Dünya 

İranlı ekspert: “Tehranın və İrəvanın maraqları tam üst-üstə düşür”

“İranın və Ermənistanın maraqları tam üst-üstə düşür”. “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə ermənipərəst ekspert Ehsan Mövahhedian “Armen Press”ə verdiyi müsahibədə deyib. “Bakı ilə tezliklə sülhün əldə olunması ehtimalı olmadığı, həmçinin Türkiyə və Azərbaycanın Şərq-Qərb dəhlizinin yaradılması üçün Ermənistanın ərazi bütövlüyünə hörmət edilmədiyi üçün Tehran və İrəvan Şimal-Cənub dəhlizini mümkün qədər tez başa çatdırmalıdır”, – deyə o bildirib. Ekspert Ermənistan enerji təchizatının diversifikasiyası siyasətini həyata keçirmək üçün İrana arxalana biləcəyinə qeyd edib: “Türkiyə bəzi dövlətlərin dəstəyi ilə Türk dünyası yaratmağa can atır və yeganə maneə Ermənistandır. Bəzi qonşular…

Read More
Dünya 

Aİ Rusiyaya qarşı 15-ci sanksiyalar paketini hazırlayır

Avropa İttifaqı Ukrayna münaqişəsinə görə 15-ci anti-Rusiya sanksiyalar paketini hazırlayır. Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Kiyevdə keçirdiyi mətbuat konfransında deyib. “Mən əvvəldən sanksiyalar haqqında dedim. Biz Rusiyaya qarşı 15-ci sanksiyalar paketini hazırlayırıq və sanksiyalardan yayınma ilə mübarizəni sərtləşdirməliyik”, – o bildirib.

Read More
Dünya 

İspaniyada monastıra hücum zamanı bir rahib həlak olub, üç nəfər yaralanıb

İspaniyanın Valensiya əyalətinin Gilete şəhərindəki monastıra naməlum şəxsin hücumu zamanı bir rahib ölüb, üç nəfər yaralanıb. Bu barədə “El Periódico” nəşi məlumat yayıb. Ağır kəllə-beyin travması alan 76 yaşlı kişi xəstəxanada dünyasını dəyişib. Digər yaralıların yaşı 57 ilə 95 arasında dəyişir. Hücumun səhər saatlarında baş verdiyi qeyd edilir. Cinayətkarın axtarışları davam edir.\\APA

Read More
Dünya 

Süni qida verilən körpə 10 dəqiqəyə öldü

Rusiyanın paytaxtı Moskvada iki aylıq körpə süni qida veriləndən 10 dəqiqə sonra ölüb. Hadisə paytaxtın Dmitrovski rayonunda baş verib. Ana qızını butulka ilə yedizdirərək beşiyə qoyub, sonra mətbəxə keçib. 10 dəqiqə sonra geri qayıdan o, uşağın öldüyünü görüb. Qadın təcili yardım çağırıb, lakin gələn həkimlər onun öldüyünü bildiriblər. Hazırda faktla bağlı araşdırma aparılır./Lent.az

Read More
Dünya 

Britaniya COP29 öncəsi səyləri birləşdirməyə ÇAĞIRDI

COP sədrlərinin (Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya) hökumətlərinin nümayəndələri, səfirlər, şirkət rəhbərləri, sahə ekspertləri noyabrın 11-də işinə başlayacaq COP29 iqlim konfransı ərəfəsində səyləri birləşdirmək üçün bu həftə Böyük Britaniya hökuməti tərəfindən təşkil edilmiş müzakirələrdə iştirak ediblər. Görüşə Böyük Britaniya hökumətinin nazirləri – energetika naziri Ed Milibend, inkişaf naziri Anneliz Dodds və ekologiya naziri Stiv Rid rəhbərlik ediblər. Üç dəyirmi masa bərpa olunan enerjiyə keçidin maliyyələşdirilməsinə, iqlim dəyişkənliyinə dayanıqlılığa sərmayə yatırılmasının sürətləndirilməsinə və plastik çirklənməyə son qoymaq üzrə qlobal razılaşmaya həsr olunub. “Görüşlər Böyük Britaniyanın özəl sektordan və maliyyə institutlarından…

Read More
Dünya 

Polşa Seymi kütləvi sığınacaqların tikintisinə razılıq verib

Polşa Seymi (parlamentin aşağı palatası) ölkədə kütləvi sığınacaqların tikintisini nəzərdə tutan “Mülki müdafiə haqqında” qanun layihəsini yekdilliklə qəbul edib. “Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Tomaş Siemonyak məlumat verib. Onun sözlərinə görə, əhalinin müdafiəsi və “Mülki müdafiə haqqında” qanun Seym tərəfindən yekdilliklə qəbul edilib. Seymin saytında verilən məlumata görə, layihənin lehinə 448 parlamentari səs verib, 12 deputat bitərəf qalıb. Daha sonra təşəbbüs baxılmaq üçün Senata gedəcək, həmçinin prezident Anjey Duda tərəfindən imzalanacaq. İlin əvvəlində Daxili İşlər Nazirliyi Müdafiə Nazirliyi ilə birlikdə “Mülki müdafiə haqqında” qanunun hazırlanması…

Read More
Dünya 

Ermənistan viza rejimi üçün məsləhətləşmələrə başlayır

Ermənistan Avropa Komissiyasının (AK) nümayəndələri ilə viza rejiminin liberallaşdırılması məsələsi ilə bağlı məsləhətləşmələrə başlayacaq. “Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəisi Armen Kazaryan məlumat verib. “Biz Avropa Komissiyasının müvafiq qurumlarından olan həmkarlarımızla məsləhətləşmələrə başlayacağıq, onlara lazımi məlumat bazası təqdim edəcəyik. Onun əsasında AK mütəxəssisləri Ermənistan üçün proqram hazırlayacaqlar. Lakin nəzərə almaq lazımdır ki, bu, danışıqlar planı deyil, AK-nin işləyib hazırladığı və ölkəyə təqdim etdiyi, lazımi şərtləri göstərən proqramdır ki, bunun təmin edilməsi viza liberallaşdırılmasına nail olmağa imkan verəcək”,-deyə, o bildirib. Bununla yanaşı,…

Read More
Dünya 

Rusiya sahibkarları hökumət və Mərkəz Banka qarşı qalxdılar

Çelyabinskdə keçirilən Rusiya İqtisadi Forumunda (REF) əsas müzakirə mövzusu Mərkəzi Bankın rəhbərliyinin apardığı yüksək faiz siyasətinə biznesin kütləvi etirazı olub. Musavat.com xəbər verir ki, bu barədə “Vedomosti” nəşri məlumat yayıb. Nəşr bildirir ki, forumda çıxış edən bütün sahibkarlar iqtisadi vəziyyətlə bağlı ən məyusedici proqnozlar açıqlayıblar. Tənzimləyicini təmsil edən Rusiya Bankı sədrinin müşaviri Kirill Tremasov iddialara cavab verməli olub. Ən bədbin çıxışı Çelyabinsk Döymə və Pres Zavodunun baş direktoru Andrey Qartunq edib. O, sərt pul siyasətinin əsas maşınqayırma sahələrinin iflasına gətirib çıxaracağını diqqətə çatdırıb, çünki illik 27 faiz dərəcəsi ilə kreditlərlə…

Read More
Dünya 

Rusiyada işləyənlərə PİS XƏBƏR – 20 min əcnəbi ölkədən qovulacaq

“Qanunsuz 2024” əməliyyatı çərçivəsində 20 min əcnəbi Rusiyadan çıxarılacaq. Bu barədə Lenta.ru-ya açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk deyib. Volk bildirib ki, əməliyyat çərçivəsində miqrasiya qanunvericiliyinin 106 mindən çox pozuntusu müəyyən edilib və 20 min inzibati qaydada qovulma və deportasiya haqqında qərar qəbul olunub. Bundan başqa, tədbirlər zamanı qanunsuz miqrasiyanın təşkili ilə bağlı dörd mindən çox cinayət işi başlanıb. Həmçinin digər cinayətlər, o cümlədən dövlət sərhədini qanunsuz keçmə, silahların, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 684 cinayət işi başlanıb. Rusiya Daxili İşlər Nazirliyinin rəsmi…

Read More
Dünya 

Niger Fransanın kəşfiyyat məlumatlarını ələ keçirdi

Niger çevriliş cəhdi ilə bağlı istintaq zamanı Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) məlumatlarını əldə edib. Oxu.Az xəbər verir ki, bu barədə “Jeune Afrique” jurnalı Fransanın dövlət təhlükəsizlik dairələrindəki mənbəyə istinadən məlumat yayıb. Qeyd olunur ki, həmin çevrilişdə Niamey Fransa kəşfiyyat xidmətini ittiham edir. “Problem nigeriyalıların Ofisə qarşı kampaniya başlatmasında deyil. Problem ondadır ki, (Niger) açıq-aşkar daxili DGSE məlumatlarına çıxış əldə edib və onu öz araşdırmasına daxil edib”, – jurnalın həmsöhbəti bildirib. Nəşr bildirir ki, Niger hakimiyyətinin iddia edilən agentlərlə bağlı bəyanatları ziddiyyətlidir və orada çoxlu uyğunsuzluqlar var. Jurnalın mənbələri…

Read More