Siyasət 

Siyasi partiyaların gücü üzvlərinin sayındadır, yoxsa…

Ötən həftə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu və müəllifliyi ilə TV Müsavatda yayımlanan “Dərin Təhlil” verilişində iqtidar-müxalifət arasında ciddi polemikaya şahidlik etdik. AG Partiya sədri Tural Abbaslı ilə YAP deputatı Elman Nəsirov yarızarafat-yarıciddi təmsil etdikləri partiyaları müqayisə edərkən hansı partiyanın daha çox üzvü olması ilə bağlı fikirlər səsləndiriblər. Həmin polemikadan bir hissəni təqdim edirik:

E.Nəsirov: Bu, Ağ Partiya üçün böyük başucalığıdır ki, Ağ Partiya Yeni Azərbaycan Partiyası ilə özünün fəaliyyəti və miqyası ilə bağlı müqayisə edir.

T.Abbaslı: “Allah kəssin” deyəcəm, YAP-çıların xətrinə dəyəcək.

E.Nəsirov: Amma mən sizdən xahiş edəcəm, burda partiya üzvlərinizin sayını dəqiq deyəsiz. Nə qədər üzvünüz var?

T.Abbaslı: Gəlin partiyanın qərargahına, mən sizə dəqiq rəqəmlər deyəcəm.

E.Nəsirov: Avropadan NATO-ya qədər hər şeydən danışırsız. Sayınızı deyə bilmirsiz burada açıq şəkildə?

T.Abbaslı: Sizin 800 min nəfər üzvünüz olması barədə konkret siyahınız var? Mən öz partiyamda nə olduğunu bilirəm. Gəlin, kağızlar və sübutlarla ortaya qoyum hər şeyi. Kifayət qədər var sayımız.

E.Nəsirov: YAP-ı təftiş edirsiz, suallar qoyursuz.

T.Abbaslı: Sizdən çoxuq. Könüllü üzvlüyə görə AĞ Partiya bu ölkədə birinci yerdədir”.

Maraqlıdır, bəs siyasi partiyalarda üzvlərin qəbulu hansı şəkildə aparılır? Hansı partiyaya könüllü üzvlük çoxdur? Hər ay partiyalara neçə yüz nəfər qəbul olur?

Mövzu ilə bağlı bir neçə partiyanın mövqeyini öyrənməyə çalışdıq.

AĞ Partiya sədrinin İctimaiyyətlə əlaqələr üzrə müavini Cavanşir Abbaslı “Yeni Müsavat”a dedi:

“Öncə qeyd edim ki, AĞ Partiya günü-gündən sürətlə böyüyən əsas partiyadır. Belə ki, partiyamızın  sıraları durmadan genişlənir. Hər həftənin şənbə günü partiyanın İdarə Heyətinin ənənəvi toplantısı keçirilir. Təbii ki,  toplantıda qoyulan məsələlərdən biri də həftə ərzində partiya sıralarına neçə nəfərin  üzvlük üçün müraciət etməsi ilə bağlı olur. Məsələn, deyə bilərəm ki, son olaraq ötən həftə partiya sıralarına 86 nəfər üzv qəbul olunub.

Tural Abbaslı Əli Əliyev haqqında yayılan bəyanata ETİRAZ ETDİ - “Xəbərim  yoxdur”

Cavanşir Abbaslı: “Azərbaycanda siyasi partiyalara müraciət sırasında AĞ Partiya ilk yerdə qərarlaşır”

Bundan əvvəlki həftə isə say 82 nəfər idi. Beləliklə, hər həftə partiya sıralarına 80 nəfərdən çox üzv qəbul olunur. Hətta bir neçə  ay öndə bir həftədə 539 nəfər partiyaya üzv olmuşdu. Təbii ki, temp artan və ya azalan olur.

Tam əminliklə deyə bilərəm ki, hazırda Azərbaycanda siyasi partiyalara müraciət sırasında AĞ Partiya ilk yerdə qərarlaşır”.

Bu, gerizəkalılığın göstəricisidir" - Elşad Musayev

Elşad Musayev: “Hansı partiyaya az, hansına çox adam gəlir demək söz güləşdirməkdir, partiyaların gücü seçki dönəmində üzə çıxır”

Böyük Azərbaycan Partiyasının (BAP) sədri  Elşad Musayev isə qeyd etdi ki, Azərbaycanda siyasi təşkilatların normal fəaliyyəti üçün hakim partiya olan YAP heç bir şərait yaratmır:

“YAP-ın 800 min üzvü var, Avropada isə yeddi söyüş söyən var, amma YAP onların cavabını verə bilmir. Çünki müxalifəti sıradan çıxartdılar, həmin müxalifətin də yerini söyüş müxalifəti tutub. Yəni ilk növbədə problem budur.

İndi özünü idarə edə bilməyən biri çıxıb “avtobus müxalifəti” deyir və sairə. Bu cür söz atmaq, söz güləşdirməklə ölkədə heç nəyi düzəldə bilmərik. Hər şeyə fundamental yanaşmalıyıq. Hakimiyyətlə siyasi partiyaların görüşü qarşıdurma deyil, dialoq mühitində qurulmalıdır.

Bir daha qeyd edirəm ki, siyasi institutların tərkib hissəsi olan partiyaların fəaliyyəti üçün şərait yoxdur. Yəni müxalif siyasi təşkilatlarda olan yeni gənc insanlar üzə çıxanda onlar üçün heç bir irəliləyiş perspektivi olmur. Ona görə də biz bu problemi düzəltməliyik. Yoxsa ki, hansı partiyaya az, hansına çox adam gəlir demək söz güləşdirməkdir. Partiyaların gücü seçki dönəmində üzə çıxır”.

FUAD ƏLİYEV: Dilənçi maaşı alanlar, dilənçi təqaüdünə də məhkumdurlar -  Video

Fuad Əliyev: “Deyə bilmərik ki, üzvlərinin sayına görə birinci və yaxud ikinciyik, lakin… ”

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev isə sorğumuza bu cür cavab verdi:

“Sözsüz ki, hər bir partiyanın sədri və  ya funksioneri deyə bilər ki, onların partiyasının daha çox üzvü var.

Bizə gəldikdə isə partiyamıza üzv olmaq istəyənlər partiyamızın bloqundakı ərizə blankına müraciət edirlər. Son məlumata görə, yəni yanvar ayına qədər bloqa girib partiyamıza üzv olmaq istəyənlərin sayı 50 nəfər olub. Lakin ümumilikdə siyasi partiyalara maraq azalıb. Bu da məlum məsələdir ki, müxalifətin passivliyindən irəli gəlmir. Belə ki, müxalifət funksionerlərinin daha geniş auditoriya toplamaq, fikirlərini haradasa bildirmək üçün əsas televiziyalar olan İctimai və yaxud AzTV kanallarına çıxışı bağlıdır.

Buna baxmayaraq, iş gedir, çalışırıq ki, liberal dəyərlərin təbliğat işlərini aparaq. Bu istiqamətdə də çətinliklərlə rastlaşırıq. Hazırkı vəziyyəti nəzərə alsaq, bu gün kiməsə liberal dəyərlərdən danışıb, onu tərəfimizə çəkmək çox çətindir. Çünki hazırda insanların başı daha çox sosial problemlərə qarışıb, işsizlik mövcuddur və sairə.

Deyə bilmərik ki, partiyamızın üzv sayına görə birinci və yaxud ikinciyik. Kifayət qədər üzvlərimiz də,  tərəfdaşlarımız da var, hansı ki, üzv olmasalar da partiyamızı dəstəkləyirlər”.

Rəşad Bayramov: “Rusiya “sülhməramlıları”nın Ermənistanla sərhədimizə  yerləşdirilməsi təhlükəlidir” - Ovqat.com

Rəşad Bayramov: “Ola bilər ki, üzvlərinin sayı 800 mindir, amma…”

Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının sədri Rəşad Bayramov:

“Öncə qeyd edim ki, bir tək hakim partiyadan başqa Azərbaycanda bütün siyasi partiyalarda üzvlük könüllü şəkildə aparılır.

Üzvlüyə gəldikdə isə qeyd edim ki, hazırda AMİP-in 35 mindən çox üzvü var. Üzvlərin qəbulu mütəmadi  olaraq rayon təşkilatlarında həyata keçirilir və hər ayın sonunda rayon təşkilatlarında olan üzvlük ərizələri mərkəzi aparata təqdim olunur, işlənilir və ona uyğun olaraq da müəyyən vəsiqələr hazırlanır və yaxud partiya üzvlüyündən imtina edilir. Bütün bunların hamısı nizamnamə çərçivəsində baş verir.

Əlbəttə ki, “partiyamızın üzvü daha çoxdur” fikirləri çox yanlışdır. Çünki partiyanın üzvləri bir günün içərisində 50-60 min arta bilər. Məsələn, bir günün içərisində kampaniya başladıb, qarşıya öhdəlik qoya bilərik ki, yaxınlarınızı, dostlarınızı partiyaya üzv olmaq üçün cəlb edin. Təsəvvür edin, bu zaman hər üzv özü ilə birgə 3-4 üzv gətirsə 35 min sayı 200 minə qalxa bilər. Amma bu bizə lazım deyil və buna ehtiyac da yoxdur. Partiyaya üzvlük könüllülük əsasında olmalıdır və hər seçki ərəfəsində partiya üzvlərində artım baş verir, çünki aktiv təbliğat kampaniyası aparılır, daha sonra yenidən üzvlüyə qəbulda azalma baş verir ki, bu da normal prosesdir. Ona görə də qeyd olunan məsələ ilə bağlı polemikanın açılması doğru deyil. Partiyanın gücü yalnız şəffaf, demokratik prinsiplər, dəqiq seçicilərin səsverməsi ilə ortaya çıxa bilər. Əgər Azərbaycanda şəffaf, demokratik seçkilərin olmasından söhbət getmirsə və indiyə qədər təcrübədə buna nail olmamışıqsa, “mən daha böyük partiyayam” demək düzgün deyil. Ola bilər ki, üzvlərinin sayı 800 mindir, amma ortaya çıxardıqları güc 1000 nəfərdən də az ola bilər. Söhbət sayda deyil, fəaliyyətdə, keyfiyyətdə, strukturdadır”.

Daha çox xəbərlər