Ermənistan-Türkiyə sərhədi bu tarixdə açılacaq
Ermənistanla Türkiyə sərhədində yerləşən “Marqara” keçid məntəqəsi martın 1-də açılacaq. “Report” xəbər verir ki, bu barədə “News.am” diplomatik mənbəyə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Ermənistan tərəfdəki keçid məntəqəsində Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri yerləşdiriləcək. Qeyd edək ki, sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlamasının mümkünlüyü ilk dəfə 2024-cü ilin iyulunda iki ölkənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında keçid məntəqəsində baş tutan görüşdən sonra elan edilmişdi. Xatırladaq ki, 2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədindən keçmək imkanlarının təmin edilməsi, habelə birbaşa…
Read More