Əsas səhifə 

Xalq və dövlət qarşısında misilsiz tarixi xidmət

Xalqın, millətin taleyində dahi şəxsiyyətlərin, siyasi liderlərin müstəsna rolu vardır. Məhz həmin şəxsiyyətlər xilaskarlıq missiyasını uğurla həyata keçirib, zamanın tələblərini və obyektiv inkişaf tendensiyalarını vaxtında dərk edərək milli maraqları təmin edib, müdrik ideyaları millətin strateji inkişaf konsepsiyasına çevrilərək onun dünya miqyasında özünəməxsus yer tutmasına yol açıb. Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də insanları öz ideya və baxışları ətrafında toplayıb, zəngin təcrübəsi sayəsində idarəçilikdə ciddi uğurlara imza atıb, cəmiyyətin maraq və mənafelərini müdafiə etdiyi üçün xalqın dərin etimadını qazanıb. Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar…

Read More
Əsas səhifə 

Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub. Belə ki, Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan lideri Şavkat Mirziyoyevin dəvəti ilə avqustun 22-də Daşkəndə səfəri bu birliyin, həmrəyliyin təsəssümüdür. Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir. Azərbaycanla Özbəkistan arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətləri günbəgün güclənməkdə və məzmunca daha da zənginləşməkdədir. Azərbaycanla Özbəkistan arasında ikitərəfli…

Read More
Əsas səhifə 

Demokratik inkişaf strateji kursumuzun əsasıdır

Prezident İlham Əliyev daim bu çağırışı edir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev daim bu çağırışı edir ki, demokratikləşmə prosesinin sürətləndirilməsi sadəcə bir şüar, niyyət deyil, ölkəmizin hərtərəfli inkişafının əsasıdır. Dövlətimizin başçısı bu reallığı hər zaman önə çəkir ki, dünyada elə ölkələr var ki, iqtisadi inkişafı yüksəkdir, amma demokratik inkişafdan danışmaq qeyri-mümkündür. Elə ölkələr də var ki, əksinə demokratik inkişafı…

Read More
Əsas səhifə 

Qardaş dəstəyi

Ölkəmizin hər zaman dostları çox olub, bunlardan biri də hər zaman qardaşlığını öz dəstəyi ilə isbat etmiş Özbəkistan Respublikasıdır. Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Türk dünyası dövlətləri regionunun ciddi iqtisadi və siyasi potensiala malik subyektlərdəndir. Türk dövlətlərindən biri və keçmiş sovetlər birliyinin üzvü kimi Özbəkistan bütün dövrlərdə Azərbaycana münasibətdə beynəlxalq hüququn prinsiplərini rəhbər tutmaqla prinsipial şəkildə dostluq mövqeyi sərgiləyən dövlətlərdəndir. Müstəqillik tariximizdə Ulu Öndər Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsində diplomatik…

Read More
Əsas səhifə 

Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir

Cari ilin 23 avqust tarixi Prezident İlham Əliyevin Özbəkistanda rəsmi səfəri, hər iki ölkə rəhbərinin mətbuata verdikləri bəyanatla yadda qaldı. Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. İki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək. Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Bir il əvvəl Füzulidə Mirzə Uluqbəy adına 960 şagird…

Read More
Əsas səhifə 

Azərbaycan-Özbəkistan əlaqələri uğurla inkişaf edir

Azərbaycan türk dünyasının aparıcı ölkələrindən biridir. Ancaq təkcə türk dünyasının deyil, həm də yerləşdiyi coğrafi məkanın – Cənubi Qafqazın aparıcı ölkəsidir. Ölkəmiz beynəlxalq arenada da əsas söz sahiblərindən biri olmağa çox iddialıdır. Azərbaycanın geosiyasi mövqeyi, iqtisadi qüdrəti, hərbi nailiyyətləri və digər imkanları hesabına regionda və dünyada mühüm addımlar atılır. Azərbaycan dövlətinin düşünülmüş və hərtərəfli siyasəti sayəsində ölkəmiz misligörünməyən müvəffəqiyyətlərə müvəffəq olur. Bu cəhətdən 2024-cü il avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şafkat Mirziyoyevin iştirakı ilə imzalanmış Azərbaycan – Özbəkistan sənədlərinin əhəmiyyəti olduqca böyükdür. Prezident…

Read More
Əsas səhifə 

Mehriban Əliyeva uşaqlarla BİRLİKDƏ – FOTO

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, həmçinin şəhid övladları üçün Fond tərəfindən keçirilən əyləncə və istirahət proqramında iştirak ediblər. ARANTV.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva uşaqlarla söhbət edib, onların təşkil edilən bu şənliklə bağlı fikirləri ilə maraqlanıb, şəkillər çəkdiriblər. Uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və inteqrasiya təlimli internat məktəbinin sakinləri təəssüratlarını bölüşüb, burada yeni dostlar qazandıqlarını…

Read More
Əsas səhifə 

Örnəyə çevrilən milli məram

Bəxtiyar ƏSGƏROV, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Azərbaycan dövlətinin öz tarixinin ən qüdrətli dövrünü yaşaması tək ölkəmizdə deyil, regionda və dünyada qəbul olunan həqiqətdir.  Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən 21 ildə nail oldğumuz sosial-iqtisadi yüksəlişdən başlamış, Azərbaycanın qlobal miqyasda söz sahibinə, regionun nəqliyyat qovşağına çevrilməsinə və kosmik kluba daxil olmasına qədər nail olduğumuz hər bir möhtəşəm nailiyyət bu reallığı təsdiq edən mühüm siyasi uğurlardır. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, bu qələbənin davamı olaraq ərazi bütövlüyümüzün tam bərpa olunması, tarixi yurd yerimiz…

Read More
Əsas səhifə 

Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. ARANTV.AZ  xatırladır ki, Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1990-cı illərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçib. 1990-1995-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat…

Read More
Əsas səhifə 

Mehriban Əliyeva – Azərbaycan humanizminin simvolu

Bu gün doğum gününü qeyd edən Mehriban xanımın ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. Prezident İlham Əliyevin ömür-gün yoldaşı və ən yaxın silahdaşı olan Mehriban Əliyeva ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində görülən işlərə sanballı töhfələr verir. Mehriban xanım ictimai-siyasi həyatda, dönməz xarakter alan islahatlar prosesində fəal iştirakı, milli mədəniyyətimizin dünyada tanıdılması istiqamətində…

Read More