Hadisə 

Su içməyə getdi və qayıtmadı: Ukraynada azərbaycanlı itkin düşdü

Ukraynada Azərbaycan vətəndaşı itkin düşüb.

ARANTV.AZ oxu.az-a istinadən məlumatına görə, hadisə avqustun 26-da baş verib.

İtkin düşən kişinin oğlu polisə müraciət edərək bildirib ki, 12 nəfər qohumu ilə “Ford Transit” avtomobilində Prosyanoye nəzarət-keçid məntəqəsindən Ukrayna ərazisinə daxil olublar.

Svatov rayonunun Mostki kəndində atası su içməyə gedib, lakin geri qayıtmayıb.

Polis itkin düşən Azərbaycan vətəndaşının tapılması üçün əməliyyat-axtarış tədbiləri həyata keçirir.

Daha çox xəbərlər