Dünya 

ABŞ rəsmisi: “Bərpa olunan enerjiyə keçiddə əsas çətinlik ötürücü sistemləri inkişaf etdirməkdir”

Bərpa olunan enerji mənbələrinə keçid prosesində əsas çətinlik ötürücü sistemlərin inkişaf etdirilməsidir. “Report” xəbər verir ki, bunu ABŞ Dövlət Katibinin Enerji Resursları üzrə köməkçisi Geofrey Pyatt bildirib. Onun sözlərinə görə, küləkli və günəşli bölgələrdən enerjinin daşınması üçün böyük sərmayələr tələb olunur, bu isə çox vaxt diqqətdən kənarda qalır. “ABŞ-nin təmiz enerji sektoruna yatırdığı sərmayələr, o cümlədən İnflyasiya Azaldılması Aktı çərçivəsində və ikitərəfli infrastruktur qanunları ilə həyata keçirilən layihələr, gələcəkdə dayanıqlı və təhlükəsiz enerji sistemlərinin qurulmasında mühüm rol oynayacaq”, – deyə qonaq qeyd edib. Bununla yanaşı, G.Pyatt Cənub Qaz Dəhlizini misal…

Read More
Dünya 

Bəhreyn rəsmisi: “Dünyada karbon emissiyalarının idarə edilməsi zəruridir”

Dünyada karbon emissiyalarının idarə edilməsi zəruridir. “Report” xəbər verir ki, bunu Bəhreynin ərtaf mühit və neft naziri Məhəmməd Bin Mubarak Bindaina COP29 çərçivəsində təşkil olunmuş tədbirdə bildirib. Onun sözlərinə görə, həm cari karbon ehtiyatı, həm də onun gələcək emissiyaları ilə məşğul olmaq lazımdır. “Bu sahədə mövcud problemlər karbonun idarə edilməsinin baha olması, bu qiymətin azaldılması üçün vahid tənzimləyici çərçivə və maliyyələşdirmə mexanizminin olmaması, potensialın yaradılması və çatdırılma üçün institusional potensialın olmaması daxildir. Karbon idarəçiliyini sürətləndirmək üçün bizə maliyyələşdirmə strukturu və çərçivəsi lazımdır. Bu, karbon idarəetmə layihələrini dəstəkləmək üçün vacibdir”, –…

Read More
Dünya 

Zimbabvenin Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib

Noyabrın 15-də Zimbabve Respublikasının Milli Assambleyasının sədri Jakob Mudenda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib. “Report” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatları Mahir Süleymanlı, Şahin İsmayılov və digər rəsmi şəxslər qarşılayıblar. Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçiriləcək. Görüşdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 167 parlament üzvünün iştirakı gözlənilir.

Read More
Dünya 

Ermənistan “TIR”ları Rusiyaya buraxılmadı

MOBİL VERSİYA Ermənistan “TIR”ları Rusiyaya buraxılmadı   137  15.11.2024 13:47 A  A  Yuxarı Lars keçid məntəqəsindən keçmək üçün gözləyən avtomobillərin üçdə biri Ermənistandandır. Bu barədə Şimali Osetiya Trafik Təşkilat Mərkəzinin məlumatlarında qeyd olunub Ümumilikdə, növbədə 1832 yük maşını qeydiyyatdadır, onlardan 580-i Ermənistana aiddir. Elektron məlumatlara görə, “yaşıl zona”dan (sərhədin özü) gediş-gəliş bağlıdır, lakin bu barədə nə Gürcüstan, nə də Rusiya tərəfdən rəsmi məlumat yoxdur. Statistikaya görə, hər gün Yuxarı Larsdan təxminən 150 Ermənistan yük maşını keçir. Xatırladaq ki, Gürcüstan Hərbi Yolu Ermənistanı Rusiya ilə (Gürcüstan üzərindən) birləşdirən yeganə fəaliyyət göstərən quru yoludur./Milli.Az /

Read More
Dünya 

Litva hökuməti istefa verdi

Litva parlamentinin yenidən seçilməsi ilə əlaqədar İnqrida Simonytenin rəhbərlik etdiyi respublika hökuməti istefa verib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Nazirlər Kabineti Litva Prezidenti Gitanas Nauseda qarşısında istefa verib. Respublikanın Əsas Qanununa əsasən, Seymin yeni çağırışının başlanmasından sonra hökumət istefaya gedir və parlament üzvləri yeni nazirlər kabinetini formalaşdıracaq baş naziri seçməlidirlər. Parlamentarilərin yeni baş naziri seçmək üçün 15 gün vaxtı var. Qeyd olunur ki, Nauseda eks-nazirlərə yeni kabinet formalaşana qədər vəzifələrini icra etməyə davam etməyi tapşırıb.

Read More
Dünya 

Ahıska türklərinin deportasiyasının ildönümünə həsr olunmuş konfrans keçirilib

Gürcüstanın paytaxtı Tiflisdə Ahıska türklərinin deportasiyasının 80-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilib. “Report”un yerli bürosu xəbər verir ki, Dünya Ahıska Türkləri Birliyinin (DATüB) təşkil etdiyi tədbirdə Azərbaycan, Rusiya, Türkiyə və digər ölkələrdən gəlmiş nümayəndələr iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ahıska türklərinin sürgünlük həyatının acı dövrünü əks etdirən fotolardan ibarət sərgiyə baxıblar. Sonra Ahıska türklərinin deportasiyasından bəhs edən “Ahıska sürgünü” sənədli film nümayiş etdirilib. DATüB-in Gürcüstan təmsilçisi Murat Binaliyev çıxış edərək Ahıska türklərinin deportasiyasının səbəbləri barədə məlumat verib. Bildirilib ki, 1944-cü il noyabrın 14-də keçmiş SSRİ-nin tərkibində olan Gürcüstan SSR-in…

Read More
Dünya 

Ali Radanın deputatı dövlətə xəyanətdə ittiham edilib

Ali Radanın deputatı Yevgeni Şevçenkoya dövlətə xəyanət şübhəsi barədə bildiriş təqdim edilib. “Report” xəbər verir ki, bu barədə Ukraynanın Dövlət İstintaq Bürosunun teleqram kanalında bildirilib. Bildirilib ki, parlamentari ölkənin müdafiə qabiliyyətinə və informasiya təhlükəsizliyinə ziyan vurub. “Deputat Ukraynanın müdafiə qabiliyyətinə və informasiya təhlükəsizliyinə ziyan vurmağa Rusiyanın tam miqyaslı müdaxiləsindən əvvəl başlayıb. Belə ki, 2021-ci ildə o, Belarus ərazisindən Rusiyanın tam miqyaslı müdaxilə təhlükəsinin olmaması barədə yanlış məlumatlar yayıb”, – bildirilib. Bundan əvvəl deputat ona qarşı açılan işi “Zelenskinin qisası” adlandırmışdı.

Read More
Dünya 

Narin Güranın qətli ilə bağlı şok kamera görüntüləri üzə çıxdı

Narin Güran qətlində yeni kamera görüntüləri ortaya çıxdı. Narinin qətlini kim və niyə törədib? BAKU.WS xəbər verir ki, Diyarbəkirdə itkin düşdükdən 19 gün sonra cəsədi tapılan Narinin qətlində son vəziyyət məlum olub. Noyabrın 7-də Narin Güranın qətli ilə bağlı ilk məhkəmə iclasından sonra atası Arif Güranın tələb etdiyi və iclasda nümayiş etdirilən kamera görüntüləri üzə çıxıb. Xatırladaq ki, Türkiyədə öldürülən 8 yaşlı Narin Güranın ölmıədən 1 saat öncəki görüntüləri ortaya çıxıb. Narin Güran öldürülməzdən 1 saat əvvəl çəkilmiş təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb. Əldə edilən görüntülərin birində isə Nevzat Bəxtiyarın…

Read More
Dünya 

Aİ Rusiyaya qarşı növbəti sanksiya paketi qəbul etməyi planlaşdırır

Rusiyaya qarşı Avropa İttifaqının ticarət məhdudiyyətləri və kənd təsərrüfatı məhsullarına rüsumları əhatə edəcək növbəti sanksiya paketinin 2025-ci ildə qəbul edilməsi gözlənilir. “Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. “Aİ həmçinin gələn ilin əvvəlində – 24 fevral simvolik tarixinədək qəbul etməyi ümid etdiyi daha böyük sanksiya paketi üzərində işləyir”, – məlumatda qeyd olunub. Bildirilib ki, bu paketə ticarətə dair əlavə məhdudiyyətlər, həmçinin Rusiya kənd təsərrüfatı məhsullarına rüsumlar daxil ola bilər.

Read More
Dünya 

Minlərlə işçi İXTİSAR edilir

“Siemens” rəhbərliyi, yaxşı fəaliyyət nəticələrinə baxmayaraq, dünya üzrə beş minə qədər iş yerinin ixtisarını elan edib. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu, konsernin baş direktoru Roland Buşun bəyanatından irəli gəlir. Onun sözlərinə görə, bu əsasən istehsalın avtomatlaşdırılması seqmentinə aid olacaq. “Bəzən hadisələr gözlədiyimiz qədər müsbət olmadığı üçün bəzi dəyişikliklər etməli oluruq”, – Buş bildirib. Şirkətin saytında dərc edilmiş dördüncü rüb və bütün 2024-cü maliyyə ili (30 sentyabrda başa çatıb) üzrə fəaliyyət nəticələrinə görə, alman konserninin gəliri 20,62 milyard avrodan 20,81 milyard avroya qədər artıb ki, bu da gözlənilən…

Read More