Rusiya Pokrovsk bölgəsində şəhər ələ keçirdi
Rusiya qoşunları dekabrın 29-da Donetsk vilayətində daha bir şəhərə nəzarəti ələ keçirib. Rusiya Müdafiə Nazirliyi bu bilgini yayıb və bildirib ki, strateji logistika qovşağı sayılan Pokrovskdan 16 km məsafədə yerləşən 6 min 300 nəfər sakini olan Novotroitskoye şəhəri tutulub. Bilgini şərh etmək istəməyən Ukrayna hərbçiləri dekabrın 29-da axşam saatlarınadək düşmənin rekord sayda – 133 hücum gerçəkləşdirdiyinə diqqət çəkib. Britaniya kəşfiyyatı hələ dekabrın 15-də Rusiya ordusunun Pokrovskun cənubuna doğru irəlilədiyini açıqlamışdı. ABŞ Savaş Araşdırmaları İnstitutu (ISW) Rusiya ordusunun Donetsk və Dnepropetrovsk vilayətləri arasındakı inzibati sərhəddən 10 km aralıda olduğunu bildirib: “Vladimir Putin…
Read More