Dünya 

Quterreş Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib

BMT-nin Baş katibi Antoniu Quterreş Donald Trampı ABŞ prezidentliyinə seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib. Bu barədə Quterreşin ofisi bəyanat yayıb. “BMT dünyanın üzləşdiyi ciddi çağırışlara cavab vermək üçün yeni administrasiya ilə konstruktiv işləməyə hazırdır”, – bəyanatda vurğulanıb. Qeyd edək ki, Respublikaçıların prezidentliyə namizədi Donald Tramp nümayəndələrin 277 səsini alaraq, Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti seçilib.\\report.az

Read More
Dünya 

“Taliban” ABŞ ilə münasibətlərin normallaşacağına ümid edir

Əfqanıstana nəzarət edən “Taliban” hərəkatı Donald Trampın prezidentliyi dövründə ABŞ ilə münasibətləri inkişaf etdirmək istəyini açıqlayıb. Bu barədə EFE agentliyi məlumat yayıb. “Ümid edirik ki, Əfqanıstan və ABŞ qarşılıqlı fəaliyyətə əsaslanan ikitərəfli münasibətlərin yeni səhifəsini aça biləcəklər”, – agentlik ölkənin Xarici İşlər Nazirliyinin bəyanatından çıxarış verib. Bundan əlavə, “Taliban” Tramp administrasiyasının iki ölkə arasında münasibətlərdə irəliləyişə yönəlmiş addımlar atacağına ümid etdiyini bildirib. Xatırladaq ki, daha əvvəl Respublikaçılar Partiyasının namizədi Donald Trampın tələb olunan 270 seçici səsi həddini keçərək 277 seçicinin dəstəyini qazandığı və bununla da seçkilərdə qələbə qazandığı bildirilmişdi.\\report.az  

Read More
Dünya 

Trampın qələbəsindən sonra Rusiya Makronu belə ələ saldı

Fransa lideri Emmanuel Makron ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra “məlumat mənbələrini dəyişməlidir”. Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında yazıb. Belə ki, diplomat Trampı seçilməsi münasibətilə təbrik edən Makronun son hərəkətlərinə münasibət bildirib. Bir gün əvvəl Makron öz məlumat mənbələrinə istinadən respublikaçının dövlət başçısı postunu tuta bilməyəcəyinə əminliyini ifadə etmişdi. “Fransa prezidenti məlumat mənbələrini dəyişdirməlidir”, – Zaxarova qeyd edib. Eyni zamanda o, Makronun ABŞ seçkiləri ilə bağlı məlumatı ona Ukrayna haqqında məlumat verən eyni…

Read More
Dünya 

TDT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası BAŞLADI

Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb. Məlumata görə, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, eləcə də onun Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Macarıstandan olan həmkarları iştirak edirlər. Görüş TDT sammitinə hazırlıq çərçivəsində keçirilir və “Türk dünyasının gücləndirilməsi: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik” mövzusuna həsr olunub. Qeyd edək ki, Qırğız Respublikasında Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü baş tutacaq.//Report

Read More
Dünya 

Maldiv Pakistandakı səfirini geri çağırıb

Maldiv adaları Pakistandakı səfiri Mohamed Thohanı Əfqanıstanda hakimiyyətə nəzarət edən radikal Taliban hərəkatının nümayəndəsi ilə görüşünə görə geri çağırıb. “Report” xəbər verir ki, bu barədə Maldivlərin “The Edition” internet nəşri məlumat yayıb. Ötən həftə İslamabadda Maldiv diplomatı ilə Talibanın sözçüsü Sərdar Əhməd Şakib arasında görüş baş tutub. Tezliklə sosial mediada görüşün fotoları yayılıb və bu da öz növbəsində Maldiv adalarının Əfqanıstandakı Taliban rejimini tanıyıb-tanımadığı ilə bağlı geniş müzakirələrə səbəb olub. Bununla əlaqədar olaraq, adanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, Maldiv diplomatının görüşünə rəsmi icazə verilməyib.

Read More
Dünya 

Japarov Ərdoğana at hədiyyə etdi – FOTO

Qırğızıstan Prezidenti Sadır Japarov Rəcəb Tayyib Ərdoğana at hədiyyə edib. Japarov həmçinin Ərdoğanı Qırğızıstanın ali dövlət mükafatı – birinci dərəcəli “Manas” ordeni ilə təltif edib. Qeyd edək ki, Türkiyə prezidenti Ərdoğan da Japarova avtomobil hədiyyə edib. Hər iki dövlət başçılarının verdiyi hədiyyələr rəmzi məna daşıyır./Milli.Az/

Read More
Dünya 

Qonşu ölkəyə soyuqlar gəlir – Qar, yağış…

Türkiyədə kəskin soyuq havalar hökm sürəcək. Bu barədə Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Meteorologiya Baş İdarəsinin Hava Proqnozları Mütəxəssisi Mehmet Özdemirci bildirib. M. Özdemirci bildirib ki, bu gecədən başlayaraq Türkiyə ərazisində havalar soyumağa başlayıb. Onun sözlərinə görə, şimal, mərkəzi və şərq rayonlarında havanın temperaturu 5-9 dərəcə aşağı enəcək. Özdemirci bildirib ki, mərkəzi və şimal bölgələrdə havanın temperaturu mövsüm normalarından aşağı, digər bölgələrdə isə mövsüm normaları ətrafındadır. Sabah ölkənin şimal bölgələrində və Qara dəniz bölgəsində yağışlı hava şəraitinin hökm sürəcəyini ifadə edən Özdemirci, qar yağacağını bildirib: “Sakarya, Ərdahan, Hakkari və…

Read More
Dünya 

ABŞ Milli Qvardiyası prezident seçkilərində təhlükəsizliyi təmin edəcək

ABŞ-nin Milli Qvardiyası prezident seçkiləri zamanı və sonras Vaşinqtonda, Amerikanın digər şəhərlərində təhlükəsizliyin təmin edilməsi üçün fövqəladə xidmətlərə dəstək verəcək. “Report” xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlər üçün keçirilən ənənəvi brifinqdə bildirib. Onun sözlərinə görə, ABŞ-nin müdafiə nazirii Lloyd Ostin Kolumbiya dairəsi hakimiyyətinin müvafiq tələbinə müsbət cavab verib. ABŞ Milli Qvardiyasının hərbçiləri 5-13 noyabr tarixlərində Vaşinqtonda təhlükəsizliyin təmin edilməsinə kömək edəcəklər. Eyni zamanda, Rayder bunun “böyük tədbirlərdə təhlükəsizliyin artırılmasına” yönəlmiş “standart təcrübə” olduğuna əmin edib. O, həmçinin, ABŞ-nin 6 ştatında eyni məqsədlərlə təxminən Milli Qvardiyanın 60…

Read More