Əvvəllər bu əhali qruplarının yaşı bir il cavan idi: müvafiq olaraq 44, 59 və 74 yaş. Əgər insan 90 yaşını qeyd edibsə, o, artıq uzunömürlü sayılır./ucnoqta.az

Read More
Dünya 

Hava limanında eniş zamanı yük təyyarəsinin şassisi yandı

Rusiyanın Mineralnıye Vodı hava limanında eniş zamanı An-124 yük təyyarəsinin şassisi yanıb. Bu haqda “112” “Telegram” kanalında hadisənin videogörüntüləri yayılıb. Kanalda həmçinin qeyd olunub ki, hadisə zamanı baş vermiş yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Təyyarənin 8 nəfərlik heyəti xəsarət almayıb. Hadisənin baş vermə şəraiti ilə bağlı araşdırma aparılır./APA

Read More
Dünya 

Macarıstanın XİN başçısı Moskvaya GEDİR

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bu gün Moskvada sülhün təmin edilməsi və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcək. O, bu barədə sosial şəbəkə hesabında yazıb. “Bugünkü danışıqlarımız sülh, təhlükəsizlik, enerji təchizatı və iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı mövzuları əhatə edəcək”, – nazir yazıb. Onun sözlərinə görə, “ABŞ-Rusiya sülh danışıqları ötən gün yeni səviyyəyə çatıb və dünya yenidən daha təhlükəsiz olub”. P.Siyarto xatırladıb ki, üç il ərzində Macarıstan əlaqə kanallarının açıq saxlanılmasının vacibliyini vurğulayıb.//Report

Read More
Dünya 

Hər kəs məhkəmə önündə hesab verəcək – Ərdoğandan SƏRT ÇIXIŞ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında müxalifətə yönəlik sərt mesajlarını davam etdirib. Musavat.com-un xəbərinə görə, o bildirib: “Türkiyədə zəlzələ kimi bir fəlakətdən istifadə edərək hökuməti devirməyə çalışanları əsla unutmadıq. Həm millətimiz, həm də dövlətimiz lazımi anlarda hesab sormaq üçün yaddaşında saxlayıb. Onların hesabı hüquq və məhkəmə önündə, legitim əsaslarla sorulacaq. Qardaşlığımıza edilən hücumlar cəzasız qalmayacaq. Türkiyə iqtisadiyyatına yönəlik sabotaj çağırışlarının da hesabı sorulacaq”.

Read More
Dünya 

Hakan Fidanla Marko Rubio Bakı ilə İrəvan arasındakı sülhü müzakirə ediblər

ABŞ-də səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla bu ölkənin Dövlət katibi Marko Rubio arasında görüş keçirilib. Telekanalın əldə etdiyi məlumata görə, nazirlər Suriya administrasiyası ilə əlaqənin vacibliyini vurğulayıb, bu ölkədə sabitliyin təmin edilməsi və terrorla mübarizədə qətiyyəti ifadə ediblər. Digər tərəfdən Qəzzada daimi atəşkəsin yaradılmasının vacibliyi və bu məsələnin regional sülh üçün zəruri olduğu vurğulanıb. Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmaq səyləri ilə yanaşı, Azərbaycanla Ermənistan arasında sülh prosesi də müzakirə olunub. Vurğulanıb ki, Ankara Vaşinqtonun Ukrayna münaqişəsi ilə bağlı səylərini dəstəkləyir. Həmçinin, Bosniya və Herseqovinanın sabitliyinin…

Read More