Dünya 

Ruslar azərbaycanlı iş adamının obyektini darmadağın etdilər – VİDEO

Dünən axşam saatlarında Rusiya ordusunun Odessaya etdiyi dron hücumlarından sonra Kiyevski rayonunda yanğınlar baş verib. Bu barədə Musavat.com-a Odessada yaşayan jurnalist-diaspor fəalı Anar Natiqoğlu məlumat verib. O bildirib ki, bombardman nəticəsində həmyerlimiz, iş adamı Şamil Quliyevə məxsus “Qulivar” ticarət mərkəzi tamamilə yanaraq sıradan çıxıb, mərkəzə ciddi şəkildə maddi ziyan dəyib. “Lakin yanğının Şamil Quliyevin rəhbəri olduğu “Dopomoqa” xeyriyyə fondunun binasına çatmasına imkan verilməyib. Ticarət mərkəzi darmadağın olsa da, xeyriyyə fondunun binası zərər görməyib”, – Anar Natiqoğlu əlavə edib.  

Read More
Dünya 

İstanbul Böyük Bələdiyyəsində korrupsiya hallarına görə 83 nəfər saxlanılıb, 10 nəfərin axtarışı davam edir

İstanbul Böyük Bələdiyyəsində (İBB) korrupsiya halları ilə bağlı başlanılan cinayət işi çərçivəsində 100 nəfər cinayət məsuliyyətinə cəlb edilsə də, indiyə qədər 83 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. “Report”un “Haber Global”a istinadən xəbərinə görə, korrupsiya istintaqı çərçivəsində İBB sədri Əkrəm İmamoğlu da daxil olmaqla 83 şübhəlinin saxlanıldığı, 10 şübhəlinin axtarışa verildiyi, 7 nəfərin isə xaricdə olduğu müəyyən edilib. Digər tərəfdən, İstanbul Respublika Prokurorluğunun terror təşkilatı PKK/KCK-ya yardım etdiyinə görə başlatdığı istintaqda İmamoğlu da daxil olmaqla 7 şübhəlidən 4-nün saxlandığı, 3 şübhəlinin isə axtarışda olduğu bildirilib. Araşdırmalar zamanı bələdiyyədən 60-dan çox…

Read More
Dünya 

Novruzda İranın simvolunda erməni bayrağı

Novruz ərəfəsində Tehranın əsas simvollarından biri olan Azadi qülləsi bir sıra ölkələrin, o cümlədən Ermənistanın bayrağı ilə işıqlandırılıb. Bu barədə Ermənistanın İrandakı səfirliyinin sosial şəbəkədəki rəsmi səhifəsində məlumat yayılıb. “Qüllənin divarlarında bu yaz bayramının ümumbəşəri əhəmiyyətini və erməni və İran xalqları arasında çoxəsrlik dostluğu vurğulayan erməni dilində təbrik mesajı da var”, – məlumatda deyilir. Qeyd edək ki, Novruz bayramında erməni bayrağının Azadi qülləsində əks olunması sosial şəbəkələrdə təəccüblə qarşılanıb. Çünki Novruzun ermənilərə heç bir aidiyyəti yoxdur və bu bayramı da keçirmirlər./axar.az

Read More
Dünya 

Türkiyə Krımın ilhaqını tanımır və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir

Türkiyə Xarici İşlər Nazirliyi, Rusiyanın Krımı qeyri-qanuni referendumla ilhaq etməsinin 11-ci ildönümündə bu addımı tanımadığını və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb. Musavat.com-un məlumatına görə, açıqlamada qeyd edilib: “Krımın Rusiya tərəfindən ilhaq edilməsi beynəlxalq hüququn pozulmasıdır və biz Krımda baş verən faktiki vəziyyəti tanımırıq. Türkiyə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”. Türkiyə Xarici İşlər Nazirliyi, həmçinin Krımda vəziyyətin inkişafını yaxından izləyəcəklərini və xüsusilə Krım tatarlarının vəziyyətinə diqqət yetirəcəklərini vurğulayıb. Bu məsələni beynəlxalq ictimaiyyətin gündəmində saxlamağa davam edəcəkləri qeyd edilib.

Read More
Dünya 

Venesuela ABŞ-nin miqrasiya siyasətini rədd edib

Venesuela hökuməti ABŞ-nin miqrasiya siyasətini və miqrantları Amerikadan qovmaq üçün 1798-ci ildə tətbiq olunan “Xarici düşmən Qanunu”nun tətbiqini qəti şəkildə rədd edir. “Report” xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil Pintonun teleqram kanalında yerləşdirilmiş hökumət kommünikesində bildirilib. “Bolivar Respublikası Amerika Birləşmiş Ştatları hökumətinin Venesuela miqrasiyasını rüsvayçı və haqsız olaraq cinayət kimi müəyyən edən və bəşər tarixinin ən qaranlıq epizodlarını xatırladan elanını qətiyyətlə və kəskin şəkildə rədd edir”, – kommünikedə deyilir. Bəyanatda vurğulanır ki, bu qanun təkcə anaxronizm deyil, həm də Amerika Birləşmiş Ştatlarının mövcud qanunlarını, beynəlxalq…

Read More
Dünya 

BMT ABŞ-nin Yəmənə zərbələrindən narahatdır

BMT ABŞ-nin Yəmənin “Ənsar Allah (Husilər) hərəkatının nəzarətində olan ərazilərinə zərbələr endirməsindən narahatdır və bütün tərəfləri hərbi fəaliyyəti dayandırmağa çağırır. “Report” xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin jurnalistlərə yaydığı bəyanatda deyilir. “ABŞ-nin Yəmənin husilərin nəzarətində olan bölgələrinə çoxsaylı zərbələr endirdiyini və bunun ölənlər və yaralananlarla nəticələnməsini narahatlıqla qeydə alırıq. Biz həmçinin husilərin Qırmızı dənizdə gəmiçiliyə hücumları davam etdirməsi ilə bağlı təhdidlərdən də narahatıq”, – bəyanatda bildirilir. Beynəlxalq təşkilatdan həmçinin qeyd olunub ki, hər hansı növbəti gərginlik regional gərginliyi daha da gücləndirə, Yəmən və (Yaxın…

Read More
Dünya 

Çin Ukrayna ilə mühüm saziş imzaladı

Çin Ukrayna ilə kənd təsərrüfatı təchizatı və su ehtiyatları sahəsində əməkdaşlıq haqqında iki müqavilə imzalayıb. Bu barədə Çinin “Sohu” nəşri məlumat yayıb. Vurğulanıb ki, Çinin hərəkətləri Rusiyaya qarşı deyil və yalnız iqtisadi mənfəətlə diktə olunur. Belə ki, sazişlər Pekinin ABŞ-la ticarət gərginliyinin kəskinləşməsi fonunda ərzaq idxalını diversifikasiya etmək istəyi ilə bağlıdır: “Çin qeyri-sabit tərəfdaşlıqlardan asılılığını azaltmaq üçün təchizat kanallarını genişləndirir”,- deyə mənbə izah edib./report

Read More
Dünya 

Qırğızıstan XİN: Bakı və İrəvan arasında sülh sazişi tarixi hadisə ola bilər

Qırğızıstan Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin sülh sazişinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayır. “Report” xəbər verir ki, bu barədə Qırğızıstan XİN-in məlumatında deyilir. “Qırğız Respublikası Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayır”, – məlumatda bildirilib. Qeyd olunub ki, Qırğızıstan tərəfi Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə tarixi hadisə ola biləcək sülh sazişinin bağlanması üçün tərəflərin səylərinə dəstəyini ifadə edir.…

Read More
Dünya 

Peter Siyarto: Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanması istiqamətində inkişafı məmnuniyyətlə qarşılayırıq

Azərbaycan və Ermənistan arasındakı münaqişəyə son qoya biləcək sülh sazişinin hazırlanması istiqamətində inkişafı məmnuniyyətlə qarşılayırıq və ümid edirik ki, razılaşma gerçək bir sülh müqaviləsi ilə nəticələnəcək. “Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto sosial şəbəkədəki səhifəsində yazıb. “Ukraynada davam edən müharibədən başqa, təəssüf ki, dünyada hələ də kifayət qədər münaqişə var. Lakin onlardan biri hazırda görünən odur ki, həll olunmağa doğru gedir. Azərbaycan və Ermənistan arasındakı münaqişəyə son qoya biləcək sülh sazişinin mətninə bu gün azərbaycanlı həmkarım və dostum Ceyhun Bayramovdan aldığım…

Read More
Dünya 

Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir

Türkiyənin Suriya, Ukrayna, Qafqaz və Qəzza ilə bağlı gözlədiyi nəticələr çox önəmlidir. Bunların hamısında müxtəlif dərəcədə Türkiyənin rolu olduğunu deyə bilərik. “Report” xəbər verir ki, bunları Türkiyənin xarici işlər naziri Hakan Fidan “TV1000” telekanalına müsahibəsində deyib. O bildirib ki, rəsmi Ankaranın öz bölgəsi ilə bağlı siyasi baxışı var: “Biz regionda münaqişələrin bitməsini istəyirik”.

Read More