Dünya 

KİV: Ermənistanda hakim partiya növbədənkənar seçkilərə hazırlaşır

Ermənistanın hakim “Mülki müqavilə” partiyası növbədənkənar parlament seçkilərinə hazırlaşır. “Report” xəbər verir ki, bu barədə “Iravunq” qəzeti partiya mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, baş nazir Nikol Paşinyan özü bunu bir neçə silahdaşına dolayısı ilə deyib. Paşinyan bildirib ki, onlar fövqəladə hallarda hakimiyyəti istənilən an əldə saxlamağa hazır olmalıdırlar. “O, hətta ən pis halda seçki siyahısına şəxsən rəhbərlik etməyəcəyinə, təki “öz” adamının olmasına işarə edib. Hakim partiya üzvləri bu xəbərdən şoka düşüblər və kuluarlarda narahatlıqlarını ifadə edərək liderlərinin kimi “qurban” verə biləcəyini sual ediblər”, – nəşr qeyd edir. Daha…

Read More
Dünya 

Paşinyan: İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır

Ermənistan Azərbaycanla delimitasiya olunmuş sərhəd sahələrində Aİ-nin mülki missiyasını yerləşdirməməyə hazırdır. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Vaşinqtonda Atlantik Şurasının müzakirəsi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. “Azərbaycan deyir ki, üçüncü ölkələrin qüvvələri Ermənistan – Azərbaycan sərhədində yerləşdirilməməlidir və açıq şəkildə Aİ-nin mülki missiyasına işarə edir. Biz bunu nəzərə alırıq və onları delimitasiya olunmuş sərhəd sahələrində yerləşdirməməyi təklif edirik”, – o qeyd edib. Görüş zamanı Ermənistan – Azərbaycan münasibətlərinin nizamlanması prosesi, regional kommunikasiya yollarının açılması imkanları, həmçinin ABŞ ilə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Read More
Dünya 

Suriyada Türkiyə hərbi bazaları yerləşdirilə bilər

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şəra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ölkəsində Türkiyə hərbi bazalarının yerləşdirilməsini təklif edib. “Report” xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat verib. Qeyd edək ki, əş-Şəra və Ərdoğan görüş zamanı mərkəzi Suriyada Türkiyə aviabazalarının yaradılmasını və yeni Suriya ordusunun hazırlanmasını əhatə edəcək birgə müdafiə paktını müzakirə ediblər. Mənbələrin sözlərinə görə, Türkiyə Suriya hava məkanından hərbi məqsədlər üçün istifadə edə biləcək. Suriya təhlükəsizlik xidmətinin nümayəndəsi anonim şərtlərlə bildirib ki, müzakirə olunan bazalar Türkiyəyə gələcəkdə hər hansı hücum olacağı təqdirdə Suriyanın hava məkanını qorumağa…

Read More
Dünya 

Tehranda bahalaşmaya etiraz olaraq ərzaq mağazaları bağlanıb

İranın paytaxtı Tehranda ərzağın bahalaşmasına etiraz olaraq sahibkarlar mağazaları bağlayıblar. Məlumatı “İran İnternational” yayıb. Bildirilib ki, Tehranın Mövləvi, Cənubi Xəyyam, Kiyam meydanında distribütörlər ərzaq məhsulları bazarında dolların bahalaşmasına, inflyasiyaya və vergilərin artmasına etiraz olaraq dükanları bağlayaraq etiraz aksiyası keçiriblər.\\report.az

Read More
Dünya 

Əhməd əş-Şaranın Ərdoğanla müzakirə edəcəyi məsələlər AÇIQLANDI

Suriya keçid dövrünün prezidenti Əhməd əş-Şaranın bu gün Türkiyədə Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcəyi məsələlər açıqlanıb. Ankara zirvəsində PKK-nın ləğvi, işğal altındakı neft və qaz quyularının mərkəzi administrasiyaya ötürülməsi, ABŞ qoşunlarının bölgədən çıxarılması, Türkiyənin mövcud bazalarının orduya təhvil verilməsi kimi məsələlər müzakirə mövzusu olacaq. Əş-Şaranın Ərdoğanla bir çox ikitərəfli əməkdaşlıq sazişlərinə imza atacağı gözlənilir. Suriyanın yeni lideri Ərdoğanı rəsmi olaraq Dəməşqə dəvət edəcək. Qeyd edək k, bu, Suriya dövlət başçısının 2011-ci ildən sonra Türkiyəyə ilk səfəridir.//Report

Read More
Dünya 

Alimlər potensial təhlükəni aşkar etdilər

Kvinslend Universitetinin alimləri Alabama ştatında yereşənlərdə yeni növ henipavirus aşkar ediblər. Bu barədə alimlərin “Emerging Infectious Diseases” jurnalında dərc olunan məqaləsində qeyd olunur. Virus Kemp-Hill adlandırılıb. “Alabamada tutulmuş dörd şimal qısaquyruq yereşəninin toxuma RNT analizinin nəticələri yeni henipavirusun olduğunu göstərib. Bu, Şimali Amerikada henipavirus infeksiyalarının mövcudluğunu göstərir. Bunu müəyyən etmək son dərəcə vacibdir, çünki belə virusların əvvəllər düşünüldüyündən daha geniş yayıldığı qənaətinə gəlmək olar”, – deyə elm adamları bildiriblər. Alimlər vurğulayıblar ki, virusun heyvanlardan insana keçə bilib-bilməməsini başa düşmək üçün əlavə tədqiqatlar lazımdır. Tədqiqatçılar onu Çində aşkar edilmiş Lanye virusuna…

Read More
Dünya 

Qırğızıstanın dağ-xizək kurortunda qaldırıcı kranın dayağı uçub, xəsarət alanlar var

Qırğızıstanın Karakol şəhərindəki dağ-xizək bazasında qaldırıcı kranın dayağı (xizəkçilər və snoubordçuların daşınması üçün kanat sistemi) uçub. “Report” xəbər verir ki, bu barədə Qırğızıstan KİV-i məlumat yayıb. İssık-Kul vilayət xəstəxanasından bildirilib ki, təcili yardım maşını iki uşağı xəstəxanaya çatdırıb, hazırda həkimlər müayinə aparırlar. Vilayətin Daxili İşlər İdarəsindən hadisə ilə bağlı araşdırmaya başlanıldığını təsdiqləyiblər. Dağ-xizək bazasında üç kanat yolu var, digər ikisi fəaliyyətini davam etdirir.

Read More
Dünya 

Vuçiç: Xarici xüsusi xidmət orqanları Serbiyanı dağıtmaq istəyir

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə baş verən etirazları xarici xüsusi xidmət orqanlarının Serbiyanı məhv etməyə yönəlmiş planı adlandırıb. Musavat.com-un məlumatına görə o vurğulayıb ki, problem yalnız siyasi rəqiblərin hakimiyyəti devirmək istəməsində deyil, onların məqsədi Serbiyanı daxildən dağıtmaqdır. “Son aylarda baş verənlər birbaşa xarici kəşfiyyat agentliklərinin ölkəmizi məhv etməyə cəhdidir”, – deyə Vuçiç bildirib.

Read More
Dünya 

Makron hökumətinin aqressiv siyasətinin pərdəarxası məqamları-ŞƏRH

Azərbaycan-Fransa əlaqələrinin kəskinləşməsini tamamilə Makronla əlaqələndirməmək lazımdır. Fransanın Azərbaycan-Ermənistan (keçmiş) münaqişəsindəki roluna baxsaq, eyni zamanda 20-ci əsrin əvvəlində baş verənlərə nəzər yetirsək, görərik ki, bu ölkədə erməni diasporası amili hər zaman öz sözünü deyib. Sadəcə Makron hakimiyyətə gəldikdən sonra İkinci Qarabağ müharibəsinə qədər Fransa müəyyən məsələlərdə balans saxlamağa, ATƏT-in Minsk qrupunun həmsədri kimi özünü neytral göstərməyə çalışırdı. Amma müharibədən sonra bu neytrallıq yoxa çıxdı. Bu fikirləri Musavat.com-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynov bildirib. O vurğulayıb ki, Fransa müharibədən sonra birmənalı şəkildə ermənipərəst mövqe tutdu: “Bu,…

Read More