Türkiyə Krımın ilhaqını tanımır və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir
Türkiyə Xarici İşlər Nazirliyi, Rusiyanın Krımı qeyri-qanuni referendumla ilhaq etməsinin 11-ci ildönümündə bu addımı tanımadığını və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb.
Musavat.com-un məlumatına görə, açıqlamada qeyd edilib: “Krımın Rusiya tərəfindən ilhaq edilməsi beynəlxalq hüququn pozulmasıdır və biz Krımda baş verən faktiki vəziyyəti tanımırıq. Türkiyə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”.
Türkiyə Xarici İşlər Nazirliyi, həmçinin Krımda vəziyyətin inkişafını yaxından izləyəcəklərini və xüsusilə Krım tatarlarının vəziyyətinə diqqət yetirəcəklərini vurğulayıb. Bu məsələni beynəlxalq ictimaiyyətin gündəmində saxlamağa davam edəcəkləri qeyd edilib.