Dünya 

Reuters: BAEA Rəhbərlər Şurası İranı tənqid edən qətnamə qəbul edib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurası İranı agentliklə əməkdaşlıq etmədiyinə görə tənqid edən Qərb qətnaməsi qəbul edib. “Report” xəbər verir ki, bu barədə Reuters diplomatlara istinadən məlumat yayıb. Qətnamə 19 lehinə, 3 ölkə əleyhinə, 12 ölkə isə bitərəf olmaqla qəbul edilib. Qeyd olunub ki, qətnamə İranı agentliklə əməkdaşlığı təkmilləşdirməyə çağırır. Sənəddə həmçinin 2025-ci ilin yazına qədər İranla bağlı ətraflı hesabat hazırlamaq üçün BAEA-ya müraciət də yer alıb.

Read More
Dünya 

ABŞ “SWIFT”in Rusiya analoqundan istifadəyə görə sanksiyalar tətbiq edəcək

ABŞ Xəzinədarlığı SWIFT-in Rusiya analoqu olan Rusiya Mərkəzi Bankının maliyyə mesajlarının ötürülməsi sistemlərindən (SPFS) istifadə ediləcəyi təqdirdə sanksiya riskləri barədə xəbərdarlıq edib. “Report” xəbər verir ki, müvafiq bəyanat ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilib. Qeyd olunub ki, xarici maliyyə institutları SPFS-ə qoşulmuş qurumlarla münasibətlərində ehtiyatlı olmalıdırlar, çünki belə banklar Rusiya sanksiyalarından yan keçmək üçün kanal ola bilər. ABŞ-ın belə addımlar atan maliyyə qurumlarına daha aqressiv təsir göstərməyə hazır olduğu vurğulanıb.

Read More
Dünya 

ABŞ husilərin hədəflərinə dənizdən raket zərbəsi endirib

ABŞ silahlı qüvvələri qiyamçı husi hərəkatı “Ənsar Allah”ın nəzarəti altında olan Yəmənin əl-Hodeydə əyalətinə dənizdən raket zərbəsi endirib. APA xəbər verir ki, bu barədə “əl-Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb. Telekanalın yaydığı məlumata görə Qırmızı dənizdə yerləşən ABŞ hərbi gəmiləri ən azı dörd raket atıb. Onların hədəfi husilərin əyalətin paytaxtından təxminən 90 kilometr cənubda yerləşən əl-Mətina bölgəsindəki obyektləri olub.

Read More
Dünya 

Vaşinqton nüvə doktrinasına dəyişiklik etmək niyyətində deyil

“Vaşinqton Rusiyanın nüvə doktrinasını yeniləməsi ilə bağlı cavab tədbirləri görməyi planlaşdırmır”. “Report”un məlumatına görə, bu barədə Ağ Evin nümayəndəsi Karine Jan-Pyer brifinqdə bildirib. O, həmçinin xatırladıb ki, Birləşmiş Ştatlar Rusiyanın nüvə doktrinasını dəyişmək qərarına təəccüblənməyib: “Rusiya həftələrdir ki, doktrinasını yeniləmək planlarının əlamətlərini göstərir”. Xatırladaq ki, noyabrın 19-da Rusiya Prezidenti Vladimir Putin ölkənin nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib.

Read More
Dünya 

Times: Ukrayna münaqişə başlayandan bəri ən zəif vəziyyətdədir

Britaniyanın “The Times” qəzeti Rusiyanın Donbass və Novorossiyada əhəmiyyətli irəliləyiş əldə etdiyinə işarə edir ki, bu da Ukraynanı münaqişənin başlanğıcından bəri ən zəif vəziyyətinə salır. “Report”un məlumatına görə, məqalədə deyilir ki, Böyük Britaniyanın Rusiyanın dərinliklərinə uzaq mənzilli “Storm Shadow” raketləri ilə zərbələr endirməsini təsdiqləməsi Qərbin Rusiya qoşunlarının irəliləyişini dayandırmaq cəhdindən xəbər verir. Birləşmiş Krallığının Təhlükəsizlik və Müdafiə Araşdırmaları İnstitutunun əməkdaşı Metyu Savil nəşrə deyib ki, bu raketlər münaqişənin gedişatını dəyişə bilməyəcək, çünki Ukraynada “Storm Shadow”lar azdır. Onun fikrincə, Ukrayna yalnız qışın mülayim keçməsinə və yolların palçıqlı olmasına ümidli olmalıdır: “Bunun…

Read More
Dünya 

Alimlər gənclikdə spirtli içki içməyin zərərlərini açıqlayıb

Gənclikdə həddindən artıq spirt istehlakı siçanların beyinlərində yaşlanma ilə müşahidə olunanlara bənzər dəyişikliklərə səbəb olub. BAKU.WS xəbər verir ki, bu barədə “Neurobiology of Aging” məlumat yayıb. Tədqiqat zamanı siçanlara dörd gündən bir spirtli içki qəbul etmək imkanı verilib. Alkoqol istehlakının bu tezliyi, asılılıqdan əziyyət çəkən insanlar üçün xarakterikdir, onlar üçün həftə sonları içmək həftə ərzində fasilələrlə əvəz olunur. Gəmiricilər bir ay ərzində spirtə məruz qalıblar. Siçanlar 8-12 həftəlik idi, insanlarda bu, təxminən 20 yaşa uyğundur. Bundan sonra siçanlara 9-12 aylıq olana qədər içki verilmədi ki, bu da insanlarda 30-40 yaşa…

Read More
Dünya 

Bu ədviyyatlar həm arıqladır, həm də… – SİYAHI

Diyetoloqlar maddələr mübadiləsini sürətləndirən ən yaxşı ədviyyatların adlarını açıqlayıblar. BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, bu ədviyyatlar arıqlamağa kömək edəcək. Maddələr mübadiləsinin sürəti bir neçə faktordan asılıdır, məsələn, yaş, cins, aktivlik səviyyəsi, yanaşı xəstəliklər və s. Gündəlik olaraq daha çox kalori yandırmaq üçün yeməklərə əlavə edilməli olan ədviyyatlar bunlardır: Çili bibəri. Çili bibərində əsas maddə olan kapsaisin iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir. Tədqiqatlar göstərir ki, kapsaisin enerji sərfiyyatını və yağ yandırılmasını artıra bilər. Darçın. Darçında maddələr mübadiləsinə təsir edən əsas birləşmə aldehiddir. Tədqiqatlar göstərir ki, darçın aldehidi kalori…

Read More
Dünya 

Ermənistanda Hindistan vətəndaşının meyiti aşkarlanıb

Ermənistanın paytaxtı İrəvanda ticarət mərkəzinin yaxınlığında Hindistan vətəndaşının meyiti aşkarlanıb. Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, polisə onun meyitinin aşkarlanması barədə məlumat yerli vaxtla saat 22:30 radələrində daxil olub. Polis, patrul və müstəntiqlər mərhumun şəxsiyyətini müəyyənləşdiriblər. Bu, 42 yaşlı Varinde F.-dir. Hadisə ilə bağlı cinayət işi başlanıb. Məhkəmə tibbi ekspertizası təyin edilib. Qeyd edək ki, bu, İrəvanda ötən gün ərzində aşkarlanan ikinci meyitdir. Daha əvvəl “Qələbə” körpüsünün yaxınlığında 46 yaşlı kişinin meyiti aşkarlanıb. Onun intihar edib-etmədiyi müəyyənləşdirilir.

Read More
Dünya 

Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı

Böyük Britaniyanın İrana yeni sanksiyaları ilə bağlı krallığın Tehrandakı müvəqqəti işlər vəkili İslam Respublikasının Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Məlumatı İRNA yayıb. Məlumata görə, Böyük Britaniya İran şirkətlərinə sanksiya tətbiq edib. Bildirilib ki, nazirlik Britaniya hökumətinin bu addımını “qanunsuz və əsassız” adlandırıb. İran XİN-in Qərbi Avropa üzrə baş direktorun köməkçisi Abbas Naderi məhdudiyyətləri dəniz ticarəti və gəmilərin sərbəst hərəkəti prinsipinin, beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. Köməkçi İranın Rusiyaya Ukraynada atmaq üçün ballistik raket göndərməsini də təkzib edib. Sanksiyalar Böyük Britaniya hökuməti tərəfindən noyabrın 18-də İslam Respublikası Aviasiya Şirkətinin (“Iran Air”)…

Read More
Dünya 

Rusiyanın səhm bazarı 2 milyard dollar çöküb

Kreml və Qərb arasında kəskin eskalasiya və Ukraynanın ABŞ-nin uzaqmənzilli raketləri ilə Rusiya ərazisinə ilk zərbələri Moskva Birjasında səhmlərin, dövlət istiqrazlarının və rubl məzənnəsinin sərt şəkildə düşməsinə səbəb olub. “Report” xəbər verir ki, bu barədə “The Moscow Times” yazıb. Çərşənbə axşamı keçirilmiş hərrac sessiyasının nəticələrinə əsasən, Rusiyanın ən iri 50 şirkətinin səhmlərini əhatə edən Moskva Birjası indeksi 3,32 % enərək 2630,5 bəndə düşüb. Bu çöküş son iki ilin ən böyüyü olub ki, bu indeks kapitalizasiyasının 179 milyard rubl azalması deməkdir. Səhmlərin dollar dəyərini izləyən RTS indeksi isə kapitalizasiyada təxminən 2…

Read More