Bakıda ƏMƏLİYYAT: 10 kiloqrama yaxın narkotik və “Kalaşnikov” götürüldü – FOTO/VİDEO
Paytaxtın Sabunçu rayonunun Maştağa, Nardaran və Bakıxanov qəsəbələrində narkotik maddələrin qanunsuz dövriyyəsi, narkotik tərkibli bitkilərin kultivasiyası və yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılan Maştağa qəsəbəsi sakini…
