ARANTV.AZ xəbər verir ki, əhalinin banklarda olan əmanətləri artıb. İlin əvvəlindən əhali əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 50 milyon manat təşkil edib. Əmanətlərin 62,3 faizi xarici, 37,7 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 dəfə artıb. Xarici valyutada əmanətlərdə isə azalma müşahidə olunur. Kreditləşmədə də artım var. İl ərzində ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 170,7 milyon manat təşkil edib.
Əhalinin banklarda olan əmanətləri artıb
