Dünya 

Avstriya XİN Suriyadakı böhranın siyasi həllinə çağırıb

Avstriya BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi əsasında Suriyadakı böhranın siyasi həllinə çağırıb. “Report” xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilir. “Biz bütün suriyalılar üçün perspektivlər açan və milyonlarla qaçqının evlərinə qayıtmasına imkan verən, BMT Təhlükəsizlik Şurasının 2254-cü maddəsinə əsaslanan nizamlı, əhatəli və dinc keçidə çağırırıq”, – paylaşımda qeyd olunub.

Read More
Dünya 

Hakan Fidan bir neçə ölkədən olan həmkarı ilə Suriya məsələsini müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan latviyalı həmkarı Baiba Braze, Çexiya XİN rəhbəri Yan Lipavski, Pakistanın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd İshaq Dar, İspaniyanın xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Joze Manuel Albares və Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə telefon danışıqlarında Suriyadakı hadisələri müzakirə edib. “Report” bu barədə “Habertürk”ə istinadən xəbər verir. Söhbət zamanı Suriyanın ərazi bütövlüyü çərçivəsində sabitlik və sülhün bərqərar olmasının vacibliyi vurğulanıb. Telefon danışıqlarında nizamlı keçid dövrü, Suriyanın xaosa düşməməsi və terror təşkilatlarının güclənməsinin qarşısını almaq üçün koordinasiyanın qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.…

Read More
Dünya 

İsrail Ordusu Livanın cənubunda “Hizbullah”a zərbələr endirib

İsrail hərbçiləri Livanın cənubunda “Hizbullah”a qarşı yeni zərbələr endirib. “Report” xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, hücuma məruz qalan qruplaşma üzvləri atəşkəs razılaşmasını pozublar. Yeni hücumlar Livanın cənubundakı silah anbarının daxilində fəaliyyət göstərən “Hizbullah” üzvlərinə qarşı təşkil edilib. “İsrail Müdafiə Qüvvələri Livanın cənubunda mövcudluğunu saxlayır və istənilən təhlükəyə qarşı fəaliyyət göstərməyə davam edəcək”, – məlumatda bildirilir.

Read More
Dünya 

ÜST Suriyada fəaliyyətini davam etdirəcək

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Suriyada fəaliyyətini davam etdirmək niyyətindədir. “Report” xəbər verir ki, bunu qurumun Baş direktoru Tedros Adhanom Qebreyesus “X” sosial şəbəkəsində bildirib. O vurğulayıb ki, Suriyada ÜST qrupları tibbi xidmətlərin davamlılığını təmin etmək üçün işləyirlər. “Biz tibbi xidmətlərə ehtiyacı olan Suriya əhalisinə dəstək olmağa sadiqik. Donorları təcili şəkildə ÜST və onun tərəfdaşlarına dəstək olmağa çağırırıq”, – Qebreyesus qeyd edib.

Read More
Dünya 

Sərnişin təyyarəni qaçıraraq ABŞ-yə uçmağa cəhd ETDİ

Meksikanın “Volaris” aviaşirkətinə məxsus daxili reyslə uçan sərnişin təyyarəni qaçıraraq ABŞ-yə uçmağa cəhd edib. “Report” xəbər verir ki, bu barədə aviaşirkətin “X” sosial şəbəkəsində dərc olunan açıqlamasında deyilir. “Volaris” bildirir ki, bu səhər El Bajiodan Tixuanaya uçan 3041 saylı reysdə bir sərnişin təyyarəni zorla ABŞ-yə yönləndirməyə cəhd edib”, – aviaşirkət bildirib. Ekipaj müəyyən edilmiş təhlükəsizlik prosedurlarına uyğun hərəkət edib və protokola uyğun olaraq, təyyarə Qvadalaxara hava limanına yönləndirilib və burada aviaşirkət sərnişini səlahiyyətli orqanlara təhvil verib.

Read More
Dünya 

Suriyanın baş naziri Əsədin harada olduğunu bilmir

Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali hökumətin Suriya döyüşçülərinin rəhbərləri ilə danışıqlar apardığını açıqlayıb. “Report” xəbər verir ki, bunu siyasətçi “Al Arabiya”ya deyib. O bildirib ki, Əsədlə son dəfə dekabrın 7-də axşam əlaqə saxlayıb. Hökumət ölkə prezidentinin harada olduğunu bilmir. Onun sözlərinə görə, Suriya nazirlərinin əksəriyyəti Dəməşqdə qalır. Baş nazir söyləyib ki, hökumət qüvvələrinə tabe olan respublikanın müdafiə nazirliyinin fəaliyyət göstərib-göstərmədiyini bilmir. Baş nazir vurğulayıb ki, Suriya hökuməti Əsədin rəhbərlik etdiyi təhlükəsizlik xidmətləri ilə əlaqəli deyil.

Read More
Dünya 

Hakimiyyəti devrilən Bəşər Əsəd kimdir? – Maraqlı faktlar

Bu gün Suriyada müxalifət qüvvələri paytaxt Dəməşqi ələ keçirib. Bu barədə bir çox nüfuzlu Yaxın Şərq nəşrləri məlumat yayıb. Məlumata görə, Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib. O, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb.Bildirilir ki, Suriya Prezidenti Bəşər Əsəd ölkədəki son hadisələr fonunda paytaxt Dəməşqi tərk edib. Onun təyyarəsi naməlum istiqamətə uçub. Bununla da 13 ildir davam edən qanlı vətəndaş müharibəsi ilə hakimiyyətini saxlamağa çalışan Bəşər Əsədin hakimiyyəti sona çatdı. Bəs görəsən, Suriyanın əli qanlı prezidenti Bəşər Əsəd…

Read More
Dünya 

İranda İsraillə əməkdaşlıqda təqsirli bilinən siyasi məhbusa ölüm hökmü verilib

İranda siyasi məhbus Məhəmmədəmin Məhdəvi Şayeste İsraillə əməkdaşlıq etməkdə təqsirli bilinərək barəsində edam hökmü çıxarılıb. “Report” xəbər verir ki, məlumatı “ir.voanews.com” yayıb. Bildirilib ki, 26 yaşlı siyasi məhbus 2023-cü ilin payızında həbs edilib. Məlumata görə, o, Tehrandakı Evin həbsxanasında istintaq zamanı İslam respublikasının təhlükəsizlik qurumları tərəfindən işgəncəyə və təzyiqlərə məruz qalıb. İnformasiyaya əsasən, o, bir sıra məsələlər üzrə, o cümlədən “islam müqəddəslərini təhqir etməkdə”, başlıcası, “sülh və təhlükəsizliyə qarşı İsraillə əməkdaşlıqda” ittiham olunub.

Read More
Dünya 

İndoneziya sahilində güclü zəlzələ olub

İndoneziya sahilində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb. “Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Episentri təxminən 282 min nəfərin yaşadığı Palu şəhərindən 306 km şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 40 km dərinlikdə olub. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Read More
Dünya 

Cənubi Koreya Prezidenti üzr istədi

Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyət elan etmək qərarına görə xalqdan üzr istəyib. “Report” xəbər verir ki, o bu barədə xalqa müraciətində bildirib. “Hərəkətlərimə görə dərin üzr istəyirəm”, – o, canlı televiziya müraciətində deyib və təzim edib. Yun Sok Yol həmçinin öz hərəkətlərinə görə məsuliyyət daşıyacağını və cəza olacağı təqdirdə bundan yayınmağa çalışmayacağını vəd edib: “Mən hərbi vəziyyətin elan edilməsi ilə bağlı hərəkətlərimə görə siyasi və hüquqi məsuliyyətdən yayınmağa çalışmayacağam”. O həmçinin yenidən hərbi vəziyyət elan etməyəcəyini vurğulayıb. Belə ki, son günlər Cənubi Koreyanın siyasi dairələrində və…

Read More