Dünya 

Bukingem sarayı BAĞLANACAQ

Böyük Britaniya monarxlarının Londonda rəsmi iqamətgahları olan Bukingem sarayında təmirlə əlaqədar qonaqların qəbulu bu ilin dekabrından 2027-ci ilə qədər dayandırılır. Bu barədə “The Times” qəzeti məlumat yayıb. Bukingem sarayında dəyəri 462 milyon dollara çatacaq təmir işləri aparılacaq. Təmir dövründə dövlət tədbirləri Vindsor qalasında keçiriləcək. Üstəlik, təmirdən sonra Böyük Britaniya kralı III Çarlz saraya köçməyəcək, Londondakı iqamətgahı olan “Klarens Haus”-da yaşamağa davam edəcək.//APA

Read More
Dünya 

Onların HƏBSİ Kılıçdaroğlunu özündən çıxardı – Qəyyumları tarixə göməcəyik!

Keçmiş CHP başqanı Kemal Kılıçdaroğlu Tunceli və Ovacık bələdiyyələrinə qəyyum təyin edilməsinə sosial media hesabından sərt reaksiya göstərib. Musavat.com-un xəbərinə görə, Kılıçdaroğlu paylaşımında qeyd edib: “Dünən də, bu gün də, sabah da xalqın iradəsini ələ keçirən qəyyumlardan yanayıq! Tək adam rejimi səbəbdir, qəyyumlar isə nəticədir! Əvvəlki qəyyumlar kimi, bu gün də Tunceli və Ovacık bələdiyyələrinə təyin edilən qəyyumları tarixə göməcəyik! Sıraları sıxlaşdıraq, dostlar! Mübarizə apararaq həm tək adam rejimindən, həm də qəyyumlardan xilas olacağıq”. Məlumata görə, dünən Tunceli 1-ci Ağır Cinayətlər Məhkəməsi “PKK/KCK silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə…

Read More
Dünya 

XƏBƏRDARLIQLAR öz işini gördü: insanlar yolda qaldı – VİDEO

Ankara-İstanbul yolunda qarın çox yağması səbəbindən hərəkət iflic olub. ARANTV.AZ  Türkiyə mətbuatına istinadla xəbər verir ki, Meteorologiya Baş İdarəsinin ardıcıl xəbərdarlıqlarından sonra ölkə üzrə soyuq hava və güclü qar yağışı öz təsirini göstərib. Qar yağışı səbəbindən yollar buz bağlayıb. Ankara-İstanbul yolunda baş verən qəzalar səbəbindən hərəkət dayanma nöqtəsinə çatıb. İstanbul istiqamətində gedən vətəndaşlar Bolu Tunelinə 10 km qalmış hərəkətin dayanması səbəbindən bir müddət yolda gözləmək məcburiyyətində qalıblar. Həmin görüntüləri təqdim edirik:

Read More
Dünya 

Gürcüstan DİN müxalifət tərəfdarlarını gözlənilən etiraz aksiyasında qanuna riayət etməyə çağırıb

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) müxalifət tərəfdarlarını gözlənilən etiraz aksiyasında qanuna riayət etməyə çağırıb. “Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi bəyanat yayıb. DİN strateji və ya xüsusilə vacib obyektlərin bloklanmasının qanunla qadağan edildiyini xatırladıb. “Planlaşdırılan mitinqin iştirakçıları və təşkilatçıları qanunla müəyyən edilmiş yığıncaq çərçivələrindən kənara çıxmasınlar və qeyri-qanuni hərəkətlərdən çəkinməlidirlər. Əks halda, polis bütün lazımi qanuni tədbirləri alacaq”, – bəyanatda bildirilir. Qeyd edək ki, parlament seçkilərinin nəticələrini tanımayan müxalifət bu gün Tbilisidəki Respublika meydanında toplaşacaq, orada gecələyərək noyabrın 25-də səhər hakim partiyanın ilk iclasının…

Read More
Dünya 

Hakan Fidan iddialara son qoydu

“HƏMAS Siyasi Bürosunun Türkiyəyə köçməsi xəbəri tamamilə yanlış və uydurmadır”. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS Siyasi Bürosunun Qətərdən Türkiyəyə köçməsi ilə bağlı iddialara aydınlıq gətirib. “Biz artıq bu şayiələri təkzib etmişik, HƏMAS Siyasi Bürosu Türkiyəyə köçməyib. Qətərlilər də dediyiniz şayiələri təkzib etdilər. Ona görə də belə bir şeydən söhbət gedə bilməz”, – deyə Türkiyə XİN rəhbəri bütün iddiaları yalanlayıb. Xatırladaq ki, daha əvvəl “The Times of Israel” qəzeti adı açıqlanmayan ərəb diplomata istinadən HƏMAS-ın yüksəkvəzifəli nümayəndələrinin ötən həftə Qətərdən Türkiyəyə getdiyini yazıb. Rəsmi Ankara HƏMAS-ın Siyasi Bürosunun…

Read More
Dünya 

Nikol Paşinyan yeni kadrının adını çəkdi

“Mən Ermənistan İstintaq Komitəsinin sədri vəzifəsinə Artur Poqosyanın namizədliyini irəli sürməyə hazırlaşıram”. Musavat.com-un xəbərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 22-də Ermənistanın İctimai Televiziyasına müsahibəsində belə deyib. Qeyd edək ki, bir müddət əvvəl Argişti Kyaramyan Ermənistan İstintaq Komitəsinin sədri vəzifəsindən azad edilib. A.Poqosyanım adı vaxtaşırı korrupsiya əməllərində hallanıb.

Read More
Dünya 

Bu tarixədək 300 milyon insan öləcək – Alimlər

Yeni araşdırmalar iqlim dəyişikliyinin insan həyatı üçün ciddi təhdid olduğunu bir daha ortaya qoyub. Almaniyanın Maks Plank Kimya İnstitutunun tədqiqatçıları inkişaf etmiş rəqəmsal modellərdən istifadə edərək 2100-cü ilə qədər havanın çirklənməsi və ekstremal temperatur səbəbindən 30 milyon insanın həyatını itirəcəyini proqnozlaşdırıblar. Araşdırma qrupunun rəhbəri Dr. Andrea Pozzer bildirib ki, 2000-ci ildə həm soyuq, həm də isti havanın təsirindən hər il təxminən 1.6 milyon insan dünyasını dəyişib. Bu rəqəmin əsrin sonunda 10.8 milyona çatacağı ehtimal edilir ki, bu da yeddi dəfə artım deməkdir. Havanın çirklənməsi ilə bağlı isə illik ölüm halları…

Read More
Dünya 

Rusiyadan nüvə xəbərdarlığı: Eksperimental Kedr raketi istifadədə

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəhbəri Kirill Budanov Rusiyanın Dnepr şəhərinə məhdud sayda eksperimental raketlərdən birini atdığını bildirib. “Raketin elmi adı “Oreşnik”dir, lakin əslində, bu sistem “Kedr” adlanır və nüvə silahı daşımaq üçün nəzərdə tutulub. Onların bu raketi qeyri-nüvə variantında istifadə etməsi, demək olar ki, ağıllarını tam itirdiklərinə bir xəbərdarlıqdır”, – deyə Budanov qeyd edib. Musavat.com-un məlumatına görə o əlavə edib ki, Rusiyada bu raketlərdən yalnız iki təcrübə nümunəsi mövcuddur və bu addım Moskvanın müharibədəki gərginliyi yeni səviyyəyə çıxarmaq niyyətində olduğunu göstərir.

Read More
Dünya 

Hakan Fidandan Azərbaycan və Ermənistana sülh çağırışı

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Azərbaycan və Ermənistanı Cənubi Qafqazda sülh prosesi üçün bu tarixi fürsəti qaçırmamağa çağırıb. Musavat.com-un məlumatına görə, Fidan parlamentdəki çıxışında Cənubi Qafqazda sülhün hər zamankindən daha yaxın olduğunu bildirib. O, həmçinin, Azərbaycanın və Ermənistanın bu fürsətdən faydalanaraq sülhü təmin etmələrinin vacibliyini vurğulayıb. Fidan, “Azərbaycanla ikitərəfli münasibətlərimizi ən yüksək səviyyədə qoruyuruq və bir çox beynəlxalq məsələdə əməkdaşlıq edirik. Ermənistanın sülh və sabitlik tərəfdarı olan seçimlərini alqışlayırıq və hər iki tərəfi bu tarixi fürsəti əldən verməməyə çağırırıq”, – deyə əlavə edib. Nazir, oktyabr ayında İstanbulda keçirilən “3+3” platformasında…

Read More
Dünya 

Rusiyanın Aİ-dəki nümayəndəsi Brüsseli tərk edəcək

Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsini icra edən Kirill Loqvinov Brüsseli tərk edəcəyini açıqlayıb. Bu barədə “Report” “TASS”a istinadən xəbər verir. “Altı il yarımdan sonra planlaşdırılmış rotasiya çərçivəsində mən Brüsseldəki işimi tamamlayıram. 2024-cü il hadisələri təsdiqləyib ki, Vaşinqtonun və onun sattelitlərinin beynəlxalq məsələlərdə bölünməz hökmranlığı dövrü başa çatır. Qərb ölkələrinin monopoliyasında qurulan mahiyyətcə birqütblü və neokolonial dünya keçmişə çevrilir. Siz və mən dünyanı yaxşılığa doğru dəyişmək, onu bərabər və ədalətli etmək üçün məsuliyyət daşıyırıq. Əmin etmək istəyirəm ki, Rusiya ayrıca bir sivilizasiya ölkəsi kimi beynəlxalq münasibətlər sisteminin yenilənməsinə həlledici töhfə…

Read More