Bakıda küləyin yaratdığı təhlükə aradan qaldırıldı – VİDEO
Bakıda külək bir sıra fəsadlar törədib.
ARANTV.AZ-ın məlumatına görə, hadisə Bakı şəhərinin Nəsimi rayonu, Rəşid Behbudov küçəsində baş verib.
Sözügedən ərazidə yerləşən yaşayış binasının fasadında pəncərə şüşələri asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün təhlükə törədib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar.
Xilasedicilər 15 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində güclü külək nəticəsində sınan pəncərə şüşələrini götürüb kənarlaşdıraraq təhlükəni aradan qaldırıblar.

