Dünya 

Polşanın xarici işlər naziri: Ukraynanın Avropa İttifaqına daxil olması çətin olacaq

Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar kənd təsərrüfatı və nəqliyyat sənayesində rəqabət səbəbindən mövcud iqtisadi ziddiyyətlər səbəbindən çətin olacaq. “Report” xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyan edib. Onun sözlərinə görə, rəsmi Varşava bu danışıqlar zamanı Kiyevlə münasibətlərdə sırf ikitərəfli problemləri həll etmək fikrində deyil: Nazir bildirib ki, Varşava danışıqlar prosesini mümkün qədər sürətləndirmək üçün 2025-ci ilin birinci yarısında Aİ Şurasında Polşa sədrliyindən qurumun metodologiyası imkan verdiyi qədər istifadə edəcək. Polşa 2025-ci il yanvarın 1-dən iyunun 30-dək Aİ Şurasına rəhbərlik edəcək.

Read More
Dünya 

Ermənistanın dünyada internetin sürəti reytinqində mövqeyi geriləyib

Ermənistan dünyada mobil internetin orta sürəti (32,77 Mbit/s) reytinqində 79 ölkə arasında 111-ci yeri tutub. Məlumata görə, ölkənin siyahıdakı mövqeyi 1 sıra geriləyib. Ümumi internet üzrə siyahıda birinci yerdə Birləşmiş Ərəb Əmirlikləri (428,53 Mbit/s sürətlə) qərarlaşıb. Ermənistan (56,20 Mbit/s sürətlə) 94 ölkə arasında 158-ci yeri tutaraq 2 pillə geriləyib. Qeyd edək ki, siyahıya Sinqapur başçılıq edir (316.99 Mbps).//Report

Read More
Dünya 

Ermənistanın müdafiə naziri niyə sərhəddə foto çəkdirib paylaşdı: İrəvan müharibəyə hazırlaşır – FOTOLAR

Ermənistan müdafiə naziri Suren Papikyanın noyabrın 25-də sərhəd bölgəsinə səfəri və ön cəbhədə həyata keçirilən genişmiqyaslı işlərlə tanış olması, Ermənistanın sülh çağırışları ilə ziddiyyət təşkil edir. Musavat.com xəbər verir ki, nazir, sərhəd bölgəsində çəkilmiş fotolar vasitəsilə Ermənistanın hərbi hazırlıqlarını nümayiş etdirib və bu addım birbaşa subliminal mesaj kimi qiymətləndirilə bilər. Ermənistanın “sülh” çağırışları ilə ziddiyyət Nikol Paşinyan hökumətinin son aylarda sülh danışıqlarını irəlilətmək üçün göstərdiyi səylər bəyanatlar səviyyəsində qalsa da, Ermənistanın praktiki addımları bu çağırışlarla ziddiyyət təşkil edir. Ermənistanın Hindistan və Fransadan hücum xarakterli silahlar alması, eyni zamanda sərhəd bölgəsində…

Read More
Dünya 

İran və Azərbaycan niyə təlim üçün Aslandüzü seçdi?-212 il əvvələ baxış…

212 il əvvəl baş verən Aslandüz döyüşü Azərbaycan torpaqlarının bölünməsi ilə nəticələndi Azərbaycan və İran silahlı qüvvələrinin növbəti birgə hərbi təlimlərinə start verilib. Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, İranın Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə “Araz – 2024” birgə taktiki təlimi keçirilir. Xəbərdə qeyd olunub ki, 4 gün davam edəcək təlimdən əvvəl hər iki ölkənin nümayəndə heyətlərinin yüksək səviyyəli üzvlərinin iştirak etdiyi komanda-qərargah iclasında təlimin mərhələləri və epizodlarının icra olunması üzrə ardıcıllıq…

Read More
Dünya 

Ermənistan KTMT-nin Astana sammitində iştirak etməyəcək

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 28-də Astanada keçiriləcək sammitində iştirak etməyəcək. “Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev bildirib. “Erməni həmkarlar bu tədbirdə şəxsən iştirak etməkdən imtina ediblər. Bununla belə, onlar təsdiq edilməsi nəzərdə tutulan bütün sənədlərin məhdud formatda qəbul edilməsinə etiraz etmirlər”, – o qeyd edib. Noyabrın 28-də Astanada əvvəlcə Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şuralarının Katibləri Komitəsinin birgə iclası, daha sonra isə KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçiriləcək. İştirakçı ölkələr regional və beynəlxalq təhlükəsizlik məsələlərini…

Read More
Dünya 

Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər – ARAŞDIRMA

Ermənistan şirkətləri Rusiyanın qızıl ticarəti üzrə Qərb embarqosundan yan keçməsinə kömək edir. “Report” xəbər verir ki, “The Insider” və “Hetq” nəşrləri geniş jurnalist araşdırması nəticəsində bu qənaətə gəliblər. Qeyd olunur ki, bu şirkətlərin arxasında ölkənin nüfuzlu siyasətçiləri və iş adamları dayanır. 2022-ci ildən Ermənistana milyardlarla dollar dəyərində qızıl idxal edilir, lakin qiymətli metal ölkədə qalmır – BƏƏ-yə ixrac həcmi də misli görünməmiş dərəcədədir. Eyni zamanda, BƏƏ-dən Ermənistana ehtimal ki, nağd pul və qiymətli kağızlar axını gedir. Rusiya biznesinin qızıl ticarətini Ermənistan vasitəsilə aparması sərfəlidir, çünki ölkədə qızıla ixrac rüsumu tətbiq…

Read More
Dünya 

Londonun mərkəzində bıçaqlı dava: 3 yaralı

Londonda parlament binası yaxınlığında bir kişiyə qarşı sui-qəsd cəhdindən sonra polis üç nəfəri həbs edib. Polisə Vestminster körpüsündə dava barədə məlumat daxil olub. Daha sonra orada bıçaq yarası alan bir kişi aşkar edilib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və “hazırda həyatı üçün mübarizə aparır”. Polis hadisədən sonra Vestminster körpüsünü mühasirəyə alıb. Həmçinin qeyd edilib ki, “bu hadisə terrorizm kimi qiymətləndirilmir”. “Üç nəfər qətlə cəhddə şübhəli bilinərək bir nəfər isə dava etdiyinə görə həbs edilib”, – nəşrin saytında bildirilir. Polisin məlumatına görə, həbs edilənlərdən ikisi üzdən yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.//Report

Read More
Dünya 

Kayseridə ağır qəza: 17 yaralı

Türkiyənin Kayseri şəhərində avtobus və mikroavtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 17 nəfər yaralanıb. Bildirilib ki, şəhərlərarası sərnişin avtobusu xidməti mikroavtobusla toqquşub. Hadisə yerinə məlumat əsasında polis, yanğınsöndürənlər və təcili yardım göndərilib. Qəzada yaralanan 17 nəfər şəhər mərkəzindəki müxtəlif xəstəxanalara yerləşdirilib. Qeyd olunub ki, avtobus Mərsindən Trabzon istiqamətində hərəkət edirdi.//Report

Read More
Dünya 

Saratovda insanlara atəş açıldı – Ölən var

Rusiyanın Saratov vilayətinin Marks şəhərində yol münaqişəsi zamanı atəş açılıb. Bu barədə “Shot” teleqram kanalı məlumat yayıb. “Sokolovski və Kutuzov “Oka” avtomobili ilə Qələbə Parkı yaxınlığında Rubik Akopyanın qara cipini ötməyə çalışıblar. “Land Cruiser”in sürücüsü minik avtomobilini haqlayıb və dava ilə nəticələnən münaqişə yaranıb. Kişi tapançadan Kutuzov və Sokolovskiyə bir neçə dəfə atəş açıb, sonra “Land Cruiser”ini yaxınlıqda qoyaraq qaçıb”, – məlumatda deyilir. KİV-in məlumatına görə, yaralılardan biri hadisə yerində ölüb, digəri xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, hücum edən Rubik Akopyan hadisə yerindən qaçıb.//Report

Read More
Dünya 

Fransa diplomatı Ermənistanda qəzaya düşdü – FOTO

Noyabrın 24-də Araqatsotn vilayətində (Ermənistanın qərbində yerləşir – red.) avtomobil qəzası baş verib. Səhər saat 10:50 radələrində İrəvan-Vanadzor avtomobil yolunun Hartavan kəndinin inzibati ərazisində “Volksvagen Tiquan”, “Leksus” və “Qazel” markalı yük avtomobilləri toqquşub. Bu barədə erməni mediası yazıb. Məlumata görə, qəza nəticəsində 1 nəfər xəsarət alıb və “Aparan” tibb məntəqəsinə yerləşdirilib. Bildirilib ki, “Volksvagen Tiquan” Fransanın Ermənistandakı səfirliyinin balansında qeydiyyatdadır və xəstəxanaya yerləşdirilən də səfirliyin əməkdaşıdır.(Axar.az)

Read More