Dünya 

Türkiyədəki faciə ilə bağlı ŞOK EDƏN DETAL – RƏSMİ

Xəbər verdiyimiz kimi, Türkiyənin Bolu şəhərində Kartalkaya xizək mərkəzində hoteldə baş verən yanğında həyatını itirənlərin sayı 66-ya yüksəlib. Soyutma işlərinin davam etdiyi yanğında 51 yaralı var, onlardan birinin vəziyyəti ağırdır. ARANTV.AZ  xəbər verir ki, ölkənin daxili işlər naziri Ali Yerlikaya yanğının bütün detallarının məhkəmə və inzibati qaydada araşdırılacağını bildirib. Türkiyə DİN başçısı yanğınla bağlı aşağıdakı məlumatları verib: – İlk xəbər saat 03.27-də alınıb, qruplar 04.15-də müdaxilə etməyə başlayıb. – AFAD, jandarma, 112 təcili tibbi yardım, UMKE, xilasetmə və digər bölmələrdən ümumilikdə 156 avtomobil və 428 personal müdaxilə edib. – Yanğın zamanı hoteldə 238…

Read More
Dünya 

Ərdoğanı təhqirə görə həbs olunan professor Ümit Özdağ kimdir? DOSYE

Musavat.com-un da xəbər verdiyi kimi, Zəfər Partiyasının qurucusu, professor Ümit Özdağ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir ittihamı ilə həbs edilib. Bu hadisə Türkiyə siyasi gündəmində böyük səs-küy yaradıb. Musavat.com Ümit Özdağ haqqında ətraflı məlumat toplayaraq, oxucularına təqdim edir. Ümit Özdağ kimdir? Zəfər Partiyasının qurucusu və sədri Ümit Özdağ 3 mart 1961-ci ildə Yaponiyanın Tokio şəhərində anadan olmuşdur. Türk siyasi elmlər professoru, siyasətçi və yazıçı olan Özdağ, 1960-cı il hərbi çevrilişindən sonra Tokioda Türkiyə hökumətinin müşaviri kimi xidmət etmiş atasının yolunu davam etdirmişdir. Onun ailəsi isə 19-cu əsrdə Dağıstandan Türkiyəyə…

Read More
Dünya 

Qocalar evində yanğın – 8 nəfər ÖLDÜ

Serbiyanın paytaxtı Belqradda yerləşən qocalar evində baş verən yanğında 8 nəfər ölüb. Bu barədə RTS telekanalı məlumat yayıb. Daha 7 nəfər isə xəsarət alıb. Gecə saat 03.30 radələrində baş verən yanğın zamanı binada 30 nəfər olub. Qocalar evinin otaqlarından birində döşəyi yandıran şəxsin yanğına səbəb olduğu versiyasına baxılır.  (APA)

Read More
Dünya 

Rusiyadan Ermənistana qarşı su davası- Cermux suyu əvəzinə, sirkə…

“Cermuk” (Qərbi Azərbaycandakı İstisu-M.) mineral suyundan zəhərlənən vladiqafqazlı iş adamı Oleq Qusevin ailəsi içki istehsalçısına qarşı 1,5 milyard rubl iddia qaldırıb. Musavat.com-un məlumatına görə, bu barədə “Kommersant” yazıb. 2024-cü ilin fevralında Vladiqafqaz sakininin “Cermuk” mineral suyunu içdikdən sonra qida borusundan yanıq aldığı bildirilir. Kişi daha sonra xəstəxanada dünyasını dəyişib. Butulkada su əvəzinə sirkə var olub. “Rospotrebnadzor” daha sonra təhlükəsizliyi yoxlamaq üçün “Cermuk”un müəyyən partiyalarının satışını dayandırıb. “Rusiyada məşhur “Cermuk” mineral suyunu istehsal edən Ermənistanın “Cermuk Group” QSC-yə, onun Rusiya Federasiyasındakı nümayəndələrinə və distribyutoruna qarşı 1,5 milyard rubl təzminat davası açılıb.…

Read More
Dünya 

KİV: Gürcüstanda “donuz qripi”ndən bir neçə nəfər ölüb

Gürcüstanda son iki həftə ərzində bir neçə nəfər “donuz qripi”ndən ölüb. “Report” xəbər verir ki, bu barədə “Rustavi-2” telekanalı məlumat yayıb. Pasiyentlər H1N1 virusunun fəsadları fonunda yanaşı xəstəliklərdən ölüblər, onların heç biri peyvənd olunmayıb. Telekanal bildirir ki, xəstələr əsasən qızdırma şikayətləri ilə xəstəxanaya müraciət edirlər. Həkimlər qeyd edirlər ki, “donuz qripi”nin antiviral müalicəsi xəstəliyin ilk 72 saatı ərzində effektivdir, buna görə də xəstələri vaxtında həkimə müraciət etməyə və özünümüalicəyə əl atmamağa çağırırlar. Həkimlər yanvarın sonunda virusun pik həddə çatacağını gözləyirlər.

Read More
Dünya 

Kanat qırıldı – 30 nəfər yaralandı

İspaniyada kanatın qırılması nəticəsində onlarla insan yaralanıb. Hadisə ölkənin Fransa ilə sərhədində Pireney dağ silsiləsində yerləşən Astun xizək kurortunda baş verib. Dövlət telekanalı hadisə nəticəsində 80-ə yaxın insanın kanatda sıxışıb qaldığını bildirib. Məlumata görə, qəza nəticəsində ən azı 30 nəfər yaralanıb. Onlardan 9-nun vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisənin səbəbi hazırda məlum deyil. İspaniyanın Baş naziri Pedro Sançes “qəza xəbərindən şoka düşdüyünü” deyib: “Yaralılara və onların ailələrinə bütün səbrimizi bildiririk”.//APA

Read More
Dünya 

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsi ilə bağlı bəyanatlar YAYDI

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar Partiyasının üzvü Stiv Kohen (Steve Cohen) və Alabama ştatını təmsil edən Respublikaçılar Partiyasının üzvü Robert Aderholt 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə bağlı bəyanatlarla çıxış ediblər. 20 Yanvar faciəsindən bəhs edən S.Kohen Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri olan Qara Yanvar hadisələrini andığını bildirib. Konqres üzvü 20 Yanvar gecəsində minlərlə sovet hərbçisinin paytaxt Bakıya tanklar və zirehli avtomobillərlə hücum etdiyini, yaşlılar, qadınlar da daxil olmaqla günahsız insanlara, dinc etirazçılara atəş açdığını, nəticədə…

Read More
Dünya 

Türkiyə XİN rəhbəri: HƏMAS-la İsrail arasındakı atəşkəs rejimindən məmnunuq

HƏMAS-la İsrail arasındakı atəşkəs rejimindən məmnunuq. “Report”un məlumatına görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-i azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib. Nazir qeyd edib ki, Türkiyə prosesin daha da inkişaf etdirilməsində maraqlıdır.

Read More
Dünya 

“Böyük Manipulyator” Azərbaycan dilində : “Onun üzündə şeytan təbəssümü var” FOTO

Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator – Emmanuel Makron və onun gizli şəbəkələri” kitabının Azərbaycan dilinə tərcümə olunmuş nəşri işıq üzü görüb.   2019-cu ildə fransız dilində  çap edilən edilən kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir. Həmçinin E. Makronun prezident seçilməsi üçün insanları necə manipulyasiya etməsi haqqında faktlara əsaslanan real hadisələr əks olunur. Qeyd edək ki, kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o,…

Read More
Dünya 

Yüngül əxlaqlı qadından qaçmaq üçün özünü 8-ci mərtəbədən atdı

Moskvadakı “Ostafyevo” yaşayış kompleksində səkkizinci mərtəbədən yıxılan bir kişi mənzildə bir seks işçisinin onu “əsir” aldığını iddia edib. Bu barədə Mash “Telegram” kanalı məlumat yayıb. Pəncərədən alt paltarı ilə yıxılan şəxs sağ qalıb, çünki o, yeddinci mərtəbədəki kondisioner blokunun üstünə düşüb. Xilasetmə qrupu onu oradan endirib, lakin kişinin qeyri-adekvat vəziyyətdə olduğu bildirilib. İlkin məlumatlara görə, kişi qadınla birlikdə narkotik maddə qəbul etdikdən sonra mənzildən qaçmaq qərarına gəlib. Onun iddiasına görə, seks işçisi onu mənzildən çıxarmaqdan imtina edib.\BAKU.WS

Read More