Bakıda küləyin yaratdığı təhlükə aradan qaldırıldı – VİDEO

Bakıda külək bir sıra fəsadlar törədib. ARANTV.AZ-ın məlumatına görə, hadisə Bakı şəhərinin Nəsimi rayonu, Rəşid Behbudov küçəsində baş verib. Sözügedən ərazidə yerləşən yaşayış binasının fasadında pəncərə şüşələri asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün təhlükə törədib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar. Xilasedicilər 15 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində güclü külək nəticəsində…

Daha çox ..

Ərdoğanın dəstəyi ilk saatlardan bizi ruhlandırdı

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq. İkinci Qarabağ müharibəsi bunu bütün dünyaya bir daha göstərdi ki, Türkiyə-Azərbaycan bir yerdədirlər və əziz qardaşımın, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilk saatlardan bizi ruhlandırdı. Çünki müharibənin ilk saatlarından başlayaraq Türkiyə və onun Cümhurbaşqanı bizə mənəvi və siyasi…

Daha çox ..

Azərbaycanda qaraçılar arasında qanlı dava – ÖLƏN VAR

Yevlax rayonunda qətl törədilib. ARANTV.AZ  xəbər verir ki, rayonun Kamil Nəsibov küçəsində 1993-cü il təvəllüdlü Dəvrişov Rəşad Rəşid oğlu, tanışı, 1994-cü ildə anadan olmuş Seyidov Ceyhun Məzahir oğlunu bıçaqlayaraq öldürüb. Bildirilir ki, qaraçı xalqından olan şəxslər arasında münaqişə baş verib və R.Dəvrişov onu söyən tanışını öldürmək məqsədilə bıçaqla hücum edib. Artıq hadisəni törədən şəxs tutulub…

Daha çox ..

Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə nə vaxt başlanılacaq?

Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə nə vaxtdan başlanılacağı məlum olub. “Report”un məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar prezident seçkisinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əksini tapıb. Qeyd edilib ki, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin…

Daha çox ..

TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib – FOTO/VİDEO

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti işğaldan azad olunan Ağdam rayonuna səfər edib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar erməni millətçilərinin yerlə-yeksan etdikləri Ağdam şəhərinin xarabalıqlarına baxıb, Cümə məscidini və Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan Cavanşirin məqbərəsini ziyarət ediblər. Nümayəndə heyəti TDƏŞ-in baş katibi Bağdat Amreyev,…

Daha çox ..

Prezident DSX hərbi qulluqçularına ali rütbələr verdi – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilir: General-leytenant ali hərbi rütbəsi general-mayor Cavid Mirhəmzə oğlu Abdullayevə general-mayor Elşən Ələkbər oğlu Verdiyevə General-mayor ali hərbi rütbəsi polkovnik Babək Vahid oğlu Qurbanova polkovnik Faiq…

Daha çox ..

Ənənəvi tədrisin bərpası yoluxma sayını artıra bilər- MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ

Müsbət dinamika vətəndaşlarda arxayınlıq yaratmamalı, əksinə… Son zamanlar yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar aparılan statistika göstərir ki,  ağır xəstələrin sayı və gündəlik yoluxma hallarında ciddi azalma müşahidə edilir.  Hətta sağalananların sayı yoluxanları üstələyir, ölüm halları azalır. Nəticə etibarilə, sanitar-epidemioloji durum yaxşılaşmağa doğru dəyişir. Yoluxma sayının və ölüm hallarının azalması hər şeyin ötüb keçdiyi…

Daha çox ..

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi – SƏRƏNCAM

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı President.az məlumat yayıb. Sərəncama əsasən, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər: ağır cinayətlər məhkəmələri üzrə: Naxçıvan Muxtar Respublikasının…

Daha çox ..